50°24′45″ şm. e. 30°33′44″ ş. u.HGYO

Ukraynanın Milli Botanika Bağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ukrayna Milli Elmlər Akademiyasının botanika bağı
ukr. Національний ботанічний сад імені Миколи Гришка НАН України
Sahəsi
  • 130,2 ha
Yaradılma tarixi 22 iyul 1983[1]
Yerləşməsi
50°24′45″ şm. e. 30°33′44″ ş. u.HGYO
Ölkə  Ukrayna
Yerləşməsi Kiev
nbg.kiev.ua/en/
Ukrayna Milli Elmlər Akademiyasının botanika bağı xəritədə
Ukrayna Milli Elmlər Akademiyasının botanika bağı
Ukrayna Milli Elmlər Akademiyasının botanika bağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Qrişko adına Ukrayna Milli Elmlər Akademiyasının botanika bağı (ukr. Націона́льний ботані́чний сад і́мені Мико́ли Гришка́ НАН Украї́ни) — yeni botanika bağları və parklarının dizaynı və yaradılması ilə məşğul olan, müəssisə və təşkilatların abadlıq və fitodizaynın elmi əsaslarının inkişafını həyata keçirən elmi-tədqiqat mərkəzi. Sovetlər zamanı bağ «USSR Elmlər Akademiyasının Mərkəzi Respublika Botanika Bağı» adlanırdı ( Центральний республіканський ботанічний сад АН УРСР).[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Botanika bağının sxemi

Botanika bağı Ukraynanın təbiət qoruğu fonduna daxildir. Ərazi kompleks qorunan obyektlər sırasında daxil olub tarixi-mədəni və təbiət ərazisi hesab olunur.

Botanika bağının əsas vəzifələrindən biri təbiəti qoruma sahəsində araşdırmalar aparmaq, bitki genofondu və bioloji müxtəliflik üçün baza yaratmaq, eləcə də ekologiya və bitkilərdən istifadə sahələri üzrə fəaliyyətdir.

Botanika bağının ünvanı: 01014, Ukrayna, Kiev şəhəri, Timiryazevskaya küçəsi. Bağın direktoru Zaimenko Nataliya Vasilevnadır. O Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, biologiya elmləri doktorudur.

Bitki müxtəlifliyinə, ərazinin böyüklüyünə, elmi araşdırmaların səviyyəsinə görə bağ Avropanın əsas botanika bağları arasında önəmli yer tutur. Botanika bağı daxilində 8 elmi şöbə, 13 min taksondan ibarət unikal kolleksiya fondu mövcuddur. Fond 220 ailəni və 1347 növü ahətə edir.

Botanika bağı daxilində XIX əsrdə inşa edilmiş baş məbəd yerləşir. 1798-1888-ci illərdə bağ ərazisində Zverinisa qəbirstanlığının bir hissəsi yerləşirdi.[3][4][5]

1918-ci ildə yeni yaradılmış akademiyanın rəhbəri Vladimir İppolitoviç Lipski botanika bağının yaradılması ideyasını ilk dəfə irəli sürmüşdür. O ümumi strukturu, fəaliyyt istiqamətlərini və tikintinin planını işləyib hazırlamışdır. Lipskidən sonra, 1935-ci ilin payızında Kiev şəhər sovetinin qərarı ilə botanika bağının tikintisinə sərancam verildi. Bu məqsədlə Zverines qəbirstanlığının ərazisindən 117 hektar ayrıldı.

  1. https://zakon.rada.gov.ua/laws/show/311-83-п.
  2. М. А. Кохно. Національний ботанічний сад імені М. Гришка НАН України // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К. : Наук. думка, 2010. — Т. 7 : Мл — О. — С. 311. — 728 с. : іл. — ISBN 978-966-00-1061-1.
  3. "Зверинецкое еврейское кладбище". 2021-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  4. "Arxivlənmiş surət". 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  5. "Arxivlənmiş surət". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.