Urartulular

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Urartulular
Urartunun zirvə dövründə sərhədləri. E.ə. 743-cü il.
Özünüadlandırma
akkad. LUU-ra-aš-ta-a
Yaşadığı ərazilər
Ermənistan yaylası
Dili

Urartu dili

İrqi
Avropoid
Dini

Urartu dini

Mənşəyi
naməlum
Qohum xalqlar

hurrilər, luvilər


Urartulular (erm. Ուրարտացիներ, akkad. LUU-ra-aš-ta-a, elam. Har-mi-nu-ia-ip, q.fars A-r-mi-i-n-i-a) — Ermənistan yaylasında yaşamış qədim xalq. Urartu dilində danışırdılar. Onlar e.ə. XIII əsrdən tayfalar birliyi, e.ə. VII–VI əsrlərdə dövlət kimi qeyd olunan Urartu siyasi elitasını formalaşdırmışdır.[1]

İqor Mixayloviç Dyakonov tərəfindən formalaşdırılan və əsaslandırılan erməni etnogenezinin miqrasiya qarışıq fərziyyəsinə əsasən, urartulular və Urartu əhalisinin qalan hissəsi (hurrilərluvilər) Hind-Avropa protoerməni dilini mənimsəmiş, sonralar bu dilin əsas daşıyıcısı olan erməni etnosuna çevrilmişdilər. Odur ki, ermənilər urartuluların əsas genetik komponentini təşkil edən və mədəni irsinə malik xalqdır.[2][3][4][5]

Urartuluların mənşəyi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, urartulular akkadlılarhurrilərlə yanaşı, armenoid əhali qrupuna aid idilər.[6] Urartuluların qədim Musasir şəhərinin yerləşdiyi Rəvandüz regionunda (indiki İranın şimal-qərbində, Qərbi Azərbaycan ərazisi) yarandığı güman edilmişdir.[7][8][9][10]

Eyni zamanda, Urartu padşahlığının hakim sülaləsi çox güman ki, Hind-Avropa mənşəli idi, çünki hökmdarların adlarının Balkan dillərində paralelləri var.[11]

border=none Əsas məqalə: Urartu dili

Urartu dili hurri dili ilə qohum idi və bu dillə Hurri-Urartu ailəsini təşkil edirdi.[12][13][14]

Urartu ideoqramlarından istifadə edən bir neçə deşifrə edilməmiş yazılar mövcuddur, lakin urartular ümumiyyətlə Assuriya mixi yazısının xeyli sadələşdirilmiş formasından istifadə edirdilər. Məsələn, borc alarkən bir çox polisemantik Assuriya ideoqramları urartular tərəfindən yalnız bir mənada işlədilmiş, Assuriya işarələrinin müxtəlif semantik çalarları itmişdir.[15]

Müəyyən edilmişdir ki, erməni dilində elmə məlum olan 350-dən çox urartumənşəli sözdən 200-dən çox kök söz vardır ki, onlar Urartu lüğətinin əsasını təşkil edir.[16][17] 60-a yaxın müxtəlif dilləri özündə birləşdirən Nax-Dağıstan qrupunun dillərində 170-ə yaxın urartumənşəli kök söz aşkar edilmişdir.[18] Arno Furne və Allan Bomhardt bildirirlər ki, Hurri-Urartu dilləri Hind-Avropa dil ailəsinin xüsusi qoludur və bu, leksik yaxınlığı ilə təsdiqlənir.[19][20] "Britannika Ensiklopediyası"[21] Hurri-Urartu dillərinin Hind-Avropa dilləri ilə əlaqəsini inkar edir.[22][23]

  1. Пиотровский Б. Б. Ванское царство (Урарту) / отв. ред. И. А. Орбели. — М. : Издательство восточной литературы, 1959. — 286 с.
  2. Дьяконов И. М. Предыстория армянского народа. Ереван: Издательство АН Армянской ССР. 1968. 165, 236.
  3. Дьяконов И. М. Предыстория армянского народа. Ереван: Издательство АН Армянской ССР. 1968. 236.
  4. Дьяконов И. М. Предыстория армянского народа. Ереван: Издательство АН Армянской ССР. 1968. 210–211.
  5. И. М. Дьяконов. "К праистории армянского языка (о фактах, свидетельствах и логике)" (PDF). № 4 . pp. 149-178. ISSN 0135-0536. Историко-филологический журнал. 1983. 2014-01-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-10-18.
  6. Н. А. Кисляков, А. И. Першиц // Народы Передней Азии // Изд-во Академии Наук СССР, 1957 — стр. 49 — Всего страниц: 613
  7. Barnett R. D.[en]. Urartu // Edwards I. E. S., Gadd C. J., Hammond N. G. L., Boardman J. Cambridge Ancient history. — London: Cambridge University Press, 1982. — Vol. 3, part 1. — P. 314–371. — ISBN 0-521-22496-9.
  8. Stone E. C., Zimansky P. The Urartian Transformation in the Outer Town of Ayanis // Archaeology in the Borderlands. Investigations in Caucasia and beyound. Los Angeles: University of California Press. 2003. ISBN 1931745013.
  9. Salvini Mirjo. Geschichte und Kultur der Urartäer. Darmstadt. 1995.
  10. Меликишвили Г.А. Мусасир и вопрос о древнейшем очаге урартских племён // Вестник древней истории. № 2. Москва. 1948. 37—48.
  11. Петросян А.Е. К вопросу об этническом происхождении урартской элиты // Պատմա-բանասիրական հանդես. 2005-12-25. 208–226. ISSN 0135-0536. 2020-01-24 tarixində arxivləşdirilib.
  12. Дьяконов И.М., Старостин С.А. Хуррито-урартские и восточнокавказские языки (PDF) // Древний Восток: этнокультурные связи. Москва: Наука. 1988.
  13. Иоганнес Фридрих. Дешифровка забытых письменностей и языков. М.: УРСС. 2003. ISBN 5-354-00045-9.
  14. Дьяконов И.М. Языки древней Передней Азии. М.: Наука. 1967.
  15. Şablon:Книга:Меликишвили: Урартские клинообразные надписи
  16. Sargis Ayvazyan. "Ուրարտերեն (урартский язык, на армянском языке)". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
  17. Encyclopedia Americana, v. 2, USA 1980, pgs. 539, 541; Hovick Nersessian, "Highlands of Armenia", Los Angeles, 2000.
  18. Igor M. Diakonoff, Sergei A. Starostin. "Hurro-Urartian and East Caucasian Languages", Ancient Orient. Ethnocultural Relations. Moscow, 1988, pp. 164–207 http://starling.rinet.ru/Texts/hururt.pdf Arxivləşdirilib 2013-03-27 at the Wayback Machine
  19. Fournet, Arnaud; Bomhard, Allan R. "The Indo-European Elements in Hurrian". academia.edu. La Garenne Colombes, Charleston. 2010. 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  20. Fournet, Arnaud. "PIE Roots in Hurrian". 2019. 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  21. "Энциклопедия Британника". www.dates.gnpbu.ru. 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  22. "Hurrian language". Encyclopedia Britannica (ingilis). 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  23. "Urartian language". Encyclopedia Britannica (ingilis). 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.