Vasili Kvaçantiradze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Kvaçantiradze
Şəxsi məlumatlar
Doğum tarixi yanvar 1907, 26 iyul 1907(1907-07-26) və ya 4 yanvar 1907(1907-01-04)
Doğum yeri
Vəfat tarixi 9 fevral 1950(1950-02-09) (43 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Ordusu
Rütbəsi starşina[d]
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Şalvoviç Kvaçantiradze (gürc. ვასილ შალვას ძე კვაჭანტირაძე, rus. Василий Шалвович Квачантирадзе; yanvar 1907, 26 iyul 1907 və ya 4 yanvar 1907, Konçkati[d], Ozurgeti bələdiyyəsi9 fevral 1950, Konçkati[d], Ozurgeti bələdiyyəsi) — İkinci Dünya Müharibəsi illərində ən yaxşı sovet snayperlərindən biri. Alman Vermaxtinin Vitebsk–Orşa hücumu zamanı ən azı 215 zabiti və əsgəri, ümumilikdə, müharibə zamanı 534-ə yaxın təsdiq edilmiş qətli ona aid edirlər.[1][2][3][4][5]

Kvaçantiradze 1907-ci il yanvarın 2-də (15) o vaxt Rusiya imperiyasının tərkibində olan Gürcüstanın Konçkati kəndində anadan olub. Vasili kəndli ailəsində böyümüş, gəncliyini 1939-cu ildə Gürcüstan Kommunist Partiyasının üzvü olana qədər valideynlərinin fermasında işləmək və onlara köməklik göstərməklə keçirmişdir. O, 1932-ci ildən 1933-cü ilə qədər də qısa müddət Qırmızı Orduda xidmət edib.[3]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Müharibə başlayanda Kvaçantiradze 1941-ci ildə yenidən vilayət hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Sovet İttifaqının 650-ci atıcı alayının, 138-ci atıcı diviziyasının tərkibində snayper kimi xidmət göstərdi.[3] O, snayper tüfəngi ilə 60 düşmən əsgərini öldürdüyü Stalinqrad döyüşü zamanı özünü sübut etdi. 1942-ci ilin avqustunda Vasili ilk dəfə yaralandı və qayıtdıqdan sonra o vaxt Sovet 43-cü Ordusunun tərkibində olan 179-cu atıcı diviziyaya göndərildi. 1942-ci ilin oktyabr ayına qədər o, 81 nəfər öldürdü və buna görə Qırmızı Ulduz ordeni ilə təltif edildi.[3]

Preçistenski və Slobodskoy rayonları ətrafında gedən müdafiə döyüşləri zamanı Kvaçantiradze 259-cu atıcı alayının, 138-ci atıcı diviziyasının tərkibində döyüşmüş, burada gündəlik hərbi tapşırıqları yerinə yetirirdi və 113 nəfərin öldürülməsi təsdiqlənmiş, Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.[3] 1944-cü ilin iyun ayına qədər Starşina rütbəsindəki Vasili Kvaçantiradze, artıq beş döyüş yarası almışdı və 221 şəxsi xalla 43-cü Ordunun ən yaxşı snayperi sayılırdı. Uğurlarına görə o, Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilib.[3]

Kvaçantiradze 1944-cü ildə Şərqi Prussiya Hücumunun bir hissəsi olan Belarusun Vitebsk şəhərinin azad edilməsi zamanı yenidən fərqləndi. Alman qoşunlarının Şumilino ətrafında irəliləmə cəhdi zamanı 44 düşmən əsgərini öldürdü və 1944-cü ilin iyunundan dekabr ayına qədər olan dövrdə 215 nəfərin öldürülməsi ilə hesablanır ki, bu da, o dövrdə tərəfindən öldürülmüş düşmənin ümumi sayını təxminən 436 əsgər və zabitə çatdırdı.[3] Şumilinodakı döyüşdə Vasilinin dəstəsi əks-hücumlarla mühasirəyə alındı və alayın qalan hissəsi ilə müvəqqəti əlaqəni kəsildi. Məlumata görə, snayper bir dəfə də olsun mövqelərini ifşa etmədən tələləri və pusquları improvizasiya etməyi bacarıb. Davamlı təqiblər və müqavimət nəticəsində almanlar müdafiə xətti yaratmaq üçün vacib sayılan ərazinin təhlükəsizliyini təmin edə bilmədilər. Birləşmiş Sovet piyadası və mexanikləşdirilmiş hücumu nəhayət, onları yardı və məğlub etdi.[6][7]

Vasili Kvaçantiradze Kuzma Daniloviç Smolenski, Fyodor Oxlopkov ilə və digər iki görkəmli sovet snayperinin rəhbərliyi altında çalışıb. Smolenski ilə birlikdə müharibə üçün əlavə 50 snayperin hazırlanmasında iştirak edib. Oxlopkov ilə birlikdə 644 nəfər öldürməklə Sovet İttifaqının ən ölümcül snayper komandası oldular.[8] 1941-ci ildən 1945-ci ilə qədər olan bütün dövr ərzində Kvaçantiradze şəxsən ümumilikdə 534, Smolenski 414 və Oxlopkov 429 təsdiqlənmiş ölüm faktına səbəbkardır. 1945-ci il martın 24-də Ali Sovetin Rəyasət Heyəti ona Qızıl Ulduz medalı və ikinci Lenin ordeni ilə "Sovet İttifaqı Qəhrəmanı" adının verilməsi haqqında qərar qəbul etdi.[1][2][3][4]

Müharibə illərində göstərdiyi böyük səylərə görə Kvaçantiradze Sovet İttifaqı Qəhrəmanı adına, iki dəfə Lenin ordeni qızıl ulduz medalı, iki dəfə Qırmızı Bayraq ordeni, iki dəfə Vətən Müharibəsi ordeni və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.[3]

Müharibədən sonrakı dövr

[redaktə | mənbəni redaktə et]

Kvaçantiradze 1945-ci ildə ordudan ayrılaraq kolxoz rəisi, həmçinin Sovet Gürcüstanı Ali Sovetinin deputatı oldu. Vasili Şalvoviç Kvaçantiradze 1950-ci il fevralın 9-da 43 yaşında vəfat edib. Quryant kəndində dəfn edilmişdir.[3]

  1. 1 2 "Snipers" Arxivləşdirilib 2010-05-02 at the Wayback Machine. Snipercentral.com. Retrieved 2015–04–01.
  2. 1 2 "Биография Василий Квачантирадзе" Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine. Peoples.ru. Retrieved 2015–04–01.
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Герой Советского Союза Квачантирадзе Василий Шалвович :: Герои страны" Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine. Warheroes.ru. 1945–03–24. Retrieved 2015–04–01.
  4. 1 2 "Самые успешные снайперы СССР 2 мировой войны :: NoNaMe". Nnm.ru. Retrieved 2015–04–01.
  5. "Top WW2 Snipers" Arxivləşdirilib 2016-01-01 at Archive.today. Wio.ru. Retrieved 2015–04–01.
  6. "Квачантирадзе Василий Шалвович — Советские снайперы 1941–1945 гг" Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine.
  7. "Советский снайпер Квачантирадзе Василий Шалвович" Arxivləşdirilib 2021-10-31 at the Wayback Machine. 14 January 2017.
  8. Neville, Leigh (August 23, 2016). "THE MODERN HISTORY OF SNIPING". Modern Snipers. p. 21. ISBN 978–1472815347.