Vaythed Alfred Nort
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vaythed Alfred Nort | |
---|---|
Doğum tarixi | 15 fevral 1861[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1947[2][3][…] (86 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Elm sahələri | məntiq[1], riyaziyyat[1], elmin fəlsəfəsi[1], metafizika[1] |
İş yerləri | |
Təhsili |
|
Tanınmış yetirməsi | Robert Oppenheymer |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vaythed Alfred Nort (15 fevral 1861[2][3][…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[2][3][…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır.[5]
Həyat və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Keşiş ailəsində doğulan Vaythed 1880-ci ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən "Principia Mathematica" adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. "Təbiətin dərki prinsipləri" və "Təbiət anlayışı" əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti "təbiətin ikiqat artırılması", yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi. Bu səhvin köklərini o, ilkin mahiyyətlər keyfiyyətində ölçüsüz nöqtələrdən ibarət olan məkanın, sürəksiz məqamlardan ibarət olan zamanın və nöqtəli kütlədən ibarət olan materiyanın götürülməsində görürdü. Vaythedə görə, təbiət elmi təcrübənin kauzal mənbələri haqqında mücərrəd mühakimələr yürütməyib sadəcə onun məzmununun izahını verməlidir; onun fikirlərinə görə, mücərrəd obyektləri hissi məlumatlar terminləri ilə təyin etmək lazımdır. Vaythedin fəlsəfəsi çox vaxt Eynşteynin nisbilik nəzəriyyəsinin meydana gəlməsi ilə fiziki məkan haqqında təsəvvürlərdə baş vermiş inqilaba reaksiya kimi qiymətləndirilir. "Nisbilik prinsipi" əsərində o, obyekti tək, fərdi və qeydə alınmış bir hadisə kimi deyil, obyektin olduğu axındakı bütün hadisələrin modifikasiyası kimi nəzərdən keçirməyi təklif etdi. Vaythed bu qənaətə gəlmişdi ki, fizikada fiziki anlayışların dağılması fəlsəfi dilin əsaslı şəkildə dəyişdirilməsini, yeni anlayışların tətbiq edilməsini tələb edir. Nisbilik nəzəriyyəsinin relyativist nəticələrini qəbul edən Vaythed bununla belə biliyin təbiəti haqqında ümumrelyativist qənaətlərə gəlmirdi. Onun fəlsəfəsi tamamilə əks məqsədi – yəni təcrübədə biliyin özülünün, dünyanın möhkəm ontoloji strukturunun olduğunu və intellektin onu dərk etməyə qadir olduğunu sübuta yetirmək məqsədini güdürdü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ David Ray Griffin, Reenchantment Without Supernaturalism: A Process Philosophy of Religion (Ithaca: Cornell University Press, 2001), vii.
- 15 fevralda doğulanlar
- 1861-ci ildə doğulanlar
- İngiltərədə doğulanlar
- 30 dekabrda vəfat edənlər
- 1947-ci ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Massaçusetsdə vəfat edənlər
- İngiltərədə dəfn olunanlar
- Harvard Universitetinin müəllimləri
- London Universitet Kollecinin müəllimləri
- London İmperial Kollecinin müəllimləri
- Triniti Kollecinin məzunları (Kembric)
- Şerborn məktəbinin məzunları
- Kembric Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Fəlsəfə
- Zaman fəlsəfəsi
- Ontoloqlar
- İdeyalar tarixi
- Metafiziklər
- Epistemoloqlar
- Riyazi məntiqçilər