Veysəl Qarani
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Veysəl Qərani | |
---|---|
Üveys Bin Əmir-i Qərani | |
Doğum tarixi | 594 |
Doğum yeri | |
Vəfat tarixi | 28 mart 657[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vikianbarda əlaqəli mediafayllar |
Veysəl Qərani və ya Üveys Qərani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən — ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Tabein, Övliya, Zahid, Mistik və Filosof.
Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Bəni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir.
Hilyətül Övliya kitabında da Əsbəğ ibn Nəbatə`yə istinadən rəvayət olunur ki, Üveysin Allah Rəsulunun yanına getməməsinin səbəbi onun anasına etdiyi yaxşılıqlar olmuşdur[2]. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
23 iyun 2014 tarixində türbəsi işid tərəfindən bombalanaraq yıxılmışdır. Adına bir digər Türbə isə Siirtın Baykan mahalında inşa edilmişdir. Veysəl Qarani soyundan Yaxın Şərqdə (Əsasən Türkiyə, Azərbaycan, Yəmən, Səudiyyə Ərəbistanı, Özbəkistan) və digər Müsəlman dövlətlərindən çox sayda nəsillər var. Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli kəndində qəbri yerləşir. Azərbaycan Respublikasının Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində və Ağdaş rayonunun Xınaxlı (Qaxay) kəndində Veysəl Qaraninin Ziyarətgahı və qəbri yerləşir. Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Əsasən Qazax, Ağstafa, Zərdab, Ağdaş) Veysəl Qarani soyundan gələn nəsillər var.
Məhəmməd dövründə yaşamasına baxmayaraq Peyğəmbəri heç görməmişdir.Anasına verdiyi sözdən ötəri, Peyğəmbər Əfəndimizi görə bilmədiyi üçün səhabədən sayılmaz. Muhadramundandır. Muhadram təbiri, hədisçilər ıstılahına görə həm cahiliyyə zamanını, həm də Peyğəmbərimizin Peyğəmbərlik zamanını idrak edib də Əfəndimizi görmə şərəfinə nail olmadan, müsəlman olanlara verilən addır. Veysəl Qarani həzrətləri də bunlar arasında sayılmaqdadır. (Əhməd Naim, Təcridi Sarih Tərcüməsi, 1/35).Peyğəmbər Əfəndimiz, özünə hədiyyə olaraq hırkasını göndərmişdir.Naaşını almağa gələn 3 qəbilənin daşıdığı tabutlarda da kəramət göstərərək göründüyü deyilir. Beləcə bu 3 ayrı qəbilənin yaşayış yerləri olan Yəmən və Dəməşqdə olan türbələrinin yanında Siirt vilayətinin Baykan mahalının ziyarət diyarında də bir türbəsi olmuşdur. Yunus Əmrə tərəfindən şərəfinə, 'Yəmən illərində Veysəl Qarani' adlı şeir yazılmışdır.Özünə göndərilmiş olan Hirka-ı Şərif, indi İstanbul Fətihdəki Hirka-ı Şərif məscidində, soyundan gələnlərin himayəsindədir. Veysəl Qarani'nin, Din böyüklərimizin izah hekayələrində Peyğəmbər sevgisinin, ana sevgisinin böyüklüyü izah edilmişdir. Onun bu böyük duyğuları indiki vaxtda belə bir çox insana nümunə olmalıdır
Həyatı
[redaktə | mənbəni redaktə et]Atasının adı Əmir olduğu üçün tam adı Üveys Bin Əmir-i Qarani'dir. Atasını 4 yaşında itirdi. Əli ilə tanış olduqdan qısa bir müddət sonra da Kufəyə getdi.
Əsbəğ ibn Nəbatə`dən belə rəvayət edilir ki, biz Əmirəlmöminin Əli ilə bir yerdə Siffeyndə idik və 99 nəfər orada Həzrətlə beyət etdi. Əmirəlmöminin Əli buyurdu: "Yüzüncü adam hardadır? Allahın Rəsulu mənə buyurmuşdu ki, bu gün mənimlə yüz kişi beyət edəcək. Əsbəğ deyir: Bu zaman iki yun libas geymiş və iki qılınc asmış bir kişi irəli çıxdı və dedi: Əlini aç ki mən səninlə beyət etmək istəyirəm! Əmirəlmöminin Əli buyurdu: nəyə görə mənimlə beyət edirsən? Üveys dedi: Canımı sənin yolunda fəda etmək istəyirəm. O həzrət buyurdu: Sən kimsən? O, cavab verdi: Mən Üveys Qərəni`yəm!"[3].
Siffeyn döyüşü əsnasında, Əli tərəfində döyüşmüşdür.Onun gözləri qabağında döyüşərək şəhid oldu[4].
Veysəl Qarani türbələri
[redaktə | mənbəni redaktə et]Veysəl Qaraninin bir çox yerdə türbələri vardır. Başlıcaları bunlardır:
- Türkiyənin Siirt vilayətinin Baykan mahalında Veysəl Qarani Türbəsi
- Suriyanın Dəməşq şəhərində
- Yəmən’də Zabit qəsəbəsi Kənarında Məşhədi Şərif
- Livanın Beyrut şəhərində
- Türkiyənin Diyarbakır vilayətinin Kerap mahalında
- Türkiyənin Bursa-Gəmlik yolu üzərində Atıcılar. (Bursada eyni zamanda dəvəsinin çöküb iz buraxdığı daşda vardır).
- Səudiyyə Ərəbistanının Hicaz bölgəsində
- Hindistanda
- İranın Xorasan bölgəsində
Üveys’îyyə — Sührəvərd’îyyə Silsiləsi
[redaktə | mənbəni redaktə et]- Məhəmməd
- Ömər ibn Həttab
- Əli bin Əbu Talib
- Üveys Bin Əmir Əl-Qaranî
- Musa b. YAzid Raî
- Sultan Əbû İshak İbrahim Ədhəm
- Şakîk Bəlhî- Əbû Əmr Əl-İstahurî
- Əbu Cəfər əl-Həddad
- Cünəyd Bağdadî
- Mimşâd Dînəvərî
- Ahmed Esved Dîneverî
- Məhəmməd əl- Bəkrî
- Kadı Vəcihüddîn Ömər əl-Bəkrî
- İmam-i Qəzali
- Əbu’n-Nəcib Sührəverdî
- Şihâbəddîn Əbû Hafs Ömər əs-Sührəverdi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Deutsche Nationalbibliothek Record #118985302 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Seyid Haşim Rəsuli Məhəllati, "İmam Əlinin(ə) həyatı", səh.235, Hilyətül Övliya kitabından nəqlən.
- ↑ Seyid Haşim Rəsuli Məhəllati, "İmam Əlinin(ə) həyatı",səh.235
- ↑ Seyid Haşim Rəsuli Məhəllati, "İmam Əlinin(ə) həyatı",səh.235