Vikipediya:Səsvermə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 24 yanvar — 8 fevral 2018-ci il
  • Qüvvədədir: 8 fevral 2018-ci ildən

Bu səhifədə səsvermə qaydaları barədə məlumat ala bilərsiniz.

  • Arxivdəki səsvermələrə buradan baxa bilərsiniz.

İstifadəçilərin səsvermə hüquqları

  1. Azərbaycan Vikipediyasındakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
  2. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün səsvermənin başlandığı tarixdən ən azı üç ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 500 redaktə etmiş olmalıdır. Həmin 500 redaktənin 100 redaktəsi "Vikipediya" ad fəzasında olmalıdır. Lakin bu 100 redaktəyə avtomatik əlavələr (Məs. "AWB") və müzakirəyə aid olmayan düzəlişlər daxil deyil.
  3. Səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada son 15 gün ərzində 5 redaktəsi olan istifadəçilər.
  • Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının yarısından az olmalıdır.

Səsvermənin nəticələrinin hesablanması

Səsvərmə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki hal istisnadır:

1) İnzibatçı seçkisində İnzibatçı namizədi ən azı 10 səs almalı və istifadəçiyə qarşı səsverənlərin sayı ümumi səsverənlərin 1/3-ni keçməməlidir. Əks halda istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa səsvermə müddəti əvvəlki səsvermə müddətindən çox olmamaq şərti ilə, bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə uduzmuş hesab edilir.
2) Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
  • Qeyd: Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.

Səsvermə müddəti

Bütün səsvermələr mövzudan asılı olaraq 7–15–25 gün müddətinə keçirilir. Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq şəkildə elan edilir.

Mövcud səsvermələr

Hal-hazırda aktiv heç bir səsvermə yoxdur.

Vikipediya:Hücum səhifəsi qaydasının qəbulu ilə bağlı səsvermə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Səsvermə 21 dekabr — 28 dekabr 2024-cü il (UTC) tarixləri arasında keçirilir.

Dəstək

  1. + Lehinə:Sofia (müzakirə) 22:41, 21 dekabr 2024 (UTC)[cavabla]
  2. + Lehinə: Nemoralis (müzakirə) 21:39, 24 dekabr 2024 (UTC)[cavabla]
  3. + Lehinə: Hörmətlə, Qədir (müzakirə) 22:42, 24 dekabr 2024 (UTC)[cavabla]
  4. + Lehinə:--Turkmen müzakirə 07:38, 25 dekabr 2024 (UTC)[cavabla]

Qarşı Qarşı

Şərh Şərhlər

Yekunlaşdırma

Yekun nəticə:

  • Səs verənlər — 4
    • Etibarsız səs sayı — 0
    • Etibarlı səs sayı — 4
      • Lehinə — 4
      • Əleyhinə — 0
      • Bitərəf — 0
Yekunlaşdırma

✅Y Səsvermənin nəticələrinə əsasən Vikipediya:Hücum səhifəsi siyasəti Azərbaycanca Vikipediyanın rəsmi prinsipi olaraq qəbul edilmişdir. Hörmətlə, Qədir (müzakirə) 00:07, 28 dekabr 2024 (UTC)[cavabla]