Vilusa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim şəhər
Vilusa
Ölkə
Dağılma tarixi XIII əsr

Vilusa və ya Vilusiya (het 𒌷𒃾𒇻𒊭) — qərbi Anadoluda Son Tunc dövrünə aid şəhər. E.ə. XVIII əsrə aid het mənbələri tərəfindən Assuva konfederasiyasının bir hissəsi kimi təsvir edilmişdir.

Vilusanın yaşayış yeri het mənbələrində bir sıra kitabələrdə qeyd olunur, o cümlədən:

  • Manapa-Tarxunta məktubunda (e.ə. 1310–1280-ci illər) Sexa çayının (indiki Bakırçay) o tayındakı şəhərdən bəhs edilir.
  • Aleksandu müqaviləsi (təxminən e.ə. 1280-ci il) Viluslu Aleksandu il' Het çarı II Muvatalli arasında imzalanmışdır.
  • Tavaqalava məktubu (e.ə. 1250-ci il) Het çarı III Xattusili (təxminən e.ə 1275–1250-ci illərdə hökmranlıq etmişdir) tərəfindən Axxiyava padşahına ünvanlanmışdır. Burada Vilusa uğrunda hərbi münaqişədən bəhs edilir.[1][2][3]
  • Milavata məktubunun[2][3] (təxminən e.ə. 1240-cı il) IV Tudxaliya tərəfindən yazıldığı güman edilir.
  1. "Немировский А. А. Кто сказал «нет» тухкантису хеттского царя?". ancientrome.ru. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.
  2. 1 2 "Хетты и Аххиява проблемы взаимоотношений (Вадим Семейкин) / Проза.ру". proza.ru. İstifadə tarixi: 30 iyun 2022.
  3. 1 2 Герни О.Р. "Хетты. (5. Ахейцы и троянцы в хеттских текстах)". historic.ru. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.
  • Latacz, Joachim. Troia – Wilios – Wilusa. Drei Namen für ein Territorium. Basel. 2001.
  • Beekes, Robert S. P. Etymological Dictionary of Greek. Brill. 2009. 588.
  • Vangelis D. Pantazis. Wilusa: Reconsidering the Evidence. KLIO. 2009. 305–307.
  • Hoffner, Beckman. Letters from the Hittite Kingdom. 2009. 297.