Vilyam Saroyan
Vilyam Saroyan | |
---|---|
erm. Վիլյամ Սարոյան | |
| |
Doğum tarixi | |
Doğum yeri | Fresno, Kaliforniya |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Fresno, Kaliforniya |
Vəfat səbəbi | prostat xərçəngi |
Dəfn yeri | |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | erməni |
Həyat yoldaşı | Karol Qreys |
Fəaliyyəti | ssenarist, dramaturq, romançı, yazıçı, şair, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 1934 - 1980 |
Əsərlərinin dili | ingiliscə |
Janr | Qısa hekayələr |
Üzvlüyü |
|
Mükafatları | Oskar mükafatı |
www.williamsaroyansociety.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Saroyan (erm. Վիլյամ Սարոյան, ing. William Saroyan; 31 avqust 1908[1][2][…], Fresno, Kaliforniya[3] – 18 may 1981[1][2][…], Fresno, Kaliforniya[1]) — erməni əsilli Amerikalı yazıçı. Vilyam Saroyan qısa hekayələri ilə məşhurdur. Yazdığı qısa hekayələr ilə böyük uğur qazanan Saroyan 1940-cı ildə Dram üzrə Pulitser mükafatı, 1943-cü ildə isə ən yaxşı hekayəyə görə Oskar mükafatı almışdır.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Vilyam Saroyan 1908-ci ilin 31 avqust tarixində ABŞ-nin Kaliforniya ştatında yerləşən Fresno şəhərində anadan olmuşdur. Ailəsi Türkiyənin Bitlis ilindən Amerikaya mühacirət etmiş Osmanlı ermənilərindən idi. Saroyanın rahib olan atası 1911-ci ildə vəfat etməsi maddi baxımdan çətin vəziyyətdə olan ailənin durumunu daha da ağırlaşdırır. Anası onu və digər üç qardaşını yetimxanaya göndərməyə məcbur olur. Yetimxanada qardaşları ilə birlikdə beş il qaldıqdan sonra qardaşlar Fresno şəhərinə analarının yanına qayıdılar. Təhsil ilə arası olmayan Saroyan 15 yaşında olarkən məktəbi tərk edir və müxtəlif işlərdə işləməyə başlayır.
Müxtəlif işlərdə qısa müddət işlədikdən sonra Saroyan əsas məqsədi olan yazıçılıqla məşğul olmağa başlayır. Saroyan qısa hekayələrlə yaradıçılığ fəaliyyətinə başlayır. İlk hekayəsi Story juralında 1933-cü ildə nəşr olunur. 1934-cü ildə isə Randon House nəşiriyyat evi tərəfindən The Daring Young Man on the Flying Trapeze and Other Stories adlı kitabı nəşr olunur. Bu kitab həmin ən çox satılan hekayə kitabı olmuşdur. Vilyam Saroyan ədəbiyyatda uğur əldə etməsi və qısa zamanda tanınmasından sonra bütün fəaliyyətini yaradıçılığla bağladı.
Saroyan kitablarından əldə olunan gəlirlərlə dünya səyahətinə çıxır və hətta həmin dövrdə SSRİ-yə belə getməyi bacarmışdır. Saroyan 50 illik fəaliyyəti dövründə böyük oxucu kütləsini daim öz üzərində cəmləyə bilmişdir. 1940-cı ildə yazdığı The Time of Your Life səhnə əsəri Dram üzrə Pulitser mükafatına layiq görülmüşdür. Ancaq Saroyan mükafatdan imtina etmişdir. Saroyan 1935-ci ildə Avropa səyahətləri əsnasında ata yurdu olan Türkiyənin Bitlis ilini ziyarət edir. O, buradan gözlənilmədən Ermənistan Sovet Sosialist Respublikasına keçir və bir sıra dövlət rəhbərləri ilə görüşür.
ABŞ vətəndaşı olan Vilyam Saroyanın SSRİ ərazisinə keçməsi həmin dövrdə böyük maraqla qarşılanmışdır. Saroyan 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasını bir daha ziyarət edir və bu ziyarəti zamanı yetmiş illik yubleyini təntənəli şəkildə qeyd edir. Vilyam Saroyan 1981-ci ilin 18 may tarixində doğulduğu Fresno şəhərində vəfat etmişdir. Vəsiyyətinə uyğun olaraq cənazəsinin bir hissəsi İrəvan şəhərində dəfn olunmuşdur. Fəaliyyəti dövründə altmış kitab və onlarla hekayə yazan Saroyanın əsərlərində Amerikaya köçmüş erməni gənclərinin həyatı və porblemləri kimi mövzularla geniş yer verilmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- The Daring Young Man On The Flying Trapeze (1934)
- The Trouble With Tigers (1938)
- My Name Is Aram (1940)
- The Human Comedy (1943)
- Tracy's Tiger (1951)
- The Summer of the Beautiful White Horse (1938)
- Rock Wagram (1951)
- Love (1955)
- Gaston (1962)
- One Day in the Afternoon (1964)
- Days of Life and Death and Escape to the Moon (1970)
- Places Where I've Done Time 1972 (1957)
- Obituaries (1979)
- My name is Saroyan (1983)
- An Armenian trilogy (1986)
- Madness in the family (1988)
- The Man With The Heart in the Highlands and other stories (1968)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 William Saroyan // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 William Saroyan // Internet Broadway Database (ing.). 2000.
- ↑ Сароян Уильям // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 31 avqustda doğulanlar
- 1908-ci ildə doğulanlar
- 72 yaşında vəfat edənlər
- 18 mayda vəfat edənlər
- 1981-ci ildə vəfat edənlər
- Ararat Massis erməni qəbiristanlığında dəfn olunanlar
- Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Kaliforniyada doğulanlar
- Kaliforniyada vəfat edənlər
- Erməni yazıçılar
- Oskar mükafatı laureatları