World Soccer
World Soccer | |
---|---|
Növ | Aylıq jurnal |
Təsisçi | Qevin Hamilton |
Təsis tarixi | 1960 |
Ölkə | İngiltərə |
Dil | ingilis dili |
worldsoccer.com | |
Vikianbarda əlaqəli mediafayllar |
World Soccer IPC Media tərəfindən ingilis dilində dərc edilən futbol jurnalıdır.[1] Jurnal ilk dəfə 1960-cı ildə çap edilmişdir. O, beynəlxalq futbol sahəsində ixtisaslaşmışdır. Brayan Qlenvil, Sid Lou və Tim Vikerinin daxil olduğu digər yazarların davamlı yazıları ilə ərsəyə gəlməkdədir. World Soccer Avropa İdman Jurnalları birliyinin üzvüdür ki, digər dillərdə də bu mövzuda jurnallar çap edilməkdədir. Digər üzvlərə misal olaraq A Bola, Don Balon, Kicker, La Gazzetta dello Sport və Sport Express nəşrlərini göstərmək olar. Bu qrupun üzvləri avropada hər il "Ayın Komandası" və "İlin Komandası" mükafatlarının qalibini seçir.
1982-ci ildən etibarən World Soccer "İlin oyunçusu", "İlin Məşqçisi" və "İlin Komandası" mükafatlarını təsis etməkdədir. [2] 2005-ci ildə isə siyahıya "İlin Gənc Futbolçusu" və "İlin Baş Hakimi" mükafatlarıda əlavə edilmişdir.[2] 1999-cu ilin dekabr ayında World Soccer oxucular arasında keçirdiyi sorğu ilə 20-ci əsrin 100 ən böyük futbolçusunun adını açıqlamışdır.
Jurnal 2010-cu ildə beynəlxalq futbolda son 50 ilə nəzərə salan məqalələri ilə 50 illiyini qeyd etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Stewart Coggin. "Top 5 Soccer Magazines". About Sports. 4 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2015.
- ↑ 1 2 "World Soccer Awards: Previous Winners". World Soccer. 15 December 2011. 17 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2012.