Xlorasetonfenon
Xlorasetonfenon | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₈H₇ClO[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 1,32 q/sm³[2] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 134 ℉[2], 54 °C[3] |
Qaynama nöqtəsi | 472 ℉[2] |
Buxarın təzyiqi | 0,66661 Pa[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 532-27-4 |
PubChem | 10757 |
RTECS | AM6300000 |
ChemSpider | 10303 |
Xlorasetonfenon — Gözyaşardıcı zəhərli maddə.
Xlorasetofenon – sarı kristal halında olan bənövşə iyinə malik çox güclü zəhərli maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Ərimə temperaturu 50–800 °C, qaynama temperaturu 2450 C-dir. Xüsusi çəkisi 1,32 q/sm3-dir. Suda demək olar ki, həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Qələvilərin suda məhlulları xlorasetofenonu hidrolizləşdirir.
Toksiki xassələri
[redaktə | mənbəni redaktə et]Bu maddənin xırda tozcuqları gözün selikli və buynuz qişalarına düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən qıcıqlandırır və bunun nəticəsində yaşaxma baş verir. Zəhərlənmə əlamətləri adətən dərhal başlanır və 10–15 dəq. sonra maksimum həddə çatır. Gözyaşı ilə birlikdə ağrı, sancı, gicişmə hissi və tez-tez göz qırpması baş verir. Zəif qatılıqlarda zəhərlənmələr bu əlamətlərlə qurtarır. Yüksək dozalarda isə göz qapaqlarının şişməsi, göz almasının qızarması, şişkinliyi, kəskin işıqdan qorxma, görmə qabiliyyətinin zəiflənməsi müşahidə olunur. Yüksək qatılıqda xlorasetofenon ürək fəaliyyətinin pozulmasına, ağ ciyərlərin iltihabına və dərinin zədələnməsinə səbəb ola bilər.
Təsiredici dozası 0,0003 mq/l-dir. 0,05 mq/l qatılıqda xlorasetofenon ilə zəhərləndikdə ağ ciyərlərdə şiş əmələ gəlir. 0,1 mq/l qatılıqda isə dəriyə təsir göstərir. 0,85 mq/l qatılıqda insan əleyhqazsız olarsa, 10 dəqiqə ərzində ölə bilər.
Mühafizə – Fərdi mühafizə vasitələri ilə.
Deqazasiya: xlorasetofenonla zəhərlənmiş yerləri və əşyaları Natrium sulfidin 10%-li suda məhlulu ilə qələvi əlavə etməklə neytrallaşdırırlar.
İlk yardım
[redaktə | mənbəni redaktə et]Ən əvvəl zədələnmiş şəxsə əleyhqaz geydirib təmiz havaya çıxarmaq lazımdır. Sonra gözlər adı su ilə təmiz yuyulur, yaxşı olar ki, birinci sutkada gözlər 2% çay sodası ilə yuyulsun. Şiddətli yaşaxmada gözə 1–2 damcı 1,0% atropin tökülməlidir. Bərk ağrılarda isə 1,0% diamin kodein və ya 2% novokaindən istifadə edilir. Göz gicişərkən ona əl vurmaq olmaz çünki gicişən yerə əl vurduqda qıcıqlanma kəskinləşir həmçinin gözə infeksiya da keçə bilər.