Yablonovı silsiləsi
Yablonovı silsiləsi (rus. Яблоновый хребет), (buryatca Yaablan dabaan (Яаблан дабаан)) — Zabaykalye/Transbaykal bölgəsində, Rusiya Federasiyasının Zabaykal diyarında dağ silsiləsi.
Uzunluğu təqribən 650 km, hündürlüyü 1680 m-ə qədərdir. Qranit, kristallik şist və qumdaşlarından təşkil olunmuşdur.
Yamacları qara şam, küknarsidr tayqası və dağ-tundra bitkiləri ilə örtülüdür.
Silsilənin rusca adı olan Yablonovıy xrebet böyük ehtimalla onun buryat dilindəki "Yaablan dabaan" adından qaynaqlanır.
Adın "Yaablan" qismi buryat dilində "yerimək" mənasını verən "yabaxa" (ябаха) sözündən açıqlanır, "dabaan" isə "təpə, yüksəklik" deməkdir — beləlikcə bu ad "(yolu yaxşı, rahat) keçilə bilən dağ keçidi" deməkdir. Həmin buryatca ad da öz növbəsində rus dilində "almalı", "alma ilə olan" mənalarını verən "yabloçnıy" (яблочный), "yablonovıy" (яблоновый) sözlərinə bənzətmə nəticəsində metatezaya uğrayıb təhrif olunaraq, hazırkı "Yablonovıy xrebet" adının yaranmasına səbəb olub.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ASE, V cild, Bakı, 1981, səh. 43