Yapon hörümçək yengəci
Yapon hörümçək yengəci | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon hörümçək yengəci |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr[1] dərinlikdə yayılmışdır.
Təsviri
[redaktə | vikimətni redaktə et]Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).
Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilirlər[2].
Bu canlılar qida, elmi və dekorativ məqsədlər üçün istifadə edilir. Əsasən iri akvariumlarda saxlanılır.
Qorunma
[redaktə | vikimətni redaktə et]Yaz ayları onların ovuna qadağa qoyulur.
Təsnifat
[redaktə | vikimətni redaktə et]Yengəcin elmi adı (M. kaempferi) alman səyyahı və naturalisti Engelbert Kempferin şərəfinə verilmişdir. Növ ilk dəfə 1836-cı ildə hollanfd zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınmışdır[3].
Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür (†M. longirostra и †M. teglandi). Cinsi ya Inachidae[4] ya da Majidae fəsiləsinə daxil edirlər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Lahinch Seaworld Japanese spider crab". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-09.
- ↑ Japanese Spider Crabs Arrive at Aquarium Arxivləşdirilib 2010-03-23 at the Wayback Machine. Oregon Coast Aquarium. (ing.) (Yoxlanılıb 28 fevral 2007)
- ↑ Temminck, 1836 : Coup d’Oeil sur la Faune des Îles de la Sonde et de l’Empire du Japon. Discours préliminaire destiné à servir d’introduction à la Faune du Japon. p. 1–26.
- ↑ Ng, Guinot & Davie, 2008 : Systema Brachyurorum: Part I. An annotated checklist of extant brachyuran crabs of the world. Raffles Bulletin of Zoology Supplement, n. 17, pp. 1–286