Z-bufer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Z-buferdərinlik buferi — (ing. z-buffer (= depth buffer), ru. z-буфер, буфер глубины – üçölçülü kompüter qrafikasında: görüntünün elementlərinin uzaqlığının qeydə alınması üsulu. "Görünmə problemi"nin həll variantlarından biridir. Əgər texniki (aparat) baxımdan reallaşdırmaq olursa, çox effektlidir və praktiki olaraq heç bir çatışmazlığı yoxdur. Proqram baxımından isə z-bufer ilə rəqabət apara biləcək başqa metodlar da vardır: z-çeşidləmə ("rəssam alqoritmi") və fəzanın ikilik bölünməsi (BSP). Z-bufer metodunun başlıca çatışmazlığı çox böyük həcmdə yaddaşdan istifadə etməsidir. Z-bufer ikiölçülü massiv şəklində olur ki, onun da hər bir elementi ekranın bir pikselinə uyğun gəlir. Videokart pikseli çəkən zaman onun uzaqlığı hesablanır və z-buferin xanasına yazılır. Əgər çəkilən iki obyektin pikselləri bir-birini örtürsə, onda onların dərinlik (uzaqlıq) qiymətləri tutşdurulur və daha yaxında olan çəkilir, onun uzaqlıq qiyməti isə buferdə saxlanılır.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.