Zahirilik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Zahirilik (ərəb. ظاهرية‎) — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar.

İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994)

Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır.

İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır. Bu məzhəblə dərindən tanış olmasına baxmayaraq Davud əl-İsfahani kimi qısa müddətdən sonra şafei məzhəbini tərk edir.[1]

Zahiri məzhəbi, fiqhin qaynağının ancaq Quran və Sünnədən ibarət olduğunu iddia edən məzhəbdir. Bu məzhəbə görə, şəriətin hökümlərin haqqında heç bir rəydən söz gedə bilməz. Bu məzhəbi mənimsəyənlər, bütün rəy çeşidlərinə qarşı çıxaraq nə qiyası, nə istihsanı Arxivləşdirilib 2016-12-23 at the Wayback Machine, nə məsalihi-mursələni Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine, nə də sədd əz-zəraini Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine qəbul etmirlər. Yalnız Quran və Sünnəni qəbul etmişlər və haqqında Quran və Sünnədə dəlili olmayan məsələlərin istishab deyilən ibahati-əsliyyə (mübahlıq) prinsipinə tabe olduğunu bildirmişlər.

Zahiri məktəbinin alimləri irəli sürdükləri bir çox məsələlərdə digər məzhəb alimləri ilə ixtilafda olmuşlar.

Zahiri məktəbinin söykəndiyi əsas mənbələr kimi aşağıdakıları qeyd edə bilərik:

  1. Quran. Şəriətin ilk mənbəsi hesab edilir.
  2. Sünnə. Sünnənin də mənbə olması Qurandan anlaşılır.
  3. İcma. İcma məsələsində onun ayə və səhih hədislərə dayanması şərt sayılır. Zahiri məzhəbinə görə icma ancaq səhabə dövrünə təsadüf edə bilər. Sonrakı dövrlərdə hər hansı bir məsələ ilə bağlı icmanın olması onlara görə qeyri-mümkündür.
  4. Dəlil Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine. Dəlildən məqsəd istishabdır. Əgər Quran və Sünnədə hökmü keçməyən məsələ meydana çıxarsa, "hər şey əslində halaldır" prinsipinə tabe olacaqdır.

İbn Həzmin "Əl-Muhəlla" adlı hədislərlə dolu kitabı çox məşhurdur. Onun üsula aid kitabının adı isə "Əl-İhkam fi usulil-əhkam"-dır. İbn Həzm dəlilin qiyasdan fərqli olduğunu və birbaşa Quran, Sünnə və ya icmadan əldə edildiyini söyləmişdir.[2]

Zahiri məzhəbi İslam dünyasında İbn Həzmin vəfatından sonra tələbələri tərəfindən daha çox yayılmağa başlayır. İbn Həzmin tələbələrindən bir olan əl-Humeydi zahirilik məktəbinin yayılmasında böyük rol oynayır. Əl-Humeydi getdiyi bütün ölkələrdə, şəhərlərdə öz müəllimi olan İbn Həzmin əsərləri ilə təbliğat aparır və özünə tərəfdarlar tapırdı. Zahiriliyin yayılmasında çox böyük rolu olan digər bir alim isə Əbu əl-Xəttab Məcduddin ibn Ömər ibn Həsən olmuşdur. Müsəlman şərqində böyük səs salan Muhyiddin Ərəbi ibadətlər mövzusunda zahiriliyə üstünlük verir, etiqad mövzusunda isə batiniliyin tərəfdarı idi. Yeddinci yüzillikdə zahiri məzhəbi Şimali Afrika və İspaniyada yayılır və tərəfdarlarının sayı çoxalır. Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olsa da sayları kifayət qədər çox deyildir.[3]

  1. H.Karaman. İslam Tarihinde mezhep kavğaları. Diyanet işleri başkanlığı yayınları.1975. s 18.
  2. http://ktp.isam.org.tr/pdfdrg/D186150/2009/2009_CEBECIA.pdf
  3. M.Rəhim, "İslamda məzhəblərarası yaxınlaşma konsepsiyaları", Bakı, 2012, səh 59.