Alfred Hiçkok
Görünüş
Alfred Hiçkok | |||
Doğum tarixi | 13 avqust 1899 | ||
Doğum yeri | Leytonstone | ||
Vəfat tarixi | 29 aprel 1980 | ||
Vəfat yeri | Bel-Eyr | ||
|
Alfred Cozef Hiçkok (1899–1980) — məşhur Britaniya kinorejissoru, prodüseri, ssenaristi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bədii filmlərdə rejissor Tanrı, sənədli filmlərdə isə rejissor Allahdır.
- Bəzi filmlər həyatın dilimləridir, mənimkilər keks dilimləri.
Ç
[redaktə]- Çəkiliş meydançasında başlayan bütün sevgi səhnələri soyunub-geyinmə otağında bitir.
D
[redaktə]- Diana və Bazyl sonsuza qədər xoşbəxt yaşadılar — evlənmədilər.
F
[redaktə]- Fərdi üslub özünə münasibətdə plagiatdır.
- Film cansıxıcılıq ləkələrinin silindiyi bir həyatdır.
- Film həyatın bir parçası deyil, tort parçasıdır.
- Film zəlzələ ilə başlamalı və sonra gərginlik yaranmalıdır.
- Filmin müddəti adi tamaşaçının sidik kisəsinin dözümlülüyü ilə müəyyən edilir.
- Filmlərdə qətllər həmişə çox təmiz olur. Mən göstərirəm ki, insan öldürmək nə qədər çətin və nə qədər pis işdir.
H
[redaktə]- Həmişə deyirdim ki, qadın yaxşı bir dəhşət filmi kimi olmalıdır: təsəvvür üçün nə qədər boş yer qalsa, o qədər yaxşıdır.
- Hər hansı məntiqdən daha vacib olan bir şey var: o, təxəyyüldür.
X
[redaktə]- Xoşbəxt evlilik ərin arvadın demədiyi hər sözü başa düşdüyü bir evlilikdir .
K
[redaktə]- Kino çəkmək mənim üçün ilk növbədə hekayə danışmaq deməkdir. Tarix doğru olmaya bilər, amma sadəlövh ola bilməz. Dramatik və insani olmalıdır. Dram darıxdırıcı anları kəsilmiş həyatdır.
- Kişi arvadının söyləmədiyi hər sözcüyü anladığı andan etibarən həqiqətən evlidir.
M
[redaktə]- Mən heç vaxt bütün oyunçuların mal-qara olduğunu deməmişəm; dedim ki, bütün oyunçulara mal-qara kimi yanaşmaq lazımdır.
- Mən növ rejissoruyam. Sindrellanı film etsəm, insanlar at arabasında cəsəd axtararlar.
- Mənim üçün qorxularımdan qurtulmağın yeganə yolu onlar haqqında film çəkməkdir.
O
[redaktə]- Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni.
Ö
[redaktə]- Öz işlərimlə çox məşğul olurdum, bu da məni daha çox maraqlandırırdı.
- Özündən oğurlama bir stildir.
P
[redaktə]- Polisə qarşı deyiləm. Yalnız onlardan qorxuram.
S
[redaktə]- Sarışınlar ən yaxşı qurbanlardır. Onlar qanlı ayaq izləri olan qar kimidirlər.
- Söz oyunları ədəbiyyatın ən yüksək formasıdır.
T
[redaktə]- Televiziya qapalı santexnika ixtirasına bənzəyir. Bu, insanların vərdişlərini dəyişmədi. Sadəcə onları evin içində saxlayırdı.
- Televiziya psixiatriya haqqında məlumat yaymaqla yanaşı, həm də ona olan ehtiyacın yaranmasına töhfə verməklə psixiatriya üçün çox iş görüb.
- Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin.
- Televiziyanın etdiyi ən böyük qatqılardan biri, cinayəti təkrar evə gətirməsidir, aid olduğu yerə.
Y
[redaktə]- Yumurtalardan qorxuram, qorxmaqdan əvvəl, iyrənirəm. Ağ üzərində heç dəlik olmayan şey. Heç yumurta sarısından daha iyrənc bir şey gördünüzmü? Qan xoş bir qırmızılığa malikdir, ancaq yumurtanın o sarısı iyrənc. Heç dadmadım.