Bayquş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac bayquş öz balasını yeyər. Vyetnam atalar sözləri
B
[redaktə]- Bayquş da elə bilir balası gözəldir. Assuri atalar sözləri
- Bayquş xarabalıq sevər. Azərbaycan atalar sözləri/B
- Bayquş xarabalığı gülüstana dəyişməz. Azərbaycan atalar sözləri/B
- Bayquşdan xeyir gəlsəydi onu da ovlayardılar. Ərəb atalar sözləri
- Bayquşlar günəş tutulmasına sevindiyi kimi, kiçik ruhlar da böyük dahilərin bütü ilə sevinir. Antuan de Rivarol
- Bayquşun dalınca düşən xarabalığa gedib çıxar. Ərəb atalar sözləri
- Bayquşun ovu ağzına düşər. Türkmən atalar sözləri
D
[redaktə]- Daşı bayquşa vursan - bayquş öləcək, bayquşu daşa vursan - yenə də bayquş öləcək. Qaraqalpaq atalar sözləri
X
[redaktə]- Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Azərbaycan atalar sözləri/X
Ö
[redaktə]- Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə. Əliağa Vahid
Y
[redaktə]- Yer üzündə heç bir Hüma quşu qalmasa da, kimsə bayquşun kölgəsinə sığınmaz. Sədi