Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

Bernar Verber

Bernar Verber
Doğum tarixi 18 sentyabr 1961
Doğum yeri Tuluza, Fransa
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarına qarşı nifrət hissi aşılamaq nə qədər asandır
  • Beyin istifadə olunmazsa, o, tez sıradan çıxır.
  • Bəzən hadisələri təhlil edə bilmirik, çünki bizə aydın görünən nöqteyi-nəzərdən başlayırıq.
  • Bir anın qədrinin nə olduğunu bilmək üçün avtobusa gecikən adamdan, saniyənin mində birinin qədrini bilmək üçün olimpiadada medal qazanandan soruşmaq lazımdır.
  • Cismin istəyi deyil, nəfslərin məhəbbəti həqiqi olacaq.
  • Düşüncə gücünün heç bir həddi yoxdur. İstəsə keçmişi silə bilər.
  • Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr.
  • Heç nə bilmədiyimiz zaman çox sual vermirik, amma izahat almağa başlayanda nəyin bahasına olursa olsun hər şeyi bilmək istəyirik.
  • Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır.
  • Hər birimiz vaxtı özümüz kimi qəbul edirik , ona görə də o, kifayət qədər nisbidir.
  • Həyatda üç amil var: istedad, imkan və iş. Onlardan ikisi ilə uğur qazana bilərik, amma ideal vəziyyətdə üçü də var.
  • İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar.
  • İnanıb- iman etməməyimizin heç bir əhəmiyyəti yoxdur; vacib olan daha çox sual verməkdir.
  • İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür.
  • İnsanlar öz xoşbəxtliklərini qurmaq istəmirlər, sadəcə dərdlərini azaltmaq istəyirlər.
  • İntihar çox pis bir məcburiyyətdir: intihar etmək həyatı qəbul edə bilməyəcəyimizi dərk etmək deməkdir.
  • İntuisiyanın səsini eşitmək üçün ağılı susmağa məcbur etmək lazımdır.
  • İstifadə etdiyimiz dil düşüncə tərzimizə təsir edir.
  • Kişilərin azad seçimi onlar üçün qərar verəcək qadını seçməkdir.
  • Nə qədər çox televiziya kanalı, radio, qəzet və mediamız varsa, bir o qədər çox yönlü yaradıcılığımız var; bozluq yayılır.
  • Ot tayasında iynə tapmaq üçün onu yandırmaq, sonra maqnitlə iynəni küldə axtarmaq kifayətdir.
  • Reallıq - sən ona inanmayandan sonra belə davam edən bir haldır.
  • Rəqibinizin vurduğu yerə baxın, bu, çox vaxt onun zəif nöqtəsidir.
  • Soyuq: həşəratlar aləmində universal olan yuxu vasitəsi.
  • Varlılara başçılıq etmək yoxsulları xoşbəxt etmir.

Vikipediyada Bernar Verber haqqında məqalə var.

İstinadlar

[redaktə]