Eyni
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
- Allah insanı öz simasına və bənzərinə görə yaratdı, insan da eyni tərzdə Ona əvəzin verdi. Volter
- Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir. Lev Tolstoy
- Azərbaycanda həm iqtisadi, həm siyasi sahədə aparılan islahatlar, qazanılan uğurlar bizdə nikbinlik hissi oyadır. Eyni zamanda, Azərbaycanda siyasi proseslər də çox müsbət istiqamətdə gedir. İctimai-siyasi proseslər demək olar ki, iqtisadi və siyasi islahatların nəticəsidir. Belə olan halda, Azərbaycanda istənilən məsələ həll edilə bilər və siyasi iradəmiz, proqramlarımız bizi bütün bu işlərə yaxınlaşdırır.
13 aprel 2007, Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında nitqindən. İlham Əliyev
B
[redaktə]- Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi. Xalid Hüseyni
- Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir. Maksim Qorki
- Bəziləri çalışırlar alicənablığı ələ gətirsinlər, eyni halda bəziləri təsadüflərin nəticəsində alicənablığı özlərinə aid edirlər. Uilyam Şekspir
- Biliklə müdrikliyi eyni şey hesab etmə. Pifaqor
- Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir. Cübran Xəlil Cübran
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Bir insanla barışmaq və onunla kəsilmiş münasibətləri bərpa etmək, ilk fürsətdə eyni şeyi etdikdə tövbə etməli olduğu bir zəiflikdir, bu da ayrılmaya səbəb oldu. Artur Şopenhauer
- Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
- Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir. Mark Tven
- Bütün bədbəxtliklər qardaşdır; eyni dildə danışarlar. Onore de Balzak
C
[redaktə]- Cəmiyyətin ən yüksək və müqəddəs marağı onun hər bir üzvünün, eyni zamanda öz rifahıdır. Vissarion Belinski
- Cənab və ya Usta əvəzinə iki nəfər arasında həqiqətən uyğun bir müalicə ... bədbəxtlikdə yoldaşım olmalıdır. Nə qədər qəribə səslənsə də, faktlarla razılaşır və qarşıdakı insanı ən düzgün şəkildə təqdim edir, eyni zamanda bu ən vacib şeyi bizə xatırladır - hər birimizin başqalarından ehtiyac duyduğu dözümlülük, səbir, qonşuluq və məhəbbət borclu olduğumuz bir başqasına. Artur Şopenhauer
D
[redaktə]- Dinlər eyni nöqtədə birləşən fərqli yollardır. Eyni məqsədə doğru gediriksə, yolları ayırmağın nə əhəmiyyəti var ki?! Mahatma Qandi
- Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir. Əbu Turxan
E
[redaktə]- Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. Tur Xander
- Eyni bir şeyə faciə ilə baxıb əzab çəkmək, eyni zamanda adi, hətta şən baxmaq olar. Lev Tolstoy
- Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər. Mövlana Cəlaləddin Rumi
- Eyni gücə malik iki insandan haqlı olanı güclüdür. Pifaqor
- Eyni ilə göz kimi, “Ruh o dərəcədə gücsüzdür ki, özünü belə görə bilmir”. Özünü görməyən ruh bütün başqa şeyləri görür. Mark Tulli Siseron
- Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir. Platon
- Eyni yaylaqda otlayanların ya tükləri, ya da xasiyyətləri oxşar olar. Ləzgi atalar sözləri
- Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir. Mark Tven
- Eyni zamanda doğulmuşlar nə eyni təbiətə, nə də eyni həyata malik olurlar.Mark Tulli Siseron
Ə
[redaktə]- Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. Ziqmund Freyd
- Əgər fəzilətə görə idarə, mərasimə görə hərəkət edilərsə, xalq nəinki utanacaq, eyni zamanda itaət göstərməyə hazır olacaq. Konfutsi
- Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. Müqəddəs Oqastin
- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
- Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Heydər Əliyev
H
[redaktə]- Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi. Alber Kamyu
K
[redaktə]- Kişi ilə qadının bir-birinə bağlılığı heyrətləndirici illüziya ilə başlayır, sanki onlar hər şey barədə eyni cür fikirləşirlər. Aqata Kristi