Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

Koko Şanel

Koko Şanel
Doğum tarixi 19 avqust 1883
Doğum yeri Saumur
Vəfat tarixi 10 yanvar 1971
Vəfat yeri Ritz oteli
Dəfn yeri Bua-de-Vo qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883, Overni, Fransa - 10 yanvar 1971, Paris, Fransa) — Fransalı modelyer.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağrıyanda özünü saxla, ağrıyanda səhnə qurma - ideal qadın budur.
  • Belə qəbul olunub ki, dəbdəbə – səfalətin əksidir. Yox, o vulqarlığın əksidir.
  • Bəzi insanlar düşünürlər ki, ləl-cəvahirat yoxsulluğu göstərir. Xeyr, bu, ədəbsizliyin göstəricisidir.
  • Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir.
  • Budur əsl şöhrət - Yalnızlıq.
  • Canlı olan çirkin ola bilməz.
  • Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər.
  • Dəb keçir, stil qalır.
  • Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir.
  • Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır.
  • Elə paltar geyinin ki, rahat soyuna biləsiniz.
  • Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib.
  • Əgər insan bütün qadınlar haqqında pis danışırsa, deməli, hansısa qadın onu incidib.
  • Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir.
  • Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur.
  • Əsl alicənablıq nankorluğu bağışlamağı bacarmaqdır.
  • Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.
  • Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.
  • Ətir vurmayan qadının gələcəyi yoxdur.
  • Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.
  • Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş.
  • Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, o zaman heç vaxt etmədiyiniz şeyi etməlisiniz!
  • Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır.
  • Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.
  • Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...
  • Hər şey öz əlimizdədir, ona görə də onları əldən vermək olmaz.
  • Gənc qadın məndən “Ətirdən harada istifadə etmək lazımdır?” deyə soruşdu. Mən isə “Harada ki, ərinizin sizi öpməyini istəyirsiniz” cavabını verdim.
  • Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək.
  • Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir!
  • Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz.
  • İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.
  • İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.
  • İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın.
  • Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.
  • Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.
  • Qadın layiq olduğu yaşdadır.
  • Qadın yalnız iki şey olmalıdır, zərif və qeyri-adi.
  • Qadını heç nə bahalı kostyum qədər yaşlı göstərmir.
  • Qadının ən dəbli aksessuarı və bəzəyi — yaraşıqlı kişidir!
  • Qadınlar dəyişmək istəyirlər. Onlar səhv edirlər. Mən xoşbəxtliyəm. Xoşbəxtlik isə daimidir və dəyişməməkdədir.
  • Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin.
  • Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!
  • Mən anlamıram ki, bir qadın səliqəli geyinmədən necə evdən çıxa bilər?! Bəlkə həmin gün sizin taleyinizdə dönüş nöqtəsi olacaq...
  • Niyə kişilərin sahib olduqları hər şeyi qadınlar tələb edir, bilmirəm. Axı, qadınların başqa şeylərlə yanaşı kişiləri də var.
  • O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı.
  • Paltar asılqanda gözəl görünə bilər. Amma onun əsl gözəlliyini qadının əynində olanda dəyərləndirmək lazımdır.
  • Paltarda qadın axtarın. Qadın yoxdursa, paltar da yoxdur.
  • Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.
  • Pis geyinsəniz sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz sizi yadda saxlayacaqlar.
  • Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.
  • Sıxıntı və monotonluq üçün vaxt yoxdur. İş üçün, sevgi üçün vaxt var.
  • Təbiət sizə 20 və ya 30 yaşınızdakı simanızı verir. Lakin 50 yaşınızda sahib olduğunuz sima sizin layiq olduğunuzdur.[1]
  • Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin.
  • Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.
  • Yəqin ki, tək qalmağım təsadüfi deyil. Bir kişinin mənimlə yaşaması çox çətin olardı, əgər o, çox güclü olmasa. O məndən güclüdürsə, onunla yaşaya bilməyən mənəm. … Mən nə ağıllı, nə də axmaq deyiləm, amma mən düşünmürəm ki, qabaqcıl insanam. İş qadını olmadan biznesdə olmuşam, yalnız sevgi üçün yaradılmış qadın olmadan sevmişəm. Mənə elə gəlir ki, sevdiyim iki kişi məni həm yerdə, həm də göydə xatırlayacaq, çünki kişilər həmişə onları narahat edən qadını xatırlayırlar. Mən insanlar və həyat üçün əlimdən gələni etdim, qanunlar olmadan, amma ədalət zövqü ilə.
  • Zəriflik gənclərin müstəsna hüququdur.
  • Zövqsüzlüyün də çərçivəsi var. Yalnız zövqlülük əbədidir.

İstinadlar

[redaktə]
  1. [1]Koko Şanelin Maraqlı Frazaları