Maks Fris
Görünüş
Maks Fris | |||
Doğum tarixi | 15 may 1911 | ||
Doğum yeri | Sürix | ||
Vəfat tarixi | 4 aprel 1991 | ||
Vəfat yeri | Sürix | ||
|
Maks Rudolf Fris (15 may 1911 – 4 aprel 1991) — İsveçrə yazıçısı, memar, dramaturq və romançı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac olanın seçimi yoxdur. Onun ruhu istədiyi yerdən deyil, aclıqdan gəlir.
B
[redaktə]- Başqasının həyatına şiddətlə qısqanırlar, çünki onların öz həyatı yoxdur …
- Biz bilməyə ehtiyac duymadığımız bir dünya yaratmaq üçün texnologiyadan istifadə etməyi bacardıq.
C
[redaktə]- Cəmiyyətin məşhur insanlara ehtiyacı var, sual ondan ibarətdir ki, onları bu rola kim seçir? Onların seçdiyi hər hansı tənqid, üstüörtülü olsa da, o cəmiyyətin tənqididir.
H
[redaktə]- Heç kim həqiqətən müharibə istəmir, amma çoxlarına nifrət lazımdır.
- Hər bir insan gec-tez həyatı hesab etdiyi bir hekayə ilə qarşılaşır.
İ
[redaktə]- İki tərəfdaş bir-biri ilə rahat olduqlarını düşünürlərsə, çox vaxt eyni anda bir-birlərini itirirlər.
- İncəsənət utopiyanın hökmdarıdır.
K
[redaktə]- Kişi və qadının bir-birindən uzaq qalmasının sirri onları cüt edir.
M
[redaktə]- Mənim reallığım oynadığım rolda deyil, özümə hansı rolu təyin etdiyimlə bağlı şüursuz qərardadır.
O
[redaktə]- Ordu, cəza vermək imkanına arxalanaraq, ancaq itaət əldə edir. İntizam azad iradədən qaynaqlanır.
Ö
[redaktə]- Özünüzü qəbul etməkdən daha çətin bir şey yoxdur.
T
[redaktə]- Texnologiya dünyanı elə tənzimləmək bacarığıdır ki, biz onu təcrübədən keçirməyə məcbur deyilik.
V
[redaktə]- Vətən bizim anladığımız, bizi anlayan insanlardan ibarətdir.
Y
[redaktə]- Yalan haradan başlayır? Heç bir sirrimiz olmadığını iddia etməyə başladığımız yerdə. Dürüst olmaq tənha qalmaq deməkdir.
- Yazmaq özünü oxumaq deməkdir.
Z
[redaktə]- Zaman bizi dəyişdirmir, yalnız təkmilləşdirir.[1]
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.543