Osetin atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Açarı qıfıla görə seçərlər, qıfılı açara görə yox.
- Adamların zavalı allahındakından qorxuludur.
- Aqil adam ağlıyla toxdur.
- Ağıllı adam çətin işdə tələsməz.
- Ağıllı insanlar danışdıqlarından çox dinləyirlər.
- Ağıllı özü öz səhvini başa düşür.
- Ağlı su batırmaz, külək aparmaz, harami oğurlamaz.
B
[redaktə]- Başqasının süfrəsində tox olmaqdansa, öz ocağında ac oturmaq yaxşıdır.
- Bir halda ki, yük çiyindədir, təkcə qalır aparmaq.
- Bir nəfərə qarşı iki nəfər də qoşundur.
- Bıçaq altında ah çəkmək gecdir.
- Böhtançını çoxdan tanıyırlar, amma ona elə gəlir ki, heç kim bilmir o necədir.
- Böyük ürəyin ağrısı da böyükdür.
- Buynuzsuz qoyun buynuzlularla vuruşdu, qulaqdan da oldu.
C
[redaktə]- Camaat sevən allahın adam da xeyrini verər.
Ç
[redaktə]- Çox işləyən çox yaşar.
- Çox şirin olma - hamı səni yeyəcək, çox acı olma - səndən üz döndərəcəklər.
D
[redaktə]- Dəniz də yerini dəyişir.
- Dənizdə iz qalmaz.
- Diş ağrısına ayı da dözmür.
- Dünyanın özünü yox, elmini fəth etməyə çalış.
- Düşməni dost elə, dostu düşmən eləmə.
E
[redaktə]- Elə ki, axmaqları yox etmək qərarına gəldilər, dəli də başladıbıçağını itiləməyə.
- Eyibsiz dost axtaran dostsuz qalar.
F
[redaktə]- Fikirləşmək üçün gərək başın olsun.
G
[redaktə]- "Görmədim" bircə sözdür, "gördüm" böyük söz-söhbət.
- Günahkarlar öz kölgəsindən də qorxar. [1]
X
[redaktə]- Xəbərçi - dosta da böhtan atar.
- Xoruz dedi: Mən öz banlamağımı banlayıram, dan yerinə nə olur-olsun.
- Xoş söz ürəyə qapıdır.
H
[redaktə]- Heç nə görməyən, heç nə bilməz.
- Həqiqət zordan güclüdür.
- Hətta düşməninə də doğruçu şahid ol.
İ
[redaktə]- İki göz dünyanı görür, bir-birini yox.
- İki qardaşdan ayı da qorxar.
- İki şeh damcısı da bir-birindən seçilir.
- İlan sancması xəncər zərbəsindən qorxuludur.
- İlanı fışıltısından tanıyarlar.
- İnamsız yaşamaq çətindir.
- İnanmaq - yaxşıdır, lap çox inanmaq - qorxuludur.
- İnsan - göz və ürək deməkdir.
- İnsanın həmişə nəyi isə çatmır.
- İstəmək ayıb deyil, oğurlamaq ayıbdır.
- İt qurdu tutdu: yeyə də bilmədi, buraxmağa da qorxdu.
- İtə bir tikə at, hürməsin.
K
[redaktə]- Karın aləmində bütün dünya kardır.
- Kasıbın bayramlarda qarnı ağrıyır.
- Kasıbın əli heç nəyə çatmaz.
- Kim ki, çox dözür, onu çox da yükləyirlər.
- Kim vətəndə yaşamırsa, həyatın dadını bilmir.
- Kimin ki, hər şeyi olub və hamısını itirib, onun üçün göy gurultusu da qorxulu deyil.
Q
[redaktə]- Qabağa qaçırsan dala da bax.
- Qaranlıqda zəif işıq da uzağa düşər.
- Qaranlığın axırı işıq olur.
- Qardaş qardaşa borc qaytarmaz.
- Qonaq yanında iti də vurma.
- Qonaqlığa tək getmə.
- Qonağa nağıl yedirtməzlər.
- Qonağın gözü böyük olar.
- Qorxan göz yaxınını da tanımaz.
- Qoz ağacı kökündən çürüyər.
- Qozbel həmişə istəyər ki, düz kimi görünsün.
- Qurd kimidir: ya lap toxdur, ya lap ac.
- Qurdun quzuya rəhmi gəldi, yedi.
- Quş da meşədə tək yaşamaz.
L
[redaktə]- Lazım gəlsə, qurdun da tərəfini saxlamaq olar.
M
[redaktə]- Min bir yol yalana, yalnız bir yol həqiqətə aparır.
N
[redaktə]- Nə yaxşı , nə pis - onun üçün fərqi yoxdur.
O
[redaktə]- O dünyaya gecikməkdən heç kəs qorxmur.
- Od ağıllı üçün hərarətdir, axmaq üçün - yanğın.
- Od sönər, ad yox.
- Oğru da, qurd da işıqdan qorxurlar.
Ö
[redaktə]- Ölünü şahid çağırmazlar.
- Ölümün qapısı hamıya açıqdır.
- Öz ağlınla dolan, özgə ağlına güvənmə.
- Öz mövsümündə alça da dadlıdır.
- Özgə aulda paltarına baxıb qarşılayırlar, öz aulunda işinə.
- Özünü tanımaq istəyirsəcə - eldən soruş.
P
[redaktə]- Polad odda bərkiyər, insan mübarizədə və çətinlikdə.
S
[redaktə]- "Salam dediyin yerdə "xudafiz" deməyi də bacar.
- Səbirdə qızıl gizlənib.
- Sənətin sərhədi doğulmur.
- Suya girməyincə üzməyi öyrənə bilməzsən.
- Süfrəni necə düzəltsən də, duzsuz keçinə bilməyəcəksən.
T
[redaktə]- Tək adam öz-özünə gülər, iki adam bir-birinə, üç adam kiməsə.
- Tənbəl axşama yaxın işə başlar.
- Torpaq borclu qalmaz.
U
[redaktə]- Uşaqları istəməyən heç kəsi istəməz.
- Utanan qonaq ac qalar.
- Utancaq qonaq ac qalır.
Ü
[redaktə]- Ürək kor olanda gözlər görməz.
- Üstünə cuman olanda siçan da civildəyər.
V
[redaktə]- Vuruşursan, vuruş, nart kimi: ta gün batana qədər. (Nartlar - qeyri-adi qüvvələri ilə tanınan Osetiya xalq eposu qəhrəmanlarıdır).
Y
[redaktə]- Yaxşılığı it də unutmur.
- Yalana min yol gedir, doğruya bir yol.
- Yalançı dəniz dibində də gizlənə bilməz.
- Yalançını kor da görür.
- Yerin nuru günəşdir, insanın nuru - elm.
- "Yoxdur" - daşdan möhkəmdir.
- "Yoxdur"a gülməzlər.
- Yola düşmək ayıb deyil, kənarda qalmaq ayıbdır.
- Yoldaş olmayanda ağac da yoldaşdır.
Z
[redaktə]- Zaman son tarix tanımır.