Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

Qüdrətli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arzudan daha qüdrətli, daha amansız maqnit ola bilməz.[1] Fransua de Kurel
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı! [2] Xəlil Rza Ulutürk
  • Çin daha qüdrətli olmaq üçün beynəlxalq aləm ilə əlli il müddətində sülh etməyə məcburdur. Den Syaopin
  • Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. Riçard Şeridan
  • Ən qüdrətli insan, özünə hakim olandır. Seneka
  • Heç nədən qorxmayan adam qarşısında hamının tir-tir əsdiyi adamdan az qüdrətli deyildir.
  • Kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biri, siyasi mübarizənin ən güclü silahı, insanlığın topladığı bütün biliklər məcmusunu mənimsəmək üçün qüdrətli amildir.[4]
  • Şübhə günlərində, vətənimin taleyi ilə bağlı ağrılı düşüncə günlərində yalnız sən mənim dəstəyim və dəstəyimsən, ey böyük, qüdrətli, həqiqətçi və səlis rus! Əgər sizin üçün olmasa, evdə baş verən hər şeyin qarşısında ümidsizliyə necə düşməməlisiniz? Ancaq inanmaq olmaz ki, belə bir dil böyük insanlara verilməyib! İvan Turgenev

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.28
  2. [1] Tarixdə iz buraxanlar: Xəlil Rza Ulutürk.
  3. Milli musiqimizin Qədir zirvəsi
  4. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.