Valter Skott
Görünüş
Valter Skott | |||
Doğum tarixi | 15 avqust 1771 | ||
Doğum yeri | Edinburq | ||
Vəfat tarixi | 21 sentyabr 1832 | ||
Vəfat yeri | Abbotsford House | ||
Dəfn yeri | Dryburgh Abbey | ||
|
Valter Skott (15 avqust 1771 – 21 sentyabr 1832) — Şotlandiya tarixi romançısı, şairi, dramaturqu və tarixçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl nüfuzdan yox, nüfuz ağıldan doğur, ağıldan doğmayan hər cür nüfuz gücsüzdür.[1]
- Ağıllı insanlarla ünsiyyət qurmaqla siz həm də ən ağıllısınız.
- Aldatmağa başlayanda, inandırıcı yalanları nə qədər danışacağımızı bilmirik!
- Aldığımız təhsilin ən yaxşı hissəsi özümüzə verdiyimiz şeydir.
- Avropanın kral şəcərələrinə nəzər salsaq, hər şeyin başlanğıcda qalib bir döyüşçünün izinə düşməsindən başqa nə görə bilərik?
B
[redaktə]- Başqalarının fikrini öyrənmək və öz fikrini açıqlamamaq istəyən ağzına bir damla şərab da almamalıdır.
- Bütlərimizi qardan heykəlləndiririk və əriyəndə ağlayırıq.
C
[redaktə]- Cahillik və xurafat yeganə həqiqi bədbəxtlikdir.
- Cəsarəti olmayan kəs heç bir həqiqəti qəbul etmək istəməz.
- Cinayətlərin pis nəticələri cinayətlərin özündən çox yaşayır.
Ç
[redaktə]- Çox dincəlmək paslanmaqdır.
E
[redaktə]- Elmə xor baxan cahilliyi ilə məhv olar.
Ə
[redaktə]- Əkinçinin paltarı əkinçinin sərvətinə uyğundur.
G
[redaktə]- Gül çiçək açanda gözəldir; Qorxu yox olanda yaranan ümid ən çox təsəllivericidir.
H
[redaktə]- Heç vaxt işsiz qalma.
- Həyatda ən faydalı şey öz təcrübənizdir.
X
[redaktə]- Xalqın həmrəyliyi sarsılmaz qaladır.
İ
[redaktə]- İnsan birliyi alınmaz qaladır.
- insanlar bir-birlərinə yardım etməkdən əl çəkdikləri gün insanlıq yox olar.[2]
- İntiqam cəhənnəmdə bişmiş ən dadlı yeməkdir.
N
[redaktə]- Nə qədər az söz desəniz, işi bir o qədər tez bitirəcəksiniz.
Ö
[redaktə]- Ölüm — son yuxumu? Xeyr, ölüm — son oyanışdır.
P
[redaktə]- Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur.
R
[redaktə]- Ruhunun məşuqəsini seçməyən cəngavər heç vaxt hərbi şücaətləri ilə məşhur olmayacaq!
S
[redaktə]- Sevgi ən kiçik bir ümidlə yaşaya bilər, amma ümidsiz mövcud ola bilməz.
- Sevgi və ağıl heç vaxt eyni yataqxanada yaşamayan iki səyyahdır. Biri gələndə digəri gedir.
- Sevincsiz həyat yağsız çıraqdır.
- Sürətli yazanların problemi yığcam yaza bilməmələridir.
Ş
[redaktə]- Şairin qulağı heç vaxt yaltaqlığa kar olmayıb.
- Şairin məqsədi və peşəsi qəlbdə harmoniya yaratmaqdan başqa hər şeyi boş hesab etməkdir.
- Şəxsi təcrübə — həyatda ən xeyirli şeydir.
- Şöhrətli həyatla dolu bir saat, şöhrətsiz bədbəxt bir həyata dəyər!
- Şöhrətpərəstlik qan bağlarını qırır və minnətdarlıq borclarını unudur.
T
[redaktə]- Təbiət öz gözəlliyninin tərənnümündə şairlərə, yazıçılara borclu olduğu kimi, yazıçı və şairlər də bir çox cəhətdən təbiətə borcludurlar.
U
[redaktə]- Uşaq instinktiv olaraq dostunu da, düşmənini də tanıyır.
- Uzun dillər qonşular və xalqlar arasında düşmənçilik toxumu səpir.
V
[redaktə]- Vaxt və axın heç zaman dayanmır.
Z
[redaktə]- Zaman və dalğa heç vaxt gözləmir.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.