Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

artırmaq

Wiktionary saytından
  • azərbaycanca: artırmaq
  • Heca: ar-tır-maq

Mənalar :[1]https://web.archive.org/web/20140716184617/http://azerdict.com/izahli-luget/Art%C4%B1Rmaq

    1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq. – Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.
    2. Əlavə etmək, üstünə gəlmək. Beşin üstünə üç artırmaq. Çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.
    3. Gücləndirmək, şiddətləndirmək. Maşın sürətini artırdı. Ağrını artırmaq. – Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm, dəxi məsciddə nəyim var mənim. S.Ə.Şirvani. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. Şəhərin bu dəhşətli mənzərəsi kəndin Firidunda oyatdığı kədər və qəzəbi daha da artırdı. M.İbrahimov.
    4. Yüksəltmək. Vəzifəsini artırmaq. Sayıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.
    5. məc. Böyütmək, şişirtmək, mübaliğə etmək. Artırma, olduğu kimi söylə!
    6. məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, yüksəltmək. İxtisasını artırmaq. Biliyini artırmaq.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən artırmışdım artırdım artırıram artıracağam artıraram artırım artıram artırmalıyam artırasıyam artırsam Adlıq artırmaq
Sən artırmışdın artırdın artırırsan artıracaqsan artırarsan artır artırasan artırmalısan artırasısan artırsan Yiyəlik artırmağın
O artırmışdı artırdı artırır artıracaq artırar artırsın artıra artırmalıdır artırasıdır artırsa Yönlük artırmağa
Biz artırmışdıq artırdıq artırırıq artıracağıq artırarıq artıraq artıraq artırmalıyıq artırasıyıq artırsaq Təsirlik artırmağı
Siz artırmışdınız artırdınız artırırsınız artıracaqsınız artırarsınız artırasınız artırasınız artırmalısınız artırasısınız artırsanız Yerlik artırmaqda
Onlar artırmışdılar artırdılar artırırlar artıracaqlar artırarlar artırsınlar artıralar artırmalıdırlar artırasıdır artırsalar Çıxışlıq artırmaqdan


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]