Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

atlaz

Wiktionary saytından
  • azərbaycanca: atlaz

Mənalar :

  1. Üzü hamar, parlaq ipək parça növü. Get atlazın yaxşısından; Yaşılından da al gətir! Aşıq Hüseyn. // Atlazdan tikilmiş. Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama. (Bayatı). ..Sürtükün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov.
  2. Təşbihlərdə: atlaz kimi parlaq, hamar şey haqqında. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub. Çəmənzəminli. Ortada gömgöy otlarla atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]