Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

bağışlamaq

Wiktionary saytından
  • azərbaycanca: bağışlamaq
  • Heca: ba-ğış-la-maq
  • Əski əlifba: باغیشلاماق

Mənalar :[1]https://web.archive.org/web/20140714032611/http://azerdict.com/izahli-luget/ba%C4%9F%C4%B1%C5%9Flamaq

    1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasına vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, .. mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı. // məc. Bəxş etmək, vermək. Elə bil, bağışladın mənə sevinc dolu bir aləmi. R.Rza.
    2. Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. Borclarını bağışlamaq.
    3. Günahından, təqsirindən keçmək, əfv etmək. Məncə yaraşmayır çoxuna bu ad; Məni bağışlasın sevgilim həyat. S.Vurğun. ..Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamanızı xahiş edirəm. Mir Cəlal.
    4. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız –
    5. söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla. – Səni əhlivəfa bilmişdim, ey gül, bivəfasanmış; Bağışla, bilmişəm biganələrlə aşinasanmış. S.Ə.Şirvani. Mən əvvəldən bunu duymuşdum ki, siz, bağışlayınız, bir az düz adama oxşamırsınız. C.Məmmədquluzadə;
    6. bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm.
    7. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: təsir bağışlamaq, ömrünü bağışlamaq.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən bağışlamışdım bağışladım bağışlayıram bağışlayacağam bağışlayaram bağışlayım bağışlayım bağışlamalıyam bağışlayasıyam bağışlasam Adlıq bağışlamaq
Sən bağışlamışdın bağışladın bağışlayırsan bağışlayacaqsan bağışlayarsan bağışla bağışlayasan bağışlamalısan bağışlayasısan bağışlasan Yiyəlik bağışlamağın
O bağışlamışdı bağışladı bağışlayır bağışlayacaq bağışlayar bağışlasın bağışlaya bağışlamalıdır bağışlayasıdır bağışlasa Yönlük bağışlamağa
Biz bağışlamışdıq bağışladıq bağışlayırıq bağışlayacağıq bağışlayarıq bağışlayaq bağışlayaq bağışlamalıyıq bağışlayasıyıq bağışlasaq Təsirlik bağışlamağı
Siz bağışlamışdınız bağışladınız bağışlayırsınız bağışlayacaqsınız bağışlayarsınız bağışlayasınız bağışlayasınız bağışlamalısınız bağışlayasısınız bağışlasanız Yerlik bağışlamaqda
Onlar bağışlamışdılar bağışladılar bağışlayırlar bağışlayacaqlar bağışlayarlar bağışlasınlar bağışlayalar bağışlamalıdırlar bağışlayasıdır bağışlasalar Çıxışlıq bağışlamaqdan


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]