Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

donmaq

Wiktionary saytından
  • azərbaycanca: donmaq

Mənalar :[1]https://web.archive.org/web/20130924023455/http://azerdict.com/izahli-luget/donmaq

    1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu. – Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə. // Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub. – Hələ deyirlər ki, dənizin suyu sahildən xeyli uzaqlara qədər donub. M.Rzaquluzadə. Ətrafda nə varsa donub. Ə.Məmmədxanlı.
    2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu. // Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.
    3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 4 dərəcə istidə donur. Yağ donmuşdur.
    4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu. – Fitnə birinci beyti oxuyarkən Bəhram donur. A.Şaiq. [Qız] məni görüncə boğanaq kimi donub, yaşmağı ağzına çəkib, qönçə dəhanı gizlətdi. A.Divanbəyoğlu. _ Donub qalmaq – mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım. [Şahinin] ..yanında yad bir adamın dayandığını gördük, donub qaldıq. S.Rəhman. Hamısı qorxusundan saralmış və yerindəcə donub qalmışdı. M.İbrahimov; inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən donmuşdum dondum donuram donacağam donaram donum donam donmalıyam donasıyam donsam Adlıq donmaq
Sən donmuşdun dondun donursan donacaqsan donarsan don donasan donmalısan donasısan donsan Yiyəlik donmağın
O donmuşdu dondu donur donacaq donar donsun dona donmalıdır donasıdır donsa Yönlük donmağa
Biz donmuşduq donduq donuruq donacağıq donarıq donaq donaq donmalıyıq donasıyıq donsaq Təsirlik donmağı
Siz donmuşdunuz dondunuz donursunuz donacaqsınız donarsınız donasınız donasınız donmalısınız donasısınız donsanız Yerlik donmaqda
Onlar donmuşdular dondular donurlar donacaqlar donarlar donsunlar donalar donmalıdırlar donasıdır donsalar Çıxışlıq donmaqdan


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]