Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

oturacaq

Wiktionary saytından

azərbaycanca: oturacaq

Mənalar :

  1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı. – Divara söykənmiş oturacaqlarda oturduq. S.Rəhimov. Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi. H.Seyidbəyli. // Stul, kürsü və s.-nin oturulan yeri. Oturacağı toxunma kürsünün üstündə əyləşmiş Murad oğluna baxıb gülümsündü. Ə.Vəliyev.
  2. Bir tikilinin özülünü təşkil edən, yerdə duran alt hissəsi; özül, əsas, altlıq. Binanın oturacağı. Heykəlin oturacağı. Stulun oturacağı.
  3. riyaz. Həndəsi fiqurun yerə dirənən aşağı hissəsi. Konusun oturacağı.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]