qala
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | qala | qalalar |
Yiyəlik halı | qalanın | qalaların |
Yönlük halı | qalaya | qalalara |
Təsirlik halı | qalanı | qalaları |
Yerlik halı | qalada | qalalarda |
Çıxışlıq halı | qaladan | qalalardan |
Mənalar :[1]https://web.archive.org/web/20160314061319/https://azerdict.com/izahli-luget/qala
- ↑
- [ər.] Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. birbirinə yaxınlaşırlar. S.S.Axundov. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.
- Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası. – Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi”si.. B.Vahabzadə. // Qüllə. Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.
- məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında. ◊ Uçan qala – uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|