Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Məzmuna keç

qurmaq

Wiktionary saytından
  • azərbaycanca: qurmaq
  • Heca: qur-maq

Mənalar :[1]https://web.archive.org/web/20131031121716/http://azerdict.com/izahli-luget/qurmaq

    1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
    2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal. [Qaraca çobanın] igid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə.
    3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir. – ..Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.
    4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq. – ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin .. bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov.
    5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq.
    6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən qurmuşdum qurdum qururam quracağam quraram qurum quram qurmalıyam qurasıyam qursam Adlıq qurmaq
Sən qurmuşdun qurdun qurursan quracaqsan qurarsan qur qurasan qurmalısan qurasısan qursan Yiyəlik qurmağın
O qurmuşdu qurdu qurur quracaq qurar qursun qura qurmalıdır qurasıdır qursa Yönlük qurmağa
Biz qurmuşduq qurduq qururuq quracağıq qurarıq quraq quraq qurmalıyıq qurasıyıq qursaq Təsirlik qurmağı
Siz qurmuşdunuz qurdunuz qurursunuz quracaqsınız qurarsınız qurasınız qurasınız qurmalısınız qurasısınız qursanız Yerlik qurmaqda
Onlar qurmuşdular qurdular qururlar quracaqlar qurarlar qursunlar quralar qurmalıdırlar qurasıdır qursalar Çıxışlıq qurmaqdan


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]