Berkut
Berkut | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Berkut |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status
[redaktə | mənbəni redaktə et]Azərbaycanda sayı azalan nadir növdür.
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir.
Yaşayış yeri
[redaktə | mənbəni redaktə et]Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir.
Təbiətdə sayı
[redaktə | mənbəni redaktə et]1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda berqutun çoxalması öyrənilməmişdir. Başqa populyasiyalardan məlumdur ki, berqut 4–5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2–3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir.
Rəqibi, düşməni, xəstəliyi
[redaktə | mənbəni redaktə et]Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil.
Sayının dəyişilmə səbəbləri
[redaktə | mənbəni redaktə et]İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər
[redaktə | mənbəni redaktə et]Yuva sahələrini müəyyən edib təbii abidə kimi qorumalı; yırtıcı quşların qorunmasını geniş təbliğ etməli.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3