Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Aqava (lat. Agave)[3]aqavakimilər fəsiləsinə aid bitki cinsi.[4]

Aqava
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur. Meksikalılar çiçək oxunu dibdən kəsib oradan çıxan şirəni toplayırlar. Bu şirəyə "Akvamil", yəni "bal suyu" deyilir. Gündə hər bitki 5 litrə yaxın şirə verir. Şirəvermə müddəti 8–9 ay davam edir. Bitki məhv olana qədər 1 ton şirə verə bilir. Bu şirədən Meksikalılar "Tekilla" adlı araq hazırlayırlar. Çiçək açdıqdan sonra məhv olan ana bitkinin yanlarında bir neçə bala bitkilər əmələ gəlir ki, onlar da əslində həmin bitkinin ömrünü davam etdirir. Xalq təbabətində onun yarpaqlarından bel ağrılarının, radikulit, lümbaqa və s. xəstəliklərin müalicəsində istifadə olunur. Dünyada bu cinsin 300 növü vardır. MNB-da açıq və örtülü şəraitdə bir çox növləri becərilir.

Növləri

redaktə

Azərbaycanın dərman bitkiləri

redaktə

İstinadlar

redaktə