Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir.

Qayana
Co-operative Republic of Guyana
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
One People, One Nation, One Destiny, Един народ,една нация, една съдба, South America Undiscovered, Un Bobl, Un Cenedl, Un Tynged
Tarixi
 • B.Britaniyadan müstəqil oldu 26 may 1966-ci il
Rəsmi dilləri
Paytaxt Corctaun
Prezident İrfan Əli
Baş nazir Mark Fillips
Sahəsi Dünyada 85-ci
 • Ümumi 214970 km²
 • Su sahəsi (%) 8,7%
Əhalisi
 • Əhali 750 min nəfər (166-cı)
 • Siyahıyaalma (2002) 751 223 nəf.
 • Sıxlıq 3,5 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 6 250 million dollar  (164-cü)
 • Adambaşına 8 100 dollar  (132-ci)
İnternet domeni .gy
ISO kodu GY
BOK kodu GUY
Telefon kodu +592
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Qayana
Qayananın siyasi xəritəsi

Adın etimologiyası

redaktə

Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir.

Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi. Bu ərazilərə Orinoko çayının hövzəsi və cənubi-şərq istiqamətində Atlantik okeanının sahil zolağı aid idi.

Hələ 1499-cu ildə ispan konkistadorları, sonradan isə ispan krallığının digər ekspedisiyaları bu ərazilərə ayaq açmağa başlamışdı. İstilaçıların ruhlanmasında müəyyən səbəblər hökm sürürdü. Belə ki, o dövrdə belə bir rəvayət yayılmışdı ki, guya bu ərazilərdə qızılla zəngin El-Dorado (qızıllar ölkəsi) ölkəsi vardır. Buna görə də bu ərazilərin tədqiq olunmasına maraq olduqca güclü idi, lakin tədqiqatların heç biri uğurla nəticələnmirdi. Belə tədqiqatlardan da biri dahi Şekspirin sələfı Volter Reli idi. O, ingilis donanmasının kapitanı, şair, tarixçi, filosof və pirat idi. 1595-ci ildə Qvianaya ekspedisiya səfərindən sonra o, İngiltərəyə qayıdaraq "Geniş varlı və gözəl Qviana imperiyasının kəşfi" adlı kitab yazır. Bu kitab elə əslində ingilis müstəmləkəçiləri üçün böyük bir kəşf oldu. Həmin dövrdə Fransa fransız Qvianası adlanan ərazidə mövqelərini möhkəmləndirdi.

1814-cü ildə Böyük Britaniya Vyana Sülh Müqaviləsinə əsasən bu torpaqlara sahib olmuş, 1831-ci ildə isə Britaniya Qvianası adı ilə öz ərazisinə birləşdirmişdir. 26 may 1966-cı ildən müstəqil dövlətdir. 23 fevral 1970-ci ildən isə Qayana Kooperativ Respublikası adlanır.

8 yanvar 1995-ci ildə Azərbaycan Respublikası ilə Qayana arasında diplomatik münasibətlər qurulmuşdur.

Fiziki-coğrafi xarakteristika

redaktə

Qayana Qviana yaylasının şərq hissəsində yerləsir. Mərkəzi Qayanının qərb hissəsi dağlıqdır, dağ silsilələri ilə parçalanmışdır və orta hündürlük 2000 m-ə çatır. Dağ rayonları Rupununi düzənlik savannası ilə iki hissəyə bölünür. Atlantik okeanı boyu bataqlıqlaşmış ovalıq uzanır ki, şərqdə onun eni 100 km-ə çatır. Qabarma zamanı manqr bitki örtüyü su altında qalır. Yer qabığının tərəddüdü nəticəsində sahil zonasında quru yavaş-yavaş enir, lakin onun enmə sürəti qum örtüyünün yaranmasından sürətli gedir. Buna görə də sahil zolağında əkin sahələrini və yaşayış məntəqələrini qorumaq üçün müxtəlif tikililərdən, su yayındırıcı kanal çəkilişindən istifadə edirlər. Qayananın paytaxtını okeandan qorumaq üçün torpaq bənd yaradılmışdır.

Sahil zonasında əhalinin və istifadə olunan torpağın çox hissəsi cəmləşmişdir. Burada şəkər qamışı, çəltik və digər kənd təsərrüfatı bitkisi əkilir. Cənub hissəsi təpəli, qumlu düzənlikdir və ümumi ərazini dörddə birini təşkil edir. Burada ölkənin əsas mineral ehtiyatı olan boksit toplanmışdır. Qviana yaylasının qərb hissəsi qızıl, almaz və digər metal filizləri ilə zəngindir.

Qayananın iqlimi rütubətli isti və subekvatorialdır. Sahildə orta aylıq temperatur 26–28 °C-dir. Sahil zonasında yağış mövsümü aprel ayının ortalarından avqustun ortalarına və noyabrın ortalarından yanvarın axırlarınadək davam edir. Yağıntıların orta illik miqdarı 1400 mm-dir.

Ölkədə çay, göl, şəlalə olduqca çoxdur. Ən hündür şəlaləsi olan Kayeçur Niaqaradan 5 dəfə hündürdür. Çayların əksəriyyəti öz mənbəyini ölkənin qərbindəki dağlardan götürərək Atlantik okeanına tökülür. Berbis, Essekibo, Demerara və Koranteyn çaylarının böyük təsərrüfat əhəmiyyətləri vardır, gəmiçilik üçün olduqca əlverişlidir, həmçinin həmin çaylar vasitəsilə meşə materialları da axıdılır.

Ölkə ərazisinin təxminən 95 %-ə qədəri tropik meşələrlə örtülüdür. Meşədəki ağacların əksəriyyətinin hündürlüyü 50 m-ə qədərdir. Ölkənin meşə massivləri qiymətli ağac növləri ilə zəngindir. Mindən çox ağac növlərinin əksəriyyətinin oduncağı rəngli olduğundan mebel sənayesində geniş istifadə edilir. Mütəxəssislərin fıkrincə tropik meşələrin əhatə etdiyi böyük ərazilərin altında olduqca zəngin təbii resurslar vardır. Çox da dərin olmayan, gətirilmə süxurların az qalınlığa malik olduğu, bəzən isə səthə çıxdığı boksit ehtiyatlar olduqca çoxdur və dünya boksit istehsalının təqribən 15–20 %-i onun payına düşür. Burada boksitdən başqa qızıl, manqan, almaz, neft və qaz ehtiyatları da aşkar edilmişdir.

Əkinçiliyin inkişafı olduqca çətin şəraitdə getmişdir, baxmayaraq ki, buradakı torpaqlar çürüntü və mineral duzlarla olduqca zəngindir. İş orasındadır ki, yer qabığının tərəddüdü nəticəsində quru Atlantik okeanının altına doğru enir. Əkin sahələrinin okeanın sularından qorunması üçün çoxlu qoruyucu bəndlər tikmək lazım gəlir. Yüksək temperatur şəraitində yüksək rütubətlilik parnik atmosferi yaradır ki, bu bitkilərin sürətli inkişafına gözəl şərait yaradır. Lakin çoxlu miqdarda yağan yağışlar torpağı bir növ su ilə hopmuş məsaməli hala salır. İrriqasiya tikintisinə çəkilən xərclər kənd təsərrüfatı məhsullarının qiymətini qaldırır.

İnzibati ərazi bölgüsü

redaktə

İnzibati cəhətdən Qayana üç əyalətə — Essekibo, Demerara və Berbisə bölünür. Ölkənin inzibati-ərazi bölgüsü 10 region təşkil edir.

İqtisadiyyat

redaktə

Təbii resurslannın həcminə və müxtəlifliyinə baxmayaraq Qayana aqrar ölkəsi olaraq qalmaqdadır. Aqrar ölkəsi olmaqla yanaşı, müasir şəraitdə də xarici bazara istiqamətlənmişdir. Ölkədə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı və dağ-mədən sənayesi ümumi milli gəlirin 70%-ini verir. Kəşf olunmuş ehtiyatı 1,2 mln ton olan boksit, qızıl, manqan, dəmir, almaz resursları kifayət qədər öz emalını tapmamışdır. Emaledici sənayesi zəif inkişaf edir, əsasən də kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşır.

Kənd təsərrüfatı və aqrar münasibətlər.

redaktə

Qayana regionda nisbətən geridə qalmış aqrar ölkəsi olmaqla şəkər qamışı və çəltik əkini üzrə ixtisaslaşmışdır. Bunlardan əlavə ölkədə qəhvə, kakao, banan, sitrus bitkiləri, tütün də becərilir. Heyvandarlıq daxili bazarı ət və süd məhsulları ilə təmin edir. Son vaxtlar Qayanada balıqçılıq müəyyən dərəcədə inkişaf etmişdir. İstər okean, istərsə də çay balıqçılığında şəxsi və kooperativ balıqçı müəssisələri fəallıq göstərir.

Plantasiyalarda şəkər qamışının istehsalı texniki cəhətdən yüksək səviyyədə qurulsa da, bütövlükdə ölkənin kənd təsərrüfatı monokultur olaraq geridə qalmış hesab edilir. Praktiki cəhətdən ölkənin şəkər qamışı istehsalı ingilis monopoliya kapitalının nəzarətindədir.

Qayanada şəkər qamışı istehsalı iqlim şəraitinə, landşaft xüsusiyyətinə görə olduqca əməktutumludur. Artıq suların ərazidən çıxarılması üçün müxtəlif kanalların qazılması, Atlantik okeanının sularının ərazini basmaması üçün torpaq qoruyucu bəndlərin tikilməsi, alaqlara qarşı daimi mübarizənin aparılması tələb olunur. XX əsrin 40-cı illərinin sonunadək şəkər plantasiyalarında əsasən əl əməyi tətbiq olunurdu. Qadın və uşaq əməyindən geniş istifadə olunurdu. Əmək haqqının azlığı, iş şəraitinin dözülməzliyi həm də müstəmləkəçilərin sahədə olan nümayəndələrini də narahat edirdi. Hətta onlardan bir çoxunun raportlarında qadın və uşaq əməyinin qadağan olunması üçün ciddi tədbirlərin görülməsi məsləhət bilinirdi. Şəkər plantasiyalarında mexanikləşdirmə çox ləng gedirdi və heç də bütün sahələri əhatə etmirdi. Bu ilk növbədə torpaq işlərinin görülməsi, torpağın qurudulması və yığılmış məhsulların daşınmasında öz tətbiqini tapmışdı.

Köhnəlmiş şəkər zavodlarının yeni avadanlıqlarla təmin edilib, təmiri və istifadə edilməsi son zamanlar nisbətən sürətlənmişdir. Yeni avadanlıqlarla təmin olunan zavodların genişləndirilməsi, istehsal güclərinin artırılması bir çox köhnə və nisbətən balaca zavodların və müəssisələrin bağlanmasına, rentabelsizlərin satılmasına səbəb olmuşdur.

Əgər şəkər Qayanada əsas ixrac məhsuludursa, çəltik ərzaq məhsuludur. Onun istehsalı əsasən kiçik kəndli təsərrüfatlarında cəmlənmişdir. Qayananın iqlim şəraiti ildə iki dəfə məhsul götürməyə imkan verir.

Qayana "qızıl buğda" adlanan çəltik istehsalının həcminə görə dünyada 15–16-cı yeri bölüşür. Çəltiyi ilk dəfə XVIII əsrin əvvəllərində Amerikanın Karolina ştatından portuqal köçkünləri gətirmişlər. Hindli immiqrantların bu sahədə daha yaxşı təcrübəsi olduğundan, onların gəlişi ilə istehsalın həcmi də artmış, hətta bu məhsulun ilkin ixracı da olmuşdur. Çəltik məhsulu ilk dəfə Trinidad dövlətinə ixrac edilmişdir. Ölkə daxilində çəltik məhsuluna olan tələbat 45–50 min ton olduğu halda, hər il orta hesabla 155–200 min ton çəltik istehsal olunur.

Rupununi savannası ölkənin əsas heyvandarlıq rayonudur. Lakin əhalisinin ət və süd məhsulları ilə təmin olunmasında bu rayonun rolu o qədər də böyük deyildir. Bu ilk növbədə rayonun sahil zolağından xeyli aralı olması, şəhərlərə məhsul daşınması üçün müvafiq yolların olmaması ilə izah edilir. Keçmiş dövrlərdə heyvandarlar "inək çığın" adlanan yolla inəkləri gətirir, çay bərələri ilə onları Corctaun və Nyu-Amsterdama çatdırırdılar. Yolda heyvanlar olduqca arıqlayır, ya da yemsizlik üzündən məhv olurdular. Hazırda soyuducuların geniş yayıldığı halda ət məhsulları Corctauna təyyarə ilə çatdırılır. Lakin bu əhalinin artan tələbatını ət məhsulları ilə təmin etməyin heç də həlli yolu deyildir. Bunu nəzərə alaraq nisbətən iri şəhərlərin ətrafında şəhərətrafı tipli heyvandarlıq kompleksləri yaranmaqdadır. Son illərdə ölkədə iribuynuzlu mal-qaranın, donuzçuluq, quşçuluq və balıqçılığın sürətli inkişafı nəzərə çarpır.

Sənayenin inkişafı

redaktə

Hələ müstəqillik dövründən çox-çox əvvəl qızıl axtarışı üçün Qviana sahillərinə can atan mifoloji zəngin EI Dorado ölkəsini arayıb-axtarmaq ingilis müstəmləkəçilərini qızıl sadəti ilkin əvvəl məyus etsə də, zəngin boksit ehtiyatlarının, yəni o dövrün dili ilə desək "qırmızı qızıl"ın kəşfi sonradan onlara böyük gəlir gətirməyə başladı. Müasir dövrdə Qayana Yamayka və Surinamdan sonra boksit hasilatına görə üçüncü yeri tutur.

Ölkədə boksit yatağı ilk dəfə 1876–77-ci illərdə aşkar edilmişdir. ABŞ-nin nəhəng "Alüminium kompani of Amerika" monopoliyası (ALKOA) dərhal öz nümayəndəsini boksit ehtiyatları olan ərazilərdə torpaq almaq üçün ora göndərdi. Qısa vaxt ərzində monopoliya özünə sərf edən qiymətə torpaq sahəsi alaraq dərhal boksit hasilatı üçün tədbirlər görməyə başladı. 1940-cı ilə kimi "ALKOA" ABŞ-nin bir çox ölkələrdə fılialları olan, alüminium istehsal edən və satan ən iri şirkəti idi. Mənzil-qərargahı Düsseldorfda yerləşən şirkətin əsas vəzifəsi alüuminiumu və xammalı Almaniya ərazisində satmaqdan ibarət idi. Həmçinin ALKAN digər Almaniya şirkəti olan "Vereyniqte Alüminiumverke AQ" ilə birlikdə Avropada ən iri alüminium prokatı zavodunu tikib istifadəyə verdi. Qayanada boksit yataqları dünyanın digər ölkələrindəki yataqlardan fərqli olaraq tərkibində alüminiumun yüksək faizi ilə seçilir. Digər tərəfdən Qayana yataqlarındakı boksit yer səthinə yaxın yerləşdiyindən hasilatı açıq üsulla həyata keçirilir. Boksit istehsalının və emalının belə ucuz başa gəlməsinə baxmayaraq ölkə iqtisadiyyatına onun bəhrəsi hələlik kifayət deyildir, çünki o, ABŞ və Kanadanın yüksək inkişaf etmiş alüminium sənayesi üçün xammal təminatçısıdır. Təsadüfi deyildir ki, ABŞ və Kanadanın alüminium sənayelərinin gəlir mənfəətinin 90%-i Qayana, Yamayka və Surinamın boksiti hesabınadır.

Amerika monopoliyalarının diqqətini Qayananın neft ehtiyatları cəlb etmişdir. Onun bir çox şirkətləri, xüsusilə də "Qlob potroseum 5 LTD" və "Kontinental oversiz eyl kompani" ölkənin bir çox rayonlarında neft axtarışına və hasilatına 60-cı illərdən başlamışdır.

1960-cı illərdən etibarən ölkədə manqan fılizinin ixrac üçün istehsalı başlanmışdır. Manqan filizi Essekibo əyalətinin şimal-qərbində Mettus Ric və Poyət-Kaytuma rayonları ərazisindən çıxarılır. Bu fılizin istismarı ilə Amerikanın "Yunian karbayd" şirkəti məşğuldur. Bu şirkət dövlətin razılığı ilə öz əməliyyatlarını genişləndirmək üçün geoloji kəşfıyyatlar aparır. Bu geoloji tədqiqatlar ölkədə mis, molibden, nikel, civə, sirkonium və digər metalların ehtiyatları aşkar etmişlər.

Ölkədə hələ də qızıl və almaz istehsal edilir. Onun hasilatı ilə əsasən dövlətdən lisenziya almış kiçik müəssisələr və qızıl axtaranlar məşğul olur. Bu lisenziyaların alınmasında Qayana vətəndaşları və Britaniya təəbəliyi olan şəxslər üstünlüyə malikdirlər.

Bütövlükdə ölkənin bu vaxtadək mövcud olan sənaye sahələri əsasən hasilat xarakterikliliyi ilə seçilir. İstər ilkin müstəqillik dövründə, istərsə də milliləşdirildikdən sonra emaledici sənaye olduqca ləng inkişaf edir. Mövcud emal müəssisələri ya ilkin emal, ya da kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşmışdır.

Qayana əhalisinin təqribən 90%-i eni 16–32 km, uzunluğu 432 km olan Atlantik okeanı sahili boyu düzənlikdə cəmlənmişdir. Bu ensiz düzənlik sahil zolağında əhalinin sıxlığı hər 1 km²-də 70–80 nəfərdir, daxili rayonlarda isə sıxlıq 5 nəfərə qədər təşkil edir. Yerli əhali olan hindular əsasən ölkənin daxili rayonlarında məskunlaşmışlar. Hündür meşəliklərdə yaşayan hindu tayfaları digər hindulardan onunla fərqlənir ki, onların əksəriyyəti ingilis, ispan illərində danışır, bir çoxları avropasayağı geyinir, kişiləri adətən ağac kəsmə işlərində çalışmağı üstün tuturlar.

2002-ci ildə aparılmış siyahıyalmaya əsasən əhalinin 43,5%-i Hindistan, 30,2%-i Afrika əsilli xalqların nümayəndələrindən, 16,7%-i qarışıq, 9,2%-i isə yerli hindulardan təşkil olunmuşdur. Bundan əlavə ölkədə 0,19% Çin, 0,06% portuqal əsilli əhali yaşayır.

Ölkənin rəsmi dili — ingilis dilidir.

2002-ci il siyahıyalmasına əsasən əhalinin 51,4%-i xristian, 28,4%-i induist, 7,3%-i müsəlman, 4,3%-i ateist, 0,5%-i rastafarian, 0,1%-i bəhai, 2,2%-i isə digər yerli dinlərin nümayəndələridir.

Mədəniyyət

redaktə

Təhsil

redaktə

Səhiyyə

redaktə

Mətbəx

redaktə

Nəqliyyat

redaktə

Ölkənin uzun müddət müstəmləkə vəziyyətində olması onun nəqliyyat sisteminə də öz təsirini göstərmişdir. Şəkər qamışı plantasiyalarının sahibkarları, sonradan onları əvəz edən şirkətlərin rəhbərləri yol salınmasını özlərinə artıq bir yük, xərc hesab etdiklərindən plantasiyalardan şəkər qamışını Corctaun və Nyu-Amsterdam limanlarına su, çay nəqliyyatı ilə daşımağa üstünlük verirdilər. İlkin qrunt yollarının çəkilməsi burada heç də iqtisadi mənafeyə xidmət etmirdi. Əslində baş verən üsyan və narazılıqları boğmaq üçün qoşun hissələrinin ani surətdə gətirilməsinə xidmət edirdi. İstehsalın və ixracatın genişlənməsi sözsüz ki, yol çəkilişinin sürətləndirilməsini də tələb edirdi. Həmin dövrlərdə də, indiki halda da yol çəkilişi bir çox çətinliklərlə üzləşmişdir. Əgər 1962-ci ildə 416 km uzunluğunda yolun Atlantik okeanı sahili boyu 120 km-i asfalt idisə, artıq 2000-ci ildə ölkə üzrə onun ümumi uzunluğu 5,8 min km-ə çatdırılmışdır.

Dəmiryol nəqliyyatında vəziyyət daha pisdir. 1848-ci ildə ölkədə iki ensiz dəmiryol xətti salınmışdır. Bu xətlərdən birinin uzunluğu 96,8 km olub Corctaunu Rosinyolla, digərinin uzunluğu 29,6 km olub Vriden-Xun və Parike arasındadır. Dövlət nəzarətində olan dəmiryolları rentabelli deyildir. Hazırda ölkədə dəmir yollarının həm yenidən qurulması, texniki təchizatı, müasir avadanlıqlarla təmin edilməsi sahəsində müəyyən işlər görülür. Qayanada dəmir yollarının ümumi uzunluğu müasir şəraitdə 258 km-ə çatdırılsa da, regionda hələlik geridə qalmış sahə kimi qiymətləndirilir. 1930-cu illərdən başlayaraq ölkədə hava nəqliyyatı inkişaf etdirilmişdir. Ölkənin paytaxtının yaxınlığında ikinci dünya müharibəsi illərində beynəlxalq "Vatkinson-Fied" hava limanı tikildi. Bu hava limanı Şimali Amerika, Braziliya və Şimali Afrika arasında tranzit məqsədi daşıyırdı. Ölkənin daxili rayonları ilə hava əlaqəsi saxlamaq, Makkenzi, Oqle, Enmors və Albione məntəqələrinə daimi təyyarə uçuşları etmək üçün bir sıra uçuş meydançaları tikilmişdir.

Ölkənin əsas okean limanı Corctaun və Nyu-Amsterdamdır. Corctaun limanı Demerera çayının mənsəbində eni 0,8 km, uzunluğu isə 4 km ölçüyə malikdir. Bu liman boksit, şəkər qamışı, çəltik və odun daşımaq məqsədi güdür. Çox da iri olmayan gəmilərin təmiri üçün müəssisələri vardır. Nyu-Amsterdam limanı Berbis çayının mənsəbində yerləşir, eni 1,6 km, uzunluğu 6,4 km-dir. Boksit fılizinin ixracı üzrə ixtisaslaşmışdır.

Siyasət

redaktə

Silahlı qüvvələr

redaktə

Qayana Silahlı Qüvvələri (İng. Guyana Defence Force) — Dövlətin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulmuş Qayana Respublikasının silahlı qüvvələri quru qoşunları, dəniz və hava qüvvələrindən ibarətdir.

1990-cı illərə qədər ordu hakimiyyətdə əsas qüvvələrdən biri idi, həmçinin Afrika gənclərinin əsas məşğuliyyət mənbələrindən biri idi. 1992-ci ildə Qayananın ordusunun 97%-ni afrikalılar və 3%-ni hindular təşkil edirdi. İşə qəbul (kişilər 18–45 yaş, ilk müqavilənin müddəti — 3 il).

Silahlı qüvvələrin ümumi gücü təqribən 12 min nəfərdir. Onlar Qayana Silahlı Qüvvələrindən (quru qoşunları, sahil mühafizəsi və hərbi hava korpus), Xalq Mili si və Milli Təhlükəsizlik Xidmətindən (polis) ibarətdir. 2003-cü ildə hərbi xərclər ÜDM-in 0,8%-i idi.

Ümumi insan ehtiyatlarının sayı: 15 ilə 49 yaş arası kişilər: 204 938 (2001 təx.).

Hərbi xidmətə yararlı: 15 ilə 49 yaş arası kişi: 154 259 (2001 təx.).

Quru qoşunları — 1-ci və 2-ci (ehtiyat) tabor qrupları var (2-ci ehtiyat — sülh dövründə yalnız batalyon qərargahı və bir bölüm işləyir), xüsusi təyinatlı bölüm, topçu taborası, təchizat taborundan ibarətdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə