Atropaten dili
Atropaten dili – Atropatena əhalisinin dili.
Akademik İqrar Əliyevə görə Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapmış və yazı ənənələri olan bu etnosun dili də Atropaten dili olmuşdur. [1]
Etnoqraf Q. Qeybullayevin iddialarına görə atropatenalıların dili türk dili olmuşdur[2]
İstinadlar
- ↑ Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. "Elm". 2007. Cild I, səh 219
- ↑ Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |