Cənubi Azərbaycan bayrağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Güney Azərbaycan bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Güney Azərbaycan bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Güney Azərbaycan bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Güney Azərbaycan bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Cənubi Azərbaycan bayrağı

Güney Azərbaycanın bayrağı[1] və ya Cənubi Azərbaycan bayrağı — irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır.[2]

Bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını[3] "Güney Azərbaycanın bayrağı" kimi qəbul edirlər[4].

2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı-UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb.[5]

Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak etmişdi.

Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığn rəmzləri mövcuddur.

Digər bayraq forması ilk dəfə Cənubi Azərbaycanın ilk milli-siyasi təşkilatı olan[6] CAMAH tərəfindən 1991-ci ildə hazırlanaraq təqdim olunmuş, Uzun müzakirələrdən sonra, nəhayət ki, həmin layihə 1994-cü il tarixində CAMAH-ın növbəti qurultayında təşkilat rəhbəri Piruz Dilənçinin müxalifətinə baxmayaraq səsçoxluğu ilə təsdiqlənmiş və qəbul olunmuşdur[7][8]. P.Dilənçinin bayraq ideyası ilə müxalifəti isə Əbülfəz Elçibəyin "Bir millətin bir bayrağı olmalıdır" ideyasından doğurdu. O, inanır ki, "Cənubi Azərbaycanın ayrıca bayrağı olmamalıdır. İki bayrağın mövcud olması, hələ birləşməmiş bir milləti ikiyə parçalaya bilər. Bu isə Azərbaycan düşmənlərinin dəyirmanına su tökmək kimi bir şeydir. Buna görə də, Azərbaycan Respublikasının rəsmi bayrağı həm də Cənubi Azərbaycanın bayrağı kimi qəbul edilməlidir".

  1. Qəzvində Güney Azərbaycan bayrağı dalğalanıb![ölü keçid]
  2. "Güney Azərbaycan Bayrağı". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "UNPO". 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "GÜNEY AZƏRBAYCAN BAYRAĞI İRAN REJİMİNİ QƏZƏBLƏNDİRDİ". 2010-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06. (#redundant_parameters); (#redundant_parameters)
  5. "GÜNEY AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞI". 2010-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18. (#redundant_parameters); (#redundant_parameters)
  6. http://www.azerbaijanian.com/political-organizations.html Arxivləşdirilib 2019-08-12 at the Wayback Machine South Azerbaijan political organizations
  7. http://southazerbaijan.info/index.php Arxivləşdirilib 2013-05-07 at the Wayback Machine Cənubi Azərbaycanın CAMAH Qurultayı tərəfindən qəbul olunmuş bayrağı
  8. http://www.azerbaijanian.com/south-azerbaijan.html Arxivləşdirilib 2013-07-27 at the Wayback Machine South Azerbaijan flag