Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindənBoğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır.
Mustafa Kamal Atatürk (türk.Mustafa Kemal Atatürk) — Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, Kamalizmin yaradıcısı. Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. Ölkəsində monarxiyanı ləğv edərək respublikanı qurdu və 1923-cü ildən 1938-ci ildəki vəfatına qədər prezident vəzifəsini icra etdi. Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk; Çanaqqala Cəbhəsinde polkovnikliyə, Sina-Fələstin Cəbhəsinde isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilmişdir. Döyüşün sonunda Osmanlı İmperiyasının məğlubiyyətini taxıban Türkiyə İstiqlaliyyət MüharibəsindəkiTürk Milli Hərəkatına öndərlik etmişdir.
İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası,Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Son illərdə meydana çıxan arxeoloji tapıntılar bəşəriyyət tarixində mühüm rol oynayır.