Tamqalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tamqalı
Petroglyphs within the Archaeological Landscape of Tamgaly [* 1]
Ölkə  Qazaxıstan
Tip Mədəni
Kriteriya (iii), (iii)
Keçid 1145
Region Asiya [* 2]
Daxil edilməsi 2004  (28 sessiya)
Tamqalı xəritədə
Tamqalı
Tamqalı


TamqalıQazaxıstanın Yeddisu şəhərində yerləşən petroqliflər. Tamqalı 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi Almatıdan 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir.

Tamqalı dərəsinin daş qalereyası ilk dəfə 19 sentyabr 1957-ci ildə Qazaxıstan SSR Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun Cənubi Qazaxıstan arxeoloji ekspedisiyasının Yeddisu dəstəsi tərəfindən, Qazaxıstanın ilk peşəkar arxeoloqu Anna Qeorqiyevna Maksimovaniçin rəhbərliyi ilə aşkarlanmışdır.

Son yarım əsrdə burada onlarla elmi ekspedisiya keçirilmiş və alimlər qədim insanların həyatları ilə bağlı yeni dəlillər tapmışdırlar. Bu gün qoruq 3800 hektar ərazini əhatə edir. Burada yaşayış yerləri, mazarlar, daş oymalar, petroqliflər (5000-dən çox təsvir daxil olmaqla) və dini tikililərmövcuddur. Müxtəlif dövrlərə aid yüzə yaxın abidədən ibarət qoruq, misilsiz bir arxeoloji kompleksdir.[1]

Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 000 petroqlif var. I, II, III, IV və V olaraq təyin olunan ən vacib yerlərdən beşində təxminən 3 000 qlif mövcuddur. Bu beş sahə kiçik Tamqalı kanyonunda cəmləşmişdir. İkincili əhəmiyyətə malik digər 22 ərazinin hər birində isə 50-dən 100-dək nümunə var. Qalan sahələrin hər biri üçü isə bu saya 1-dən 50-dək dəyişir və nümunələr bu sahələrdə geniş yayılmışdır.

Tamqalı petroqlifləri dörd müxtəlif dövrün təsvirlərinin təmsil edir:

  • Orta Tunc dövrünə aid qliflər ən böyük estetik və mədəni dəyərə malikdir. Bu dövrə aid təsvirlərin ölçüləri ortalama 25 ilə 30 sm arasındadır. Bəzi müstəsna şəkillər 0,7–1,0 metrə qədər də çata bilir. Nümunələr antropomorfik, zoomorfik və sinkretik mövzular da daxil olmaqla müxtəlif təsvirlər ilə təbii bir cazibəyə sahibdirlər. Bunlara günəş tanrıları (günəş başları), gizlənmiş şəxsiyyətlər, dəyənəkli kişilər, qurd maskalı oxçular, ibadət edənlər, silahlı döyüşçülər, heyvan və insan qurbanları, erotik səhnələr, doğuş əsnasındakı qadınlar, arabalar, öküzlər, eşşəklər, atlar, dəvə, qaban, canavar, maral və s. daxildir. Bəzi heyvan təsvirləri günümüzdə nəsli kəsilmiş növləri təmsil edir.
  • Son Tunc dövrü və keçid dövrünə aid qliflər daha az çeşidlidir və texniki cəhətdən daha az diqqət göstərilmişdir. Bu təsvirlər bir-iki millimetr dərinlikdə seçilir və orta ölçüləri 15 sm-dən azdır. Bu təsvirlərdə də atlar, öküzlər və vəhşi heyvanlar əsas olaraq qalmış, lakin daha çox pastoral həyat mənzərələri əlavə edilmişdir.
  • Erkən Dəmir dövrü qlifləri Tamqalıda say baxımından çoxluq təşkil edir. Bu nümunələr əvvəlki dövrlərdə olduğu kimi üslub, keyfiyyət və mövzu baxımından homojen deyildir. Bu dövrə aid təsvirlər çox saylı xalqlar və tayfalar tərəfindən yaradılmışdır. Təsvirlər arasında vəhşi heyvanların ovlanması, yırtıcı heyvanların maral və keçi qovması bu dövrdə də yayqındır.
  • Orta əsrlər və müasir dövr petroqlifləri sayca daha azdır və yalnız təxminən 300-ə yaxın nümunə ilə təmsil edilir. Bu dövrə aid ov səhnələrində yırtıcıdan çox ovçu vurğulanmışdır. Təsvirlər daha səthi həkk olunmuş və bir çoxu əvvəlki qliflərə əlavə olaraq hazırlanmışdır. Oyma yerləri daha az nəzərə çarpır.[2][3]

Tamqalıda yalnız Çu-İli dağlarında tapılan və Qazaxıstanın Qırmızı kitabına düşmüş nadir bitki növləri: Tulipa regeliiJuno kuschakewiczii kmim xüsusi qorunmaya ehtiyacı olan növlər mövcuddur. Ərazidəki vəhşi heyvanlara qurd, tülkü, dovşan, ilanlar, eləcə də ətyeyənlər də daxil olmaqla bir çox quş növü — çöl qartalı, kərkincək qızılquş, şahin aiddir.[4][5]

Abidə dövlətin mühafizəsindədir və Respublika əhəmiyyətli Tarix və Mədəniyyət Abidələrinin Dövlət siyahısına daxil edilmişdir. Abidənin yerindəcə fiziki qorunması Tamqalı Qoruq-Muzeyi tərəfindən həyata keçirilir.

  1. "Arxivlənmiş surət". 2021-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  2. "Petroglyphs within the Archaeological Landscape of Tamgaly" (PDF). UNESCO. 2003. 2021-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 mart 2021.
  3. Hermann, Luc. Die Petroglyphen von Tamgaly in Kasachstan (alman). Paris: BoD (Books on Demand). 2011. ISBN 978-2-8106-1832-3.
  4. Форт-Информ. "Наскальные изображения Семиречья" (rus). 2012-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2008.
  5. UNESCO. "Petroglyphs within the Archaeological Landscape of Tamgaly" (ingilis). 2012-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2008.