Şarl Perro
Şarl Perro | |
---|---|
fr. Charles Perrault | |
Doğum tarixi | 12 yanvar 1628[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1703[1][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair, şair-vəkil[d], xalq nağılları kolleksiyaçısı, tənqidçi, uşaq ədəbiyyatı yazıçısı, incəsənət nəzəriyyəçisi[d] |
Fəaliyyət illəri | 1653–1703 |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur.
Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi.
Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur. "Anam Qız Xatunun nağılları və ya keçmiş zamanlardan ibrətli əhvəlat" kitabını Perro oğlu Darmannurun adı ilə nəşr etdirmişdir.
Beləliklə, Perro xalq nağılları əsasında, xəlqilik prinsipi üzrə bu üslubla yaranan əsərləri-nağıl janrını antik ənənəbazlığa qarşı qoymaqla təqdirəlayiq ibrətli, əxlaqi tərbiyyəvi əsərlər yaratmaqla xalq nağıllarının "tükənməz bir şer xəzinəsi" olduğunu həm iddia, həm sübut etmiş, həm də nağılı ümumiyyətlə yazılı bədii ədəbiyyatın janrları sırasında daxil etmişdir.
Beləliklə, o, nağıl timsalında ümumiyyətlə , şerin,ədəbiyyatın demokratikləşməsinə və dövrünün fransız ədəbiyyatında bu janrın inkişafına xidmət etmişdir. Onun özünün və ardıcıllarının yaradıcılığı sayəsində bu janr sonralar daha geniş yayılaraq ümumdünya əhəmiyyəti qazanmışdır. "Qırmızı papaq", "Çəkməli pişik", "Meşədə yatan gözəl" və sair bu kitaba daxil olan əsərlərdir.
Perronun yaradıcılığının ən mühüm cəhətlərindən biri də budur ki, o, yalnız geniş oxucu kütlələrinin dərin rəğbət və məhəbbətini qazanmaqla qalmayıb həm də bir çox xalqların sənətkarlarına müsbət təsir ğöstərmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Charles Perrault // Encyclopædia Britannica (ing.).
- ↑ Charles PERRAULT // NooSFere (fr.). 1999.
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 Charles Perrault // Académie française (fr.).
- ↑ 1 2 Перро Шарль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ http://www.biography.com/people/charles-perrault-9438047.