Əbussuud Əfəndi
Əbussuud Əfəndi | |
---|---|
osman. ابو السعود افندى مُحمَّد عمادى | |
Əvvəlki | Fənarizadə Muhiddin Çələbi |
Sonrakı | Kürəkən Həmid Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hakim, fəqih, müəllim, mufti, yazıçı |
Uşaqları |
Müdərris Əhməd Çələbi Hələb qazısı Mehmed Çələbi Anadolu və Rumeli başqazısı Mustafa Çələbi Xədicə xanım Rəhimə xanım Kərimə xanım |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, İstanbul, Osmanlı imperiyası)[1] — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı[2] və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur.[1] Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir.
Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.[3] O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir.[3] Əbussuud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir. [4]
O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir.[5] Əbussud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.[6]
Əbussuud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir.
Təfsir
- İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim (Ərəbcə təfsir),
- Maak idi t-tarraffi əvvəli sureti'l-Feth minel-Keşşaf
- Təfsiri surətis(n)i-Furtan
- Dəf sini surətis(n)i Möminin
- Risalə fi bəhsi imani'l-Firavn
Hüquq
- Fətavayı Ebussuud Əfəndi,
- Qanunnaməs-i Əli Osmanı (Fateh dövrünə adını verən qanun)
- Maruzaat (müxtəlif fiqhi və əməli hökmlər),
- Ərazini Haracıyye və Oşriyə Hacında Qanun və Fətvalar,
- Risalə fi vəqfis(n)i-məhrum kül vən-nufçud,
- Bidaatü'l-kadi li-ihtiyacihi fil-gələcək vəl-keçmiş,
- Fe-tava Katiblərinə Tənbeh,
- Əl-Fetva'l müteallikti bı-beyanı'I-valftı'I-muteber e lı'l-hasad və istihlak) I-galat,
- Gamezatü I-melih fi əvvəli mebahisi sıxarıl-amm mine't-Telvih,
- Sevakjbii'l-enzar fi evaılı Menarı'l-envar,
- Hasmü'l-hılaffi'l-mesh ale'l-htfaf,
- Risalə fi val^fi'I-arazi və bəzi ahkami'l-vakj,
- Rishile fi qeydiyyatıs(n)ı-evkaf Risalə fi vakfı't-tavahin al/götürəs(n)i-arzı'l-mevkufe li'l-gayr.
- Öşür Haqqında Risalə
Dil və ədəbiyyat
- Calatüt-ı Ebussuud (Gala-tât-ı Avam),
- el-Kasîdetü'l-mîmiyye,
- el-Kasâidü'l-Arabiyye,
- Ka-sîde fi nsai's-Sultân Süleyman,
- Münşeat-ı Ebussuud.
- Galatat (yanlış kullanılan kelimeler),
- Kaside-i Mimiyye (Arapça şiir)
- Sevâkibü’l-Enzâr fi Evâili’l-Menâr
- Ğamazâtu’l-Melih
- Sevâkibü’l-Enzâr fi Evâili Menâri’l-Envâr fi’l-Usûl
Akaid
- Risale fi beyanı'I -kaza ve'l-kader
Tip
- Risale li-ecli'ttaûn
- Duânâme-ı Ebussu-ûud (Duaname yalın bir dil ilə yazılmış dualar və hadisler),
- Risale fi ediyeti'l-me'sûre
- Risale-i Mergûbe
- Mecmua-ı Deavât
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 İsmail Hâmi Danişmend, Osmanlı Devlet Erkânı, Türkiye Yayınevi, İstanbul, 1971, p. 114. {{{2}}}
- ↑ 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.34.
- ↑ 1 2 Schneider, 192.
- ↑ Matthee, 2014
- ↑ Schneider, 193.
- ↑ Omar Farooq, Dr. Mohammad. "The Riba-Interest Equivalence: Is there an Ijma (consensus)?". Transnational Dispute Management. 4 (5). September 2007: 9. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18 – SSRN vasitəsilə.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- [1]
- [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- 30 dekabrda doğulanlar
- 1490-cı ildə doğulanlar
- 83 yaşında vəfat edənlər
- 23 avqustda vəfat edənlər
- 1574-cü ildə vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Əyyubsultan qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Osmanlı imperiyasında doğulanlar
- Osmanlı şeyxülislamları
- Müsəlman din adamları