Dürrizadə Abdullah Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dürrizadə Abdullah Əfəndi
ƏvvəlkiSalehzadə Əhməd Əsad Əfəndi
SonrakıSamanizadə Ömər Hulusi Əfəndi
12 iyun 1812 – 22 mart 1815
ƏvvəlkiSamanizadə Ömər Hulusi Əfəndi
SonrakıMehmed Zeynalabdin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul Osmanlı imperiyası
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Dəfn yeri Qaracaəhməd qəbiristanlığı
Atası Dürrizadə Mehmed Arif Əfəndi

Dürrizadə Abdullah Əfəndi (1769, İstanbul1 dekabr 1828, İstanbul) — Osmanlı alimi, şairşeyxülislamı.[1] Məşhur üləma ailəsi Dürrizadələrə mənsub olub, I Mahmudun şeyxülislamlarından Dürri Mehmed Əfəndinin nəslindəndir.[2]

1769-cu ildə İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Dürrizadə Arif Əfəndinin oğludur. Atasından və dövrün mühüm alimlərindən dərslər aldı. 1781-ci ildə icazət alaraq müddərislik fəaliyyətinə başladı. Atasının şeyxülislamlığı əsnasında əvvəlcə İzmir, daha sonra Qalata qazısı təyin olundu. Sultan Səlimin atası Mehmed Arif Əfəndini ziyarəti əsnasında Məkkə qazılığı da ona verildi. Bunun ardından İstanbul qazılığı və Anadolu başqazılığı gəldi. 1805-ci ildə Anadolu başqazılığını icra etməyə başladı və 2 il sonra naqibüləşraflığa gətirildi. Bu vəzifədə ikən 28 iyul 1808-ci ildə Əyyubsultan məscidində yenicə taxta çıxmış Sultan Mahmud onun əlindən qılınc qurşandı. Ardından Rumeli başqazılığını da əldə edən Abdullah Əfəndinin, Qabaqçı Mustafa Paşa üsyanında dövlətlə üsyançılar arasında imzalanan razılaşmada və 29 sentyabr 1808-ci ildə hazırlanan İttifaq sənədində imzası mövcuddur. Bu da o illərdə baş verən siyasi hadisələrdə rolunun olduğunu göstərir.[3]

21 noyabr 1808-ci ildə şeyxülislamlığa gətirilən Abdullah Əfəndi bir il on ay boyunca bu vəzifədə qaldı. Ancaq durmadan hökumətə qarşı ayaqlanan üsyançıları təşviq etməsi bəhanə gətirilərək 22 sentyabr 1810-cu ildə vəzifədən alındı. İkinci dəfə bu vəzifəyə gətirildiyi 12 iyun 1812-ci ilə qədərki fəaliyyəti bilinmir. 3 il boyunca bu vəzifədə xidmət edən Abdullah Əfəndinin ikinci şeyxülislamlıq dönəmi olduqca çətin keçdi. O illərdə sədrəzəm Xurşid Əhməd Paşanın mərkəzi hakimiyyətə tabe olmayan əyanları zəiflətmək siyasətini dəstəkləmədiyi, üstəlik bununla bağlı dini fətvalar verməkdən imtina etməsi səbəbilə, Abdullah Əfəndi sədrəzəmlə birlikdə vəzifədən alındı (22 mart 1815). Vəzifədən alındıqdan sonra Manisaya göndərildi. Bir müddət sonra bağışlanaraq geri çağrılsa da, çox keçmədən bilinməyən bir səbəblə yenidən Manisaya, ardından Bursaya sürgün edildi. 1823-cü ildə Şahzadə Əbdülməcidin dünyaya gəlişi ilə yenidən bağışlandı və İstanbula geri döndü.

Abdullah Əfəndi 1826-cı ildə yeniçəri ocağının ləğvi əsnasında üləma zümrəsindəki ən nüfuzlu din xadimlərindən biri olaraq, hazırlanan bu islahat qərarını təsdiqləyənlər sırasında idi. Bir müddət sonra Sultan Mahmudun topladığı məşvərət məclislərinə qatılmağa başladı. Ancaq çox keçmədən 1 dekabr 1828-ci ildə vəfat etdi və Qaracaəhməd məzarlığına dəfn olundu.

  • Atâ Bey, Târih, III, 72.
  • Lutfî, Târih, I, 146; VIII, 190.
  • Âsım, Târih, I, 293; II, 46.
  • İlmiyye Salnâmesi, s. 574–577.
  1. Şânîzâde, Târih, I, 399; II, 114, 234–237, 262, 334; IV, 112.
  2. Sicill-i Osmânî, II, 396.
  3. Devhatü’l-meşâyih, s. 122–123.