Əziz Səncər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əziz Səncər
türk. Aziz Sancar
Doğum tarixi 8 sentyabr 1946(1946-09-08)[2] (78 yaş)
Elm sahələri DNT təmiri, Sirkad ritmi, biokimya[1], Molekulyar biologiya[1], dezoksiribonuklein turşusu[1]
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
sancar.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946[2]) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.[3][4]

1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub.[5][6][7]

Həyatı və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı.[8] Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.[9][10] Səncər, hər reportajında ərəb kimi göstərilməsindən narahat olduğunu bildirir və türk olduğunu vurğulayır.[6][7] Qardaşı Tahir Səncərın ifadəsinə görə, ailəsi Xorasandan Mardinə köç etmiş Oğuz türklərinin Xas qolundan idi.[11] Əziz Səncər ilk və orta təhsilini Mardində alıb. Orta məktəb illərində futbolla maraqlanan Səncər, məktəbi bitirənə yaxın futbolçu olmaqdan imtina edərək ali təhsilini davam etdirmək üçün İstanbula gedib.[5]

1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirib.[5] İki il Savurdakı sağlamlıq mərkəzində həkim olaraq çalışdıqdan sonra NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (türk. Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) təqaüdü xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi.[12] sonra isə Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alır.[12] Bu laboratoriyada Səncər məsləhətçisi Klaud Rupert ilə fotoliaz adlı geni klonlayaraq, gen mühəndisliyi ilə bakteriyalarda çox yüksək nisbətdə çoxaltmışdır. Bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi süalar tərəfindən zədələnmiş DNT-ni bərpa edirdi.[12]

Səncər 1977–1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyib. Bu dövrdə fotoliaz fermenti işlərinə ara verən Səncər nükleotid parçalanma təmir işlərinə başlayıb.[12] DNT təmiri sahəsində dosentlik tezisini tamamlayan Səncər 1997-ci ildən bəri, ABŞ-nin Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir.

İsveç Kral Elmlər Akademiyasında təşkil edilən mətbuat konfransında Kimya üzrə Nobel mükafatı laureatları Əziz Səncər (solda), Pol Modriç (ortada) ve Tomas Lindal (sağda); 2015, dekabr

DNT bərpa, hüceyrə sıralaması, xərçəngin müalicəsi[13] və bioloji saatla əlaqədar işlərinə davam edən Səncər, 415 elmi məqalə və 33 kitab nəşr etdirib.[14][15] Sancar, sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar alıb. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar,2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçilib.[16] və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-də təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Əziz & Qven Səncər Vəqfini quraraq,[5] ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradır. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Səncər, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə[17] DNT-nin bərpası işinə görə layiq görülüb. Bu üç tədqiqatçı 30 ildən çox müstəqil olaraq, əsasən bakteriya hüceyrələri üzərində işləyiblər.[12] Səncər nükleotid kəsikli təmir sahəsində ixtiralar edib, Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf ediblər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olunub. Məsələn, nükleotid kəsikli təmir qüsurları ilə dəri xərçəngləri arasında birbaşa səbəb əlaqəsi aşkar edilib. Səncər,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[18] Mükafat, İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilmişdir. Sancar: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək Nobel mükafatı, medal və sertifikatı Anıtqəbirə bağışlayır.[19] Mükafat, Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində nümayiş olunur.[20]

Açıqlamaların birində Əziz Səncər 5 TL-dən yuxarı olan DNT metodunun səhv olduğunu və bunu Mərkəzi banka çatdırdığını, ancaq xəbərdarlıqlarına baxmayaraq düzəlmədiyini söylədi.[21]

Türkiyənin Mardin rayonun Savur ili.

Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda 2018-ci ildə məktəb layihəsi olaraq açılan Əziz Sancar Anadolu liseyinə verildi.[22]

2019-cu ildə Əziz Səncər,Əhməd Davudoğlunun xahişi ilə qatıldığı və 4 il rəhbərlik etdiyi İstanbul Şəhər Universitetinin Mütəvəlli heyəti üzvlüyündən istefa verdiyini açıqladı.[23]

2017-ci ildə UNEC rektoru professor Ədalət Muradovun dəvəti ilə Azərbaycanda qonaq olan Əziz Səncər UNEC-də tələbələrlə görüş keçirib. Əziz Səncər 2017-ci ildən UNEC-in Fəxri doktorudur. "Türk dünyasının birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Səncər 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyib. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Əziz Səncər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, 2 dekabr 2021

Əziz Səncər, Dallas doktorantura təhsili zamanı tanış olduğu Qven Bouls Səncər ilə 1978-ci ildə evlənib.[24][25] Nobel mükafatına layiq görüldükdən dərhal sonra sosial şəbəkələrdə etnik mənsubiyyəti soruşulan Səncər "bəzi suallardan, xüsusən də etnik mənşəyinə dair suallardan narahat olduğunu" vurğulamışdır.[26]

BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı barədə soruşduqda, Əziz Səncər cavabında: "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğumu söylədim." "Mən türkəm, budur."[27] Əziz Səncərin qardaşı Tahir bir müsahibəsində ailələrinin bir zamanlar Orta Asiyadan köçmüş Oğuz türklərindən olduqlarını və qardaşının aldığı Nobel mükafatının kürdlər də daxil olmaqla bütün Türkiyə üçün bir qürur olduğunu söyləmişdi. Bir müsahibəsində Səncər gəncliyində millətçi olduğunu, ancaq fəaliyyətlərə qatılmadığını da bildirib.[28][29]

" Nobel mükafatını, bütün elmi uğurlarımı Türkiyədə sülh üçün verərdim. "
Əziz Səncər, Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə

Əziz Səncər müsahibələrinin birində 40 yaşına qədər gündə 17 saat işlədiyini, sonra isə bu vaxtı 12 saata endirdiyini bildirib.

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Aziz Sancar // Munzinger Personen (alm.).
  3. "Biochemistry and Biophysics: Aziz Sancar". The University of North Carolina School of Medicine. Archived from the original on 2015-10-08. İstifadə tarixi: 8 oktyabr 2015..  (ing.)
  4. "Nobel Kimya Ödülü'nü Türk asıllı Aziz Sancar kazandı (Aziz Sancar kimdir)". Hürriyet. Archived from the original on 2015-10-07. İstifadə tarixi: 7 oktyabr 2015.(türk.)
  5. 1 2 3 4 "Vehbi Koç Ödülü Aziz Sancar'ın" (PDF). Bizden Haberler dergisi, Koç Holding, Haziran 2007. 2015-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  6. 1 2 "Nobeli alan Prof. Aziz Sancar konuştu". cnnturk.com. 11 Kasım 2015. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
  7. 1 2 "Aziz Sancar'a BBC'den şoke eden soru!". sabah.com.tr. 8 Kasım 2015. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
  8. "Nobel'e değer görülen Aziz Sancar, HDP'li Mithat Sancar'ın akrabası". hurriyet. 7 Kasım 2015. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  9. "Aziz Sancar'dan ders!". yenicaggazetesi.com.tr. 15 Ekim 2015. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  10. "Aziz Sancar'ın doğduğu ilçenin etnik yapısı". nisanyanmap.com. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  11. "Arxivlənmiş surət". 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  12. 1 2 3 4 5 "Aziz Sancar Nobel Ödülü Aldı". Bilkent Üniversitesi web sitesi. 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  13. "Nobel kazanan Sancar, kanser hastalarına umut veren çalışmasını anlattı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Ekim 2015.
  14. "TÜBA Şeref Üyesi Prof. Dr. Aziz Sancar'ın Kansere Karşı 'Sirkadiyen Saati' Buluşu". 7 Ekim 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  15. 1 2 "Chapell Hill Üniversitesi Aziz Sancar Profili". 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
  16. "Ulusal Bilimler Akademisi'nde iki Türk". CnnTurk.com sitesi 5 Mayıs 2005. 2016-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 Ağustos 2016.
  17. "The Nobel Prize in Chemistry 2015" (İngilizce). 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  18. "TÜBA Şeref Üyesi Prof. Dr. Aziz Sancar 2015 Nobel Kimya Ödülü'nü Kazandı". TÜBA. 2015-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08. (#apostrophe_markup)
  19. "Sancar Ata'nın huzurunda". 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  20. "Atatürk'e vefa borcumu ödedim". 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  21. "DNA molekülü hatalı". NTV. 21 Mayıs 2016. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  22. http://asal.meb.k12.tr/ (#bare_url_missing_title). 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  23. "Aziz Sancar istifa etti". Milli Gazete. 19 Aralık 2019. 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  24. "For Aziz Sancar, long hours in lab lead to triumph". The News and Observer. 25 December 2015. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2016.
  25. "Aziz Sancar receives 2009 Distinguished Alumni Award from University of Texas, Dallas". UNC School of Medicine. İstifadə tarixi: 16 May 2016.
  26. Arango, Tim. "Deadly Ankara Attack Not Enough to Unify a Polarized Turkey". The New York Times. 12 October 2015. 12 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2015.
  27. Esra Kaymak; Erkan Avci. "Turkish Nobel Prize winner happy most for his country". Anadolu Agency. 8 October 2015. 4 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2015.
  28. "Nobel'li Prof. Aziz Sancar: Lise yıllarında ülkücüydüm; sinema ve tiyatroya hiç gitmedim". T24. 11 October 2015. 9 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2020.
  29. "Aziz Sancar - Ropörtaj". Hürriyet. 10 October 2015. 10 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
  30. "Ödül Alanlar: Prof. Dr. Aziz Sancar - 2007". Vehbi Koç Ödülü. 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08. (#apostrophe_markup)
  31. "Arxivlənmiş surət" (PDF). Vehbi Koç Ödülü. 2015-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07. (#apostrophe_markup)
  32. "Profile of Aziz Sancar" (İngilizce). 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  33. "AR-nın Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında və "Nizami Gəncəvi İli" ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif ediliblər". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
  34. "Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTO". Oxu.Az (az.). 2023-07-30. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Biologiya portalı П:  Elm portalı