ABŞ iqtisadiyyatı
ABŞ iqtisadiyyatı | |
---|---|
| |
Valyuta | ABŞ dolları (USD) ▲ Dollar indeksi |
Büdcə ili | 1 oktyabr 2019 – 30 sentyabr 2020 |
Ticarət təşkilatları | ÜTT, İƏİT və digərləri |
Ölkə qrupu | |
Statistika | |
ÜDM | ▲ $25.347 trilyon (2022)[4] |
ÜDM sıralaması | |
ÜDM artımı |
|
Adambaşına düşən ÜDM | ▲ $65,112 (2019 təx.)[5] |
Adambaşına düşən ÜDM sıralaması | |
Sektorlarına görə ÜDM |
|
Komponentlərinə görə ÜDM |
|
İnflyasiya (İQİ) | |
Yoxsulluq həddindən aşağı olan əhali | 11,8% (2018)[8] |
Cini indeksi | 39,0 orta (2017)[9] |
İnsan İnkişafı İndeksi | |
İşçi qüvvəsi | |
Məşğulluğa görə işçi qüvvəsi |
|
İşsizlik səviyyəsi | |
Orta aylıq gəlir | $63,093 (2018)[15] |
Orta aylıq mənfəət | ▲ $936 həftəlik (Q4, 2019)[16] |
Biznesin qurulma asanlığı indeksi | ▲ 6-cı (çox asan, 2020)[17] |
Xarici ticarət | |
İxrac | ▲ $1,66 trilyon (2018)[18] |
İxrac məhsulları |
|
İxrac tərəfdaşları |
|
İdxal | ▲ $2,54 trilyon (2018)[18] |
İdxal məhsulları |
|
İdxal tərəfdaşları |
|
BXİ indeksi | |
Cari hesab | ▼ −$449.1 milyard (2017 təx.)[21] |
Xarici borc | $20 trilyard (Mart 2019)[22] qeyd: ABŞ-nin xarici borcunun təqribən 4/5-i ABŞ dolları ilə hesablanır[21] |
Dövlət maliyyəsi | |
İctimai borc | ÜDM-in 116%-i (2020)[23] |
Gəlirlər | $3,3 trilyard (2018)[24][25] |
Xərclər | $4.1 trilyard (2018)[25] |
İqtisadi yardım | donor: RİY, $35.26 milyard (2017)[26] |
Kredit sıralaması | |
Xarici ehtiyatlar | $128.3 milyard (İyun 2019)[32] |
Əsas mənbə: CIA World Fact Book Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
ABŞ iqtisadiyyatı yüksək inkişaf etmiş və qarışıqdır.[33][34] O, nominal ÜDM və xalis sərvətə görə dünyada ən böyük və alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ikinci ən böyük iqtisadiyyatdır.[35] Həmçinin 2019-cu ildə dünyada adambaşına düşən ÜDM üzrə yeddinci və Adambaşına düşən ÜDM (AQP)-yə görə ölkələrin siyahısıadambaşına düşən AQP üzrə onuncu olmuşdur.[36] ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və şirkətləri texnoloji inkişafda öndədirlər; xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənayedə və hərbi texnikada.[37] ABŞ dolları beynəlxalq əməliyyatlarda ən çox istifadə olunan valyutadır və iqtisadiyyatı, ordusu, petrodollar sistemi və onunla bağlı avrodollar və ABŞ-nin iri xəzinə bazarı ilə dəstəklənən dünyanın ən önəmli ehtiyat valyutasıdır.[38][39] Bir neçə ölkə bundan rəsmi valyuta kimi istifadə edir, bir çox ölkələrdə isə bu de-fakto valyutadır.[40][41] ABŞ-nin ən böyük ticarət tərəfdaşları Çin, Kanada, Meksika, Yaponiya, Almaniya, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Tayvandır.[42] ABŞ dünyanın ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır.[43] NAFTA, Avstraliya, Cənubi Koreya, İsrail və bir sıra digərləri daxil olmaqla bir neçə ölkə ilə qüvvədə olan və ya müzakirələri davam edən azad ticarət sazişlərinə malikdir.[44]
Ölkənin iqtisadiyyatı bol təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və yüksək məhsuldarlıqla qidalanmaqdadır.[45] 2016-cı ildə 45 trilyon dollar dəyərində qiymətləndirilən təbii ehtiyatları ilə təbii ehtiyatların yeddinci ən yüksək ümumi dəyərinə malikdir.[46] Amerikalılar İƏİT üzvü olan ölkələr arasında ən yüksək orta ev təsərrüfatı və işçi gəlirlərinə sahibdirlər[47] və ortalama ev təsərrüfatı gəliri 2007-ci ildə ikinci yerdən 2010-cu ildə dördüncü yerə düşdü.[48][49] 1890-cı ilə qədər ABŞ dünyanın ən məhsuldar iqtisadiyyatına sahib idi.[50] Dünyanın ən böyük neft və təbii qaz istehsalçısıdır.[51] 2016-cı ildə dünyanın ən böyük ticarət ölkəsi idi[52] həmçinin, qlobal istehsal məhsulunun beşdə birini təmsil edən ikinci ən böyük istehsalçısıdır.[53] ABŞ yalnız malların ən böyük daxili bazarına sahib deyil, həm də xidmətlər ticarətində də üstünlük təşkil edir. 2018-ci ildə ABŞ-nin ümumi ticarəti 4.2 trilyon dollar təşkil edirdi.[54] Dünyanın 500 ən böyük şirkətindən 121-inin qərargahı ABŞ-də yerləşir.[55] ABŞ, 3,013 trilyon dollar ümumi sərvət ilə ən çox milyarderə sahibdir.[56][57]
Nyu-York Fond Birjası və NASDAQ bazar kapitalizasiyası və ticarət həcminə görə dünyanın ən böyük birjalarıdır.[58][59] ABŞ-yə qoyulan xarici sərmayələrin həcmi təxminən 4.0 trilyon dollar,[60] xarici ölkələrdə Amerikan sərmayələri isə ümumilikdə 5.6 trilyon dollardan çoxdur.[61] ABŞ iqtisadiyyatı vençur kapitalı[62] və Qlobal Tədqiqat və İnkişaf maliyyələşdirilməsinə görə beynəlxalq reytinqdə birinci yerdədir.[63] İstehlak xərcləri 2018-ci ildə ABŞ iqtisadiyyatının 68%-ni təşkil etmişdi,[64] 2017-ci ildə isə işçi qüvvəsinin gəlirinin 43%-ini təşkil etmişdi.[65] ABŞ, dünyanın ən böyük istehlak bazarına sahibdir, ev təsərrüfatlarının son istehlak xərcləri Yaponiya ilə müqayisədə beş dəfə böyükdür.[66] Ölkənin əmək bazarı dünyanın hər yerindən gələn mühacirləri özünə cəlb edir və xalis miqrasiya nisbəti dünyada ən yüksək yerdədir.[67] ABŞ, Biznesin qurulma asanlığı indeksi, Qlobal Rəqabətlilik Hesabatı və digər tədqiqatlarda ən yaxşı nəticə göstərən iqtisadiyyatlardan biridir.[68]
ABŞ iqtisadiyyatı 2007-ci ilin dekabrından 2009-cu ilin iyununa qədər davam edən Böyük tənəzzül dövründə ciddi iqtisadi geriləmə yaşadı. Buna baxmayaraq, böhrandan əvvəlki (2007-ci ilin sonu) pik həddinə real ÜDM üzrə 2011-ci ildə,[69] ev təsərrüfatlarının xalis dəyəri üzrə 2012-ci ilin II rübündə,[70] qeyri-təsərrüfat əmək haqqı işləri üzrə 2014-cü ilin may ayına qədər[71] və işsizliyin səviyyəsi üzrə 2015-ci ilin sentyabr ayına qədər bərpa etdi.[72] Bu göstəricilərin hər biri bu tarixlərdən sonra tənəzzüldən sonra rekord həddlərdə davam etdi, ABŞ-nin bərpası 2018-ci ilin aprelində rekord sayda ikinci ən uzun oldu.[73] Milli borc ölçüsü olan əhalinin borclanması 2017-ci ildə ÜDM-in təxminən 77%-ni təşkil edərək 207 ölkə arasında 43-cü sırada yer aldı.[74] Gəlir bərabərsizliyi 2017-ci ildə 156 ölkə arasında 41-ci,[75] digər Qərb ölkələri ilə müqayisədə ən yüksək oldu.[76]
Tarixi
[redaktə | mənbəni redaktə et]Müstəmləkəçilik dövrü və XVIII əsr
[redaktə | mənbəni redaktə et]ABŞ-nin iqtisadi tarixi XVII–XVIII əsrlərdə Amerika yaşayış məskənləri ilə başladı. 1776-cı ildə Amerika Birləşmiş Ştatları yarananda Amerika müstəmləkələri son dərəcə müvəffəqiyyətli bir müstəmləkə iqtisadiyyatından qul əməyindən istifadə edən kiçik, müstəqil əkinçilik təsərrüfatına çevrilmişdi.
XIX əsr
[redaktə | mənbəni redaktə et]180 ildə ABŞ dünya iqtisadiyyatının beşdə birini təşkil edən nəhəng, inteqrasiya olunmuş, sənayeləşmiş bir iqtisadiyyata çevrildi. Nəticədə ABŞ-nin adam başına düşən ÜDM-i, nəhayət əvvəllər iqtisadi cəhətdən izlədiyi İngiltərəni, həmçinin digər ölkələri üstələdi. Bu iqtisadiyyat dünyanın dörd bir tərəfindən gələn milyonlarla miqrantı cəlb edərək yüksək əmək haqqlarını qoruyub saxladı.
1800-cü illərin əvvəllərində əhalisinin 80 faizindən çoxu əkinçiliklə məşğul olan ABŞ böyük ölçüdə kənd təsərrüfatı yönümlü idi. İstehsalın əksər hissəsi xammalın taxta və mişar dəyirmanı ilə çevrilməsinin ilkin mərhələlərinə, toxuma və çəkmə və ayaqqablara yönəlmişdi. Zəngin resurs fondları XIX əsrdə sürətli iqtisadi genişlənməyə təkan verdi. Torpağın geniş olması fermerlərin sayının artmasına imkan verdi, lakin istehsal, xidmətlər, nəqliyyat və digər sahələrdə fəaliyyət daha sürətlə artdı. Beləliklə, 1860-cı ilə qədər ABŞ-də ferma əhalisinin payı 80 faizdən 50 faizə qədər düşmüşdü.[77]
XIX əsrdə tənəzzüllər tez-tez maliyyə böhranları ilə üst-üstə düşürdü. 1837-ci il Çaxnaşmasını, bankların uğursuzluğu və daha sonra rekord səviyyədə işsizlik səviyyəsinin artması ilə beş illik bir böhran izlədi.[78] Əsrlər boyu iqtisadiyyatdakı böyük dəyişikliklər səbəbindən müasir böhranların şiddətini erkən böhranlarla müqayisə etmək çətindir.[79] İkinci Dünya Müharibəsindən sonrakı böhranlar, əvvəllər baş verən böhranlardan daha az ağır göründü, amma bunun səbəbləri bəlli deyil.[80]
XX əsr
[redaktə | mənbəni redaktə et]Əsrin əvvəllərində yeni innovasiyalar və mövcud innovasiyaların təkmilləşdirilməsi Amerika istehlakçıları arasında həyat səviyyəsinin yaxşılaşmasına qapı açdı. Bir çox firma, ölkə miqyasında əməliyyatların aparılması üçün miqyaslı iqtisadiyyatlar və daha yaxşı rabitə imkanlarından faydalanaraq böyüdü. Bu sənaye sahələrində konsentrasiya qiymətlərin böyüməsinə və məhsulun aşağı olmasına səbəb olacaq inhisarçılıq qorxusunu artırdı, lakin bu firmaların bir çoxu xərcləri o qədər sürətlə azaldırdılar ki, bu sahələrdə daha aşağı qiymətə və daha çox məhsul istehsalına meyllər artdı. Çox sayda işçi, adətən dünyada ən yüksək maaş təklif edən bu böyük firmaların uğurlarını bölüşdülər.[81]
ABŞ ən azı 1920-ci illərdən bəri ÜDM-in həcminə görə dünyanın ən böyük milli iqtisadiyyatıdır.[50]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Global Financial Centres Index 18" (PDF). Long Finance. Sentyabr 2015. 2017-02-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
- ↑ "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2019.
- ↑ "World Bank Country and Lending Groups". datahelpdesk.worldbank.org. World Bank. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2019.
- ↑ 1 2 3 "World Economic Outlook Database, April 2020". IMF.org. International Monetary Fund. 2021-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2020.
- ↑ "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. 15 oktyabr 2019. 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ 1 2 "Field Listing: GDP – Composition, by Sector of Origin". Central Intelligence Agency World Factbook. Central Intelligence Agency. 2020-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
- ↑ "Consumer Price Index – August 2019". CNBC. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Income and Poverty in the United States: 2018". U.S. Census Bureau. 10 sentyabr 2019. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Income inequality". data.oecd.org. İƏİT. 2020-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2020.
- ↑ "Human Development Index (HDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2019.
- ↑ "Inequality-adjusted Human Development Index (IHDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 2020-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2019.
- ↑ 1 2 3 4 "Employment status of the civilian population by sex and age". BLS.gov. Bureau of Labor Statistics. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2020.
- ↑ "Employment by major industry sector". Bureau of Labor Statistics. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.
- ↑ "Youth unemployment rate". data.oecd.org. OECD. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2020.
- ↑ "Usual Weekly Earnings of Wage and Salary Workers First Quarter 2017". Bureau of Labor Statistics. U.S. Department of Labor. 17 iyul 2018. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2018.
- ↑ "Usual Weekly Earnings Summary". www.bls.gov. Bureau of Labor Statistics. 17 yanvar 2020. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Ease of Doing Business in United States". Doingbusiness.org. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.
- ↑ 1 2 3 4 "U.S. trade in goods with World, Seasonally Adjusted". United States Census Bureau. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2018.
- ↑ "Exports of goods by principal end-use category" (PDF). Census Bureau. 2022-05-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-09.
- ↑ "Imports of goods by principal end-use category" (PDF). Census Bureau. 2022-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-09.
- ↑ 1 2 3 4 "The World Factbook". CIA.gov. Central Intelligence Agency. 2020-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2019.
- ↑ "Treasury TIC Data". U.S. Department of the Treasury. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2018.
- ↑ Federal Reserve Bank of St. Louis; U.S. Office of Management and Budget. "Federal Debt: Total Public Debt as Percent of Gross Domestic Product". FRED, Federal Reserve Bank of St. Louis. 1 yanvar 1966. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ 1 2 "The Budget and Economic Outlook: 2017 to 2027". Congressional Budget Office. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Development aid rises again in 2016 but flows to poorest countries dip". OECD. 11 aprel 2017. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ "Sovereigns rating list". Standard & Poor's. iyun 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 20, 2011.
- ↑ 1 2 Rogers, Simon; Sedghi, Ami. "How Fitch, Moody's and S&P rate each country's credit rating". The Guardian. London. 15 aprel 2011. 1 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2011.
- ↑ Riley, Charles. "Moody's affirms Aaa rating, lowers outlook". CNN. 2 avqust 2011. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Fitch Affirms United States at 'AAA'; Outlook Stable". Fitch Ratings. 2015-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "Scope affirms the USA's credit rating of AA with Stable Outlook". Scope Ratings. 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ "U.S. International Reserve Position". Treasury.gov. 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2019.
- ↑ "U.S. Economy – Basic Conditions & Resources". U.S. Diplomatic Mission to Germany. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2011.
"The United States is said to have a mixed economy because privately owned businesses and government both play important roles".
- ↑ "Outline of the U.S. Economy – How the U.S. Economy Works". U.S. Embassy Information Resource Center. Archived from the original on 2012-01-14. İstifadə tarixi: 24 oktyabr 2011.
As a result, the American economy is perhaps better described as a "mixed" economy, with government playing an important role along with private enterprise. Although Americans often disagree about exactly where to draw the line between their beliefs in both free enterprise and government management, the mixed economy they have developed has been remarkably successful.
- ↑ "Report for Selected Country Groups and Subjects (PPP valuation of country GDP)" (ingilis). IMF. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2019.
- ↑ "United States reference resource". The World Factbook Central Intelligence Agency. 8 June 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
- ↑ "The Implementation of Monetary Policy – The Federal Reserve in the International Sphere" (PDF). 2014-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 avqust 2010.
- ↑ Zaw Thiha Tun. "How Petrodollars Affect The U.S. Dollar". 29 iyul 2015. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
- ↑ Benjamin J. Cohen, The Future of Money, Princeton University Press, 2006, ISBN 0691116660; cf. "the dollar is the de facto currency in Cambodia", Charles Agar, Frommer's Vietnam, 2006, ISBN 0471798169, p. 17
- ↑ "US GDP Growth Rate by Year". multpl.com. US Bureau of Economic Analysis. 31 mart 2014. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2014.
- ↑ "Top Trading Partners". U.S. Census Bureau. Dekabr 2016. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2017.
- ↑ "World Trade Statistical Review 2019" (PDF). World Trade Organization. səh. 100. 30 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 may 2019.
- ↑ "United States free trade agreements". Office of the United States Trade Representative. 21 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
- ↑ Wright, Gavin, and Jesse Czelusta, "Resource-Based Growth Past and Present", in Natural Resources: Neither Curse Nor Destiny, ed. Daniel Lederman and William Maloney (World Bank, 2007), p. 185. ISBN 0821365452.
- ↑ Anthony, Craig. "10 Countries With The Most Natural Resources". Investopedia. 12 sentyabr 2016. 2016-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "Income". Better Life Index. OECD. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2019.
In the United States, the average household net adjusted disposable income per capita is USD 45 284 a year, much higher than the OECD average of USD 33 604 and the highest figure in the OECD.
- ↑ "Household Income". Society at a Glance 2014: OECD Social Indicators. Society at a Glance. OECD Publishing. 18 mart 2014. doi:10.1787/soc_glance-2014-en. ISBN 9789264200722. 28 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2014.
- ↑ "OECD Better Life Index". OECD. 2013-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2012.
- ↑ 1 2 Digital History; Steven Mintz. "Digital History". Digitalhistory.uh.edu. 2 mart 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2012.
- ↑ "United States remains the world's top producer of petroleum and natural gas hydrocarbons". EIA. 2022-08-31 tarixində arxivləşdirilib.
- ↑ Katsuhiko Hara and Issaku Harada (staff writers). "US overtook China as top trading nation in 2016". Nikkei Asian Review. Tokyo. 13 aprel 2017. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2017.
- ↑ Vargo, Frank. "U.S. Manufacturing Remains World's Largest". Shopfloor. 11 mart 2011. 4 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2012.
- ↑ "Trade recovery expected in 2017 and 2018, amid policy uncertainty". Geneva, Switzerland: World Trade Organization. 12 aprel 2017. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2017.
- ↑ "Global 500 2016". Fortune. 2018-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15. Number of companies data taken from the "Country" filter.
- ↑ "The US is home to more billionaires than China, Germany and Russia combined". CNBC. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2019.
- ↑ "Wealth-X's Billionaire Census 2019 report reveals insights and trends about the world's top billionaires". hk.asiatatler.com. 31 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2019.
- ↑ "Monthly Reports - World Federation of Exchanges". WFE. 2021-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ Table A – Market Capitalization of the World's Top Stock Exchanges (As at end of June 2012) Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine. Securities and Exchange Commission (China).
- ↑ "CIA – The World Factbook". Cia.gov. 2007-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2012.
- ↑ "CIA – The World Factbook". Cia.gov. 2007-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2012.
- ↑ Adapting and evolving – Global venture capital insights and trends 2014 Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine. EY, 2014.
- ↑ "2014 Global R&D Funding Forecast" (PDF). battelle.org. 16 dekabr 2013. 9 fevral 2014 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Personal consumption expenditures (PCE)/gross domestic product (GDP)" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine FRED Graph, Federal Reserve Bank of St. Louis
- ↑ "Shares of gross domestic income: Compensation of employees, paid: Wage and salary accruals: Disbursements: To persons" Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine FRED Graph, Federal Reserve Bank of St. Louis
- ↑ "United Nations Statistics Division – National Accounts Main Aggregates Database". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "Country comparison :: net migration rate". Central Intelligence Agency. The World Factbook. 2014. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2014.
- ↑ Rankings: Global Competitiveness Report 2013–2014 (PDF), World Economic Forum, 2015-02-17 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 1 iyun 2014
- ↑ "FRED – Real GDP". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "FRED – Household Net Worth". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "FRED-Total Non-Farm Payrolls". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "FRED-Civilian Unemployment Rate". 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "The New York Times. Casselbaum. "Up, Up, Up Goes the Economy". 20 mart 2018". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "CIA World Factbook. Debt to GDP". 2007-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "CIA World Factbook "Distribution of Family Income"". 2020-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ Gray, Sarah. "Trump Policies Highlighted in Scathing U.N. Report On U.S. Poverty". Fortune. June 4, 2018. November 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2018.
"The United States has the highest rate of income inequality among Western countries", the report states.
- ↑ Baten, Jörg. A History of the Global Economy. From 1500 to the Present. Cambridge University Press. 2016. səh. 88ff. ISBN 978-1107507180. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.
- ↑ W. J. Rorabaugh; Donald T. Critchlow; Paula C. Baker. America's Promise: A Concise History of the United States. Rowman & Littlefield. 2004. səh. 210. ISBN 978-0742511897. 2017-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.
- ↑ Moore, Geoffrey H.; Zarnowitz, Victor, Appendix A The Development and Role of the National Bureau of Economic Research's Business Cycle Chronologies, 1986, 2020-07-31 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-04-20 in Gordon, 1986. səh. 743–45
- ↑ Knoop, Todd A., Recessions and Depressions: Understanding Business Cycles, Praeger Publishers, July 30, 2004, 166–71, ISBN 978-0275981624, April 26, 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: April 20, 2020
- ↑ Baten, Jörg. A History of the Global Economy. From 1500 to the Present. Cambridge University Press. 2016. səh. 95. ISBN 978-1107507180. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.