Adi reyhan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi reyhan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi reyhan (lat. Ocimum basilicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü.

Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.

  • Adi reyhan ətirli və ədviyyəli xüsusiyyətə malikdir, xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. O universal otlardan biridir. Həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərdə istifadə olunur.
  • Ətirli reyhan – çiçəklərində 0,3–1,5%, yaşıl yarpaqlarında isə 0,04–0,50% efir yağı vardır. Ən çox efir yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və osimendən ibarətdir. Toxumlarının tərkibində 12–19% piyəbənzər yağ maddəsi tapılmışdır.
  • Yevgenol – Yaşıl kütləsindən efir yağı alınır. Efir yağının tərkibində 7%-ə qədər yevgenol, metilxavikol, kamfora və osimen maddələri vardır. Efir yağından alınan yevgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox etmək üçün də işlədilir.
  • Nanəyarpaq – Meyvəsi dürd çılpaq uclu, qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5–0,8 qramdır. Bundan alınan efir yağının tərkibində 60–70% kamfora birləşmələri tapılmışdır. Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq təsərrüfatı əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən tərkibində 30–35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ocimum odorum Salisb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]