Armudlu (Kəlbəcər)
Armudlu | |
---|---|
40°05′ şm. e. 46°01′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Tərtərçayın sol sahilində yerləşir.
Yaylaqları
[redaktə | mənbəni redaktə et]Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd.
Bulaqları
[redaktə | mənbəni redaktə et]Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Məşhur yerləri
[redaktə | mənbəni redaktə et]Seyid Məmməd biçən, Ortaburun, Otdaşı, Qırmızı qayanın döşü, Xudumlu, Əmiraslanın yurdu, Keçəltəpə, Yal biçənəyi, Məşədi Salman biçən, Çala, Qurd yuvası, Qatar, Batqının çalaları, Armudlunun düzü, Əkbərbiçən, Abdullabiçən, Armudlu çayı[3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Armudlu (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |