Bud sinirinin blokadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bud sinirinin blokadası
Regional anesteziya: material və avadanlıqlar
Regional anesteziya: material və avadanlıqlar

Bud sinirinin blokadası — periferik regional anesteziya metodu olub, əsasən aşağı ətraflarda aparılan xüsusilə diz oynağının süni protezlə əvəz ediməsi, diz qapağınn çarpaz bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qasıq nahiyəsindən — bud arteriyası üzərində təyin olunan nəbzdən 1,5 sm lateral nöqtədən xüsusi iynə vasitəilə yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter oma kələfindən ayrılan bud sinirinin düz yanına yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir.

Bu blokada üsulu ilk dəfə 1973-cü ildə Winnie tərəfindən təbiq edilmişdir[1]. Bu metoda bəzən "üçü birində" mtodu da deyilir. Belə ki, bir inyeksiya ilə üç sinir: bud siniri, lat. n. cutaneus femoris lateralis, qapayıcı sinir birlikdə blokada edilir. Ilk dəfə 1980-ci ildə Rozenplat kateter vasitəsilə uzunmüddətli müalicə üsulunu tətbiq etmişdir[2].

Ümumi texniki aspektlər

[redaktə | mənbəni redaktə et]

Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır. Ultrasəs müayinəsi ilə sözü gedən sinirlər vizuallaşdırılaraq xüsusi iynənin köməyi ilə bud sinirinin dövrəsinə yerli keyləşdirici məhlul yeridilir. Bəzən ültrasəs müayinəsi ilə yanaşı sinirlərin yerini təyin etmək üçün mikroelektrik sinir stimulyatorlarından da istifadə edilir. 0,3–0,5 mA/0,1 ms şiddətli impulslara verilən cavab refleksə əsasən lokalizasiya müəyyən edilir. Bud siniri üçün xarakterik cavab refleksini anesteziyalogiyada "rəqs edən diz qapağı" adlandırırlar.

  • Punksiya yerinin infeksiyalaşması
  • Qonşu magistral damarların zədələnməsi, qansızmalar (hematomalar)
  • Yerli keyləşdiricinin damar daxili inyeksiyası
  • Sinir zədələnmələri;
  • Allergik reaksiya; anafilaktik şok

İstifadə olunan preparatlar

[redaktə | mənbəni redaktə et]
  1. Winnie AP, Ramamurthy S, Durrani Z: The inguinal paravascular technic of lumbar plexus anesthesia: the "3-in-1 block". Anesth Analg. 1973 Nov-Dec;52(6):989–96. PMID 4796576
  2. Rosenblatt RM: Continuous femoral anesthesia for lower extremity surgery. Anesth Analg. 1980 Aug;59(8):631–2. PMID 7190803
  3. S. Schulz-Stübner: Lokalanästhetika. in: Rossaint, Werner, Zwissler (Hrsg.): Die Anästhesiologie. Allgemeine und spezielle Anästhesiologie, Schmerztherapie und Intensivmedizin. Springer, Berlin; 2. Auflage 2008. ISBN 978–3540763017
  4. H. Niesel, H. Van Aken: Lokalanästhesie, Regionalanästhesie, regionale Schmerztherapie. Georg Thieme Verlag, 2006. ISBN 978–3131434128
  5. A. Dullenkopf, A. Borgeat: Lokalanästhetika. Anaesthesist. 2003 Apr;52(4):329–40. PMID 12715136