Qoltuq blokadası, aksillar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə mil, dirsək, bilək, əldarağı, falanqa sümüklərinin osteosintezlərində, barmaqların replantasiya əməliyyatlarında həm anesteziya həm də əməliyyat sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qoltuq nahiyəsindən xüsusi iynə vasitəilə daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul qoltuqdan inyeksiya olduğuna görə qoltuq blokadası yaxud aksillar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir.
Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır. Ultrasəs müayinəsi ilə sözü gedən sinirlər vizuallaşdırılaraq xüsusi iynənin köməyi ilə bud sinirinin dövrəsinə yerli keyləşdirici məhlul yeridilir. Bəzən ültrasəs müayinəsi ilə yanaşı sinirlərin yerini təyin etmək üçün mikroelektrik sinir stimulyatorlarından da istifadə edilir. 0,3–0,5 mA/0,1 ms şiddətli impulslara verilən cavab refleksə əsasən lokalizasiya müəyyən edilir. İntraskalenar blokada üçün xarakterik cavab refleksi bütün çiyinin rəqsi hərəkəti sayılır.