Cozef Stiqlits
Cozef Stiqlits | |
---|---|
ing. Joseph Stiglitz | |
Doğum adı | Joseph Eugene Stiglitz |
Doğum tarixi | 9 fevral 1943[1][2][…] (81 yaş) |
Doğum yeri | |
Elm sahələri | iqtisadiyyat |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Robert Solou |
Tanınmış yetirməsi | Canet Yellen |
Tanınır | Asimmetrik informasiya |
Üzvlüyü |
|
Mükafatları | |
josephstiglitz.com business.columbia.edu/st… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Stiqlits (ing. Joseph Eugene Stiglitz) (9 fevral 1943[1][2][…], Geri, İndiana, ABŞ) — amerikalı iqtisadçı. 1979-cu ildə Con Beyts Klark medalına, 2001-ci ildə isə Corc Akerlof və Maykl Spenslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Bill Klintonun prezidentliyi dövründə İqtisadi Məsləhət Şurasının rəhbərliyini etməklə məşhurlaşmışdı. Daha sonra Dünya Bankında rəhbər köməkçisi və baş iqtisadçı olaraq işləmişdi. Qloballaşma, bazar mühafizəkarlığı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı haqqında kritik baxış bucağı ilə tanınır. Cozef Stiqlits 2001-ci ildən Kolumbiya Universitetində işləyir və 2003-cü ildən oranın professorudur. Bundan başqa Cozef Stiqlits Mançester Universitetinin Dünya Yoxsulluq həddi qurumunun (ing. Brooks World Poverty Institute) rəhbəri və Papaya aid Sosial Elmlər Akademiyasının üzvüdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlits Geridə doğulub, yəhudi bir ailənin övladıdır. 1960-cı ildən 1963-ə qədər debat klubunun və tələbə məclisinin aktiv bir üzvü olduğu Amherst Kollecində oxumuşdur. Təhsilinin 4-cü ilində daha sonra məzunu olacağı Massaçusets Texnologiya İnstitutuna daxil olmuşdur. 1965-ci ildən 1966-cı ilə qədər Çikaqo Universitetində Hirofumi Uzavanın nəzarəti altında araşdırma aparmışdır. Daha sonra Massaçusets Texnologiya İnstitutunda doktoranturada təhsil almış və eyni zamanda universitetdə çalışmağa başlamışdır. 1969–1970-ci illərdə Kembric Universitetidə Fulbric təqaüdü qazanmışdır. Sonrakı illərdə Yel, Dyuk, Stanford, Oksford və Prinston universitetlərində professor olaraq çalışmışdır. Cozef Stiqlits hal-hazırda Kolumbiya Universitetində professor olaraq çalışmağa davam edir. Eyni zamanda İqtisadiyyatın səsi (ing. The Economists Voice) jurnalının redaktorlarından biridir. Cozef Stiqlits daha çox Neo-Keynsçi bir iqtisadçı kimi tanınır.
Cozef Stiqlits mikroiqtisadiyyat nəzəriyyəsinə saysız xidmətlər etməklə yanaşı bir çox siyasi vəzifələrdə də çalışmışdır. Bill Klinton hökumətində 1995 və 1997-ci illər arasında İqtisadi Müşavirlər Şurasının başçısı, 1997–2000-ci illərdə Dünya Bankının prezidentinin köməkçisi və baş iqtisadçısı kimi vəzifələrdə çalışmışdır.
İqtisadi Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Asimmetrik informasiya
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlitsin ən məşhur araşdırması özəl bir informasiyanın başqasından alınması üçün iqtisadçılar tərəfindən istifadə edilən bir üsul olan gözdən keçirmə prosesi (lat. Screening) barədə olmuşdur. Bu nəzəriyyə ona İqtisadiyyat üzrə Nobel mükafatı da qazandırmışdır.[8]
Ənənəvi neoklassik iqtisadi düşüncəyə görə bazar bəzi limitli və yaxşı açıqlanmış bazar uğursuzluqlarından başqa hər zaman təsirlidir. Cozef Stiqlits və digərləri etdikləri araşdırmalarla bu düşüncəni tərsinə çevirdi: bazar sadəcə bəzi istisna olunan vəziyyətlərdə təsirlidir. Yəni, bazar bəzi məhdud vəziyyətdə deyil, bəzi istisna olunan vəziyyətlər olduqda təsirlidir. Cozef Stiqlits deyirdi "nə zaman ki, bir bazar tam deyilsə və informasiya da mükəmməl deyilsə (hansı ki, bu bütün iqtisadiyyatlar üçün keçərlidir) onun rəqabətli bazara həvalə olunması belə Pareto prinsipi sayılmaz".. Başqa cür desək, hər zaman hökumətin müdaxiləsi ilə Pareto prinsipi mövcuddur, digərlərinin vəziyyətini pisləşdirmədən belə.[9] Bu nəticələrə və açıqlanmış bazar uğursuzluqlarına baxmayaraq, dövlət müdaxiləsi ənənəvi "bazar uğursuzluğu" məktəbinin təklif etdiyi optimal dövlət müdaxiləsindən çox daha genişdir.[10] Cozef Stiqlitsə görə görünməz əl deyə bir şey yoxdur.[11]
"Aula Magna" mükafatını alışının səbəbləri Cozef Stiqlitsin dediyinə görə bunlardır: "Mən İnformasiya iqtisadiyyatında əhəmiyyətli, qabaqcıl dəyişikliklər göstərməyi ümid etdim. İnformasiya ilə əlaqədar problemlər sadəcə bazar iqtisadiyyatında deyil, eyni zamanda siyasi iqtisadiyyatda da mövcutdur və konfransın son bölümündə, siyasi inkişaf üçün mükəmməlliyin bəzi informasiya təsirlərini kəşf etdim.
Effektiv ödəniş: Şarpiro-Stiqlits modeli
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlits eyni zamanda effektiv ödəniş üzərində də araşdırmalar aparmışdır və niyə işsizliyin olduğunu, niyə maaşların iş axtaranların nəzarətində olmadığını və neoklassik paradiqmanın könülsüz işsizliyə cavab verib-vermədiyini araşdırmışdır. Şarpiro-Stiqlits modelinin yaradılmasında iştirak etmişdir.[12] Bu sualların cavabı 1984-cü ildə Şarpiro və Stiqlits tərəfindən bir araya gətirilmişdir: "İşsizlik məşğulluğun bilgi quruluşu tərəfindən nəzarət edilir".[12] İki müşahidə bu analizi vurğulayır:
- Sərmayenin digər quruluşlarının əksinə olaraq, insan öz gücünü seçə bilər.
- İşçilərin nə qədər güc sərf edəcəklərini müəyyən etmək firma üçün xərcli olur. Şarpiro-Stiqlits modeli məqaləsinin bəzi önəmli nöqtələri:
- İşsizliyin artımını əngəlləmək üçün iqtisadi durğunluq vəziyyətində qiymətlər yetəri qədər aşağı düşməz. Əgər əmək tələbi daxilə sürüşərsə maaşlar azalar, amma maaşlar azaldığı üçün böyük ehtimalla işçilər işlərini edərkən maksimum güclə çalışmayacaqlar. Əgər səviyyə eyni qalarsa işçilər işlərini görməkdən qaçacaqlar.
- Ola biləcək səbəb (ing. possible corollary): Ödəniş tənbəlliyi. Bir ödənişdən <w*> digərinə <w**> keçmək üçün hər firmanın ödəniş miqdarlarını çoxlu dəyişdirməsi lazımdır, bu da işsizlik göstəricisində sürüşməyə səbəb olur. Firmalar işsizlik göstəriciləri artana qədər ödənişləri azalda bilməyəcək.
Bəzi nəzəriyyələrinin praktikada tətbiqi
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlits və digərlərinin nəzəriyyələrinin riyazi gerçəkliyi mövzusunda heç bir şübhə yox ikən, bu nəzəriyyələrin siyasi iqtisadiyyata və iqtisadi siyasətlərin real həyata tətbiqi məsələsində bir çox müzakirə və anlaşmazlıq vardır.[13] "Sosializm hara gedir?"[14] (ing. Whither Socialism?) adlı kitabında ilk olaraq müəyyənləşdirdiyi yeninin təkmilləşdirilməsində başa düşəcəyimiz qədəri ilə Stiqlitsin siyasi-iqtisadi baxışı davamlı olaraq uyğun gəlir.
Əskik və mükəmməl olmayan informasiya ortaya çıxdıqda, bazar sisteminin Çikaqo məktəbi tərəftarları gerçək dünyanın Pareto prinsipi iddialarını davam etdirə bilmədilər. Bu səbəbdən dolayı Stiqlits kapitalizmi rasional-gözlənti nəzəriyyəçilərinin izlədiyi kapitalizmin modelindən yayınıb sosializmə sürüşəcəyi paradoksundan daha gerçəkçi bir iddiada olaraq rasional-gözlənti müvazinətindən istifadə etdi.[15]
Stiqlitsin iqtisadiyyata təsiri Pol Samuelsonun təklifindən daha çox müdaxilə etməyə sövq etdi. Pol Samuelson bazar uğursuzluğunu təsirli bazarın bir istisnası olaraq görmüşdü, amma Qrinvald-Stiqlits nəzəriyyəsi bazar uğursuzluğunu bir norma olaraq görməkdədir.
Stiqlitsin təklifləri iqtisadçılar tərəfindən deyil, daha çox siyasi elm adamları və sosioloqlar tərəfindən mənimsənildi. Onun iqtisadi fikirləri çox vaxt doğru görünsə də, hələ də dövlətin qurumları nə qədər təkidçi olması və dövlət ilə sivil toplum arasında necə bir əlaqə olması mövzusunda sual işarələri saxlamaqdadır.[16]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlits iki dəfə evlənib və boşanıb. 2004-cü ildə isə Kolumbiya Universitetinin xalqla əlaqələr şöbəsində çalışan Anya Şiffrin ilə üçüncü evliliyini rəsmiləşdirmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlits üç yüzdən çox akademik məqalə ilə yanaşı patent haqlarından beynəlxalq iqtisadi münasibətlərə, iqtisadiyyatın idarə olunmasında iqtisadiyyatda müsbət təsirə qədər bir çox qarışıq mövzularda açıqlayıcı təkliflər irəli sürən bir neçə kitabın da müəllifidir.
Sabitlik və böyümə: Makroiqtisadiyyat, liberallaşma və artım
[redaktə | mənbəni redaktə et]Bu kitabında Cozef Stiqlits makroiqtisadi mübahisələrə, sərmayə bazarının sərbəstliyinə, inkişafa və alternativ siyasətlərlə inkişafa yer vermişdir. Kitab sabitlik siyasətinin uzun dövrdə iqtisadi böyüməyə əhəmiyyətli təsirlərindən bəhs edir. Kitabın ilk qismi bəzi açar sualları təqdim edir və iqtisadiyyata ənənəvi bir ölçüdən deyil, fərqli bir göz ilə baxır. İkinci qismi iqtisadi modellərin analizini təqdim edir və Keyns, heterodoks və mühafizəkar dünyagörüşü ilə sabitlik siyasəti kimi makroiqtisadi fundamental mövzuları işləyir. Üçüncü qismi bənzər şəkildə sərmayə bazarlarının sərbəstliyini analiz edir.
Qloballaşma ilə bağlı tədqiqatlar
[redaktə | mənbəni redaktə et]Bu kitab qloballaşmanın bərabərsizliyə və inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə olan həddindən artıq təsirinə diqqət çəkir. Cozef Stiqlits yüksək vergi dərəcələri, inkişaf etmiş ölkələrin öz faydalarına xidmət edən patent sistemlərinə, eyni zamanda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr zərərindən bəhs edir. Cozef Stiqlits kitabında iqtisadi cəhətdən zəif olan ölkələrdə demokratiya problemini qabardır. Kitab optimist tərzdə yazılmışdır və beynəlxalq iqtisadi münasibətlərin yaxşıya dğru irəliləyəcəyinə ümid olunduğu qeyd edilir. Cozef Stiqlitsin bu kitabı iki milyon nüsxədən çox satılmışdır.
Qloballaşmanın Böyük məyusluğu
[redaktə | mənbəni redaktə et]Cozef Stiqlitsin bu kitabı 2002-ci ildə yayımlanmışdır. Cozef Stiqlits kitabında qloballaşmanı belə açıqlayır: "Qloballaşma, yəni sərbəst ticarətin önündəki maneələrin qaldırılması və milli iqtisadiyyatların daha çox inteqrasiyasıdır, yaxşı istiqamətdə istifadə ediləcək bir güc ola bilər; və dünyadakı hər kəsi xüsusilə kasıbları zənginləşdirəcək potensiala malikdir".
Kitab Cozef Stiqlitsin Dünya Bankı baş iqtisadçısı və Amerika Birləşmiş Ştatları İqtisadiyyat Müşaviri olarkən yaşadığı təcrübələrinə əsaslanır. Akademik bir araşdırmadan çox şahidlik etdiyi hadisələr anladır. Buna baxmayaraq kitab ümumi iqtisadiyyatı bilməyənlər üçün başa düşülməsi çətin ola bilir.
Digər əsərləri
[redaktə | mənbəni redaktə et]Kitablar
[redaktə | mənbəni redaktə et]- 2006, Making Globalization Work ISBN 0-393-06122-1, Penguin Books.
- 2006, Stability with Growth: Macroeconomics, Liberalization, and Development ISBN 0-19-928814-3 (Initiative for Policy Dialogue Series C); Joseph E. Stiglitz, Jose Antonio Ocampo, Shari Spiegel, Ricardo Ffrench-Davis, and Deepak Nayyar; Oxford University 2006
- 1996, Whither Socialism ? STIGLITZ, Joseph E., (Wicksell Lectures), MIT, fevral 1996.
- 2000, Frontiers of Development Economics: The Future in Perspective, Gerald M. Meier tərəfindən əlavə olunmuş, Dünya Bankı, may 2000.
- 2002, Principles of Macroeconomics, Carl E. Walsh ilə birlikdə, W. W. Norton & Company, mart 2002.
- 2002, Economics, Carl E. Walsh ilə birlikdə, W. W. Norton & Company, aprel 2002.
- 2002, Peasants Versus City-Dwellers: Taxation and the Burden of Economic Development, Raaj K. Sah ilə birlikdə, aprel 2002.
- 2002, Küreselleşme Büyük Hayal Kırıklığı, ISBN 975-8723-00-6, iyun 2002.
- Towards a New Paradigm in Monetary Economics, Bruce Greenwald.
- 2003, 90-cı illərin yüksəlişi, ISBN 975-8828-05-3, oktyabr 2003.
- Fair Trade for All: How Trade Can Promote Development—Joseph E. Stiglitz, Andrew Charlton; Hardcover
- Economics of the Public Sector. Joseph E. Stiglitz
- 2002, The Rebel Within: Joseph Stiglitz and the World Bank by Joseph E. Stiglitz (redaktor), Ha-Joon Chang (redaktor), ISBN 1-898855-91-9. Wimbledon Publishing Company (— 25 fevral, 2002)
- 2005, The Development Round Of Trade Negotiations In The Aftermath Of Cancun Joseph E. Stiglitz, Andrew Charlton.
- 2005, A Chance For The World Bank by Joseph P Stiglitz (Foreword), Jozef Ritzen, ISBN 1-84331-162-3, Anthem Press, Wimbledon Publishing Company (30 may, 2005).
- Readings in the Modern Theory of Economic Growth Joseph E. Stiglitz (redaktor), Hirofumi Uzawa (redaktor)
Məqalə, konfrans və videoları
[redaktə | mənbəni redaktə et]- 2007, The Economic Consequences of Mr. Bush, Vanity Fair, December 2007 Issue
- 2007, Where is the World Going To, Mr. Stiglitz? Jacques Sarasin, First Run Features
- 2001, New Ideas About Old Age Security: Toward Sustainable Pension Systems in the 21st Century , edited with Robert Holzmann, Dünya Bankası, fevral 2001.
- 1996, The World Bank Research Observer: No 2: Avustos 1996 Joseph Stiglitz
- 1993, "Post Walrasian and post Marxian economics," Journal of Economic Perspectives, vol. 7, pp. 109–14
- 1993, "Market socialism and neoclassical economics," Bardhan, P. K. and Roemer, J. E. (eds.), Market Socialism. The Current Debate, New York: Oxford University Press
- 1989, "Principal and agent," in J. Eatwell, M. Milgate and P. Newman (eds.), The New Palgrave. Allocation, Information and Markets. New York: W. W. Norton
- 1987, "The causes and consequences of the dependence of quality on prices," Journal of Economic Literature, vol. 25, pp. 1–48
- 1981, Credit Rationing in Markets with Imperfect Information, The American Economic Review, Vol. 71, No.3 (June 1981), pp. 393–410, by Joseph E. Stiglitz and Andrew Weiss
- Dünya Bankı videoları
- Cozef Stiqlitsin öz səhifəsindəki məqalələri Arxivləşdirilib 2005-12-31 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Joseph Stiglitz's homepage Arxivləşdirilib 2005-02-11 at the Wayback Machine
- STIGLITZ, Joseph E. Prize Lecture: Information and the Change in the Paradigm in Economics. Joseph E. Stiglitz held his Prize Lecture December 8, 2001, at Aula Magna, Stockholm University. He was presented by Lars E. O. Svensson, Chairman of the Prize Committee.
- Joseph Stiglitz — A Dangerous Man, A World Bank Insider Who Defected., HAGE, Dave, Minneapolis Star-Tribune, October 11, 2000 Arxivləşdirilib avqust 14, 2013, at the Wayback Machine
- Audio of Stglitz's lecture in The Hindu Public Lecture Series at Chennai Arxivləşdirilib 2007-12-08 at the Wayback Machine
- Initiative for Policy Dialogue (IPD) official website
- The Brooks World Poverty Institute at the University of Manchester Arxivləşdirilib 2007-01-09 at the Wayback Machine
- Stiglitz explains how the IMF destroys nations Arxivləşdirilib 2007-12-14 at the Wayback Machine
- An Open Letter to Joseph Stiglitz, by Kenneth Rogoff, Economic Counsellor and Director of the Research Department, IMF
- The Economists' Voice
- Autobiographical essay in acceptance of the Bank of Sweden Prize in Economic Sciences in Memory of Alfred Nobel [ölü keçid]
- Joseph E. Stiglitz's syndicated monthly op/ed column for Project Syndicate
- "More instruments and broader goals: Moving toward the post-Washington Consensus" (PDF 287KB) The (freely) published UNU-WIDER 1998 Annual Lecture
- Critical review of Globalization and its Discontents by Tony Smith Arxivləşdirilib 2008-04-11 at the Wayback Machine
- Critical View of Stiglitz's Externality Model, From A Free Market Perspective
- "The Economic Costs of the Iraq War: An Appraisal Three Years After the Beginning of the Conflict" Arxivləşdirilib 2007-12-01 at the Wayback Machine — A paper that estimates the total cost to the U. S. of the second Iraq War to be $1–2 trillion. Co-authored with Linda Bilmes.
- The 2 Trillion Dollar War Arxivləşdirilib 2008-01-01 at the Wayback Machine December-2006 @ Rolling Stone
Video dərslər
[redaktə | mənbəni redaktə et]- Joseph Stiglitz on Google Video [ölü keçid], Google Video
- The Roaring Nineties by Joseph Stiglitz, World Bank
- Joseph Stiglitz and Kenneth Rogoff discuss: Globalization and Its Discontents, World Bank
- Information and the Change in the Paradigm in Economics Arxivləşdirilib 2008-07-05 at the Wayback Machine — Nobel lecture, Nobelprize.org
- Rewriting history Arxivləşdirilib 2007-08-29 at the Wayback Machine, Kellogg School of Management, Northwestern University
- The Future of Globalization: Lessons from Cancun and Recent Financial Crises Arxivləşdirilib 2008-01-01 at the Wayback Machine, Globalization research group, Duke
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Joseph E. Stiglitz // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Joseph E. Stiglitz // Munzinger Personen (alm.).
- ↑ 1 2 Fellows Directory (brit. ing.).
- ↑ 1 2 www.nasonline.org (ing.).
- ↑ 1 2 https://www.amacad.org/person/joseph-eugene-stiglitz.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ "Arxivlənmiş surət". 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ GREENWALD, Bruce and STIGLITZ, Joseph E. 1986 Externalities in Economies with Imperfect Information and Incomplete Markets, Quarterly Journal of Economics, no. 90.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2007-12-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ [ http://www.guardian.co.uk/comment/story/0,3604,863426,00.html#article_continue Arxivləşdirilib 2007-12-13 at the Wayback Machine STIGLITZ, Joseph E. There is no invisible hand. London: The Guardian Comment, December 20, 2002.]
- ↑ 1 2 [ http://links.jstor.org/sici?sici=0002-8282(198406)74:3%3C433:EUAAWD%3E2.0.CO;2-G Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine SHAPIRO, Carl and STIGLITZ, Joseph E. Equilibrium Unemployment as a Worker Discipline Device. The American Economic Review, Vol. 74, No. 3 (Jun., 1984), pp. 433–444.]
- ↑ [ http://www.developmentinpractice.org/apc_ap-v14n3x525073q.html Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine SANAHUJA, José Antonio. Consensus, dissensus, confusion: the "Stiglitz Debate" in perspective. Development in Practice, Vol 14, 2004]
- ↑ [ http://www.nybooks.com/articles/15630 Arxivləşdirilib 2007-12-13 at the Wayback Machine FRIEDMAN, Benjamin M. Globalization: Stiglitz's Case. The New York Review of Books, Volume 49, Number 13 · August 15, 2002]
- ↑ "Arxivlənmiş surət" (PDF). 2007-12-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- 9 fevralda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Geridə doğulanlar (İndiana)
- Oksford Universitetinin müəllimləri
- Prinston Universitetinin müəllimləri
- Mançester Universitetinin müəllimləri
- Yel Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun məzunları
- Çikaqo Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- "Fəxri Legion" ordeni zabitləri
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat
- İqtisadçılar
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri
- Leyboristlər Partiyası (Böyük Britaniya) şəxsləri