Eleonora Marks
Eleonora Marks | |
---|---|
ing. Eleanor Aveling | |
Doğum tarixi | 16 yanvar 1855[1] |
Vəfat tarixi | 31 mart 1898[1] (43 yaşında) |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri |
|
Atası | Karl Marks[2] |
Anası | Cenni Marks[2] |
Fəaliyyəti | siyasi fəal[d], tərcüməçi, yazıçı, sindikatçı[d], siyasətçi, literary translator, sufrajist |
Vikianbarda əlaqəli mediafayllar |
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]; 16 yanvar 1855[1] – 31 mart 1898[1]) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur.
Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir.
İnqilabda rolu
[redaktə | mənbəni redaktə et]Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır. Eleonora Karl Marks və Fridrix Engels haqqında xatirələrin müəllifidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 A Historical Dictionary of British Women (ing.). 2 Routledge, 2003. P. 304. ISBN 978-1-85743-228-2
- ↑ 1 2 Lundy D. R. The Peerage (ing.).