Felyeton

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Felyeton (fr. feuilleton, feuille — "səhifə") – qəzet-jurnal səhifələrində çap olunan əsərlərin, əsasən, satirik şeirin xüsusi növü. Həm nəsr, həm də nəzmlə yazılan felyetonda ictimai həyatın mənfi cəhətləri tənqid olunur və lağa qoyulur. Felyetonun ilk dəfə meydana çıxdığı Fransada keçmiş zamanlarda teatrədəbiyyat aləmindəki hadisələrə dair məzəli və kəskin tənqidi məqalələr felyeton adlanırdı.[1]

Azərbaycanda felyeton janrını ədəbiyyatımıza Cəlil Məmmədquluzadə gətirmişdir. Ədəbiyyatımızda ilk nəsrlə yazılan felyeton C. Məmmədquluzadəyə, ilk nəzmlə yazılan felyeton isə M Ə.Sabirə aiddir.