Hefest

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hefest
q.yun. Ἥφαιστος
Mifologiya Qədim Yunan
Təsir sahəsi Vulkan, Od
Yunanca adı Ἥφαιστος
Latınca adı Hephaestus
Cinsi kişi[d][1]
Atası Zevs
Anası Hera
Qardaşı Apollon, Ares,
Uşaqları Erixton
Digər mədəniyyətlərdə Vulkan[2], Ptah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Vulkan və alov tanrısı Hefest
Afrodita ilə evlənməsi
Hefest məbədi, Afina

Hefest (Yunanca: Ἥφαιστος (Hefaistos)) Yunan mifologiyasında dəmirçilikvulkanların tanrısı. Hera ilə Zevsin oğlu.

Hefestin doğulması

[redaktə | vikimətni redaktə et]

Əfsanəyə görə Hefest Zevs və Heranın yeganə şikəst doğulmuş uşağıdır. Bəzi rəvayətlərə görə Hera kişi yardımı olmadan Hefestə hamilə qalır, doğduqdan sonra onun axsaq olmasından utanaraq onu dənizə atır. Xoşbəxtlikdən onu iki dəniz ilahəsi Fetida və okeanida Evrinoma xilas edərək böyüdürlər. Dənizin dibində öz sevimli sənəti, dəmirçiliklə məşğul olan Hefest gözəl və tayı bərabəri olmayan bəzək əşyaları düzəldərək hamını valeh edir. Əsl valideynlərinin kim olduğunu öyrəndikdən sonra əsasən Heradan qisas almaq qərarına gəlir. Bu məqsədlə qızıldan yaraşıqlı taxt düzəldərək Heraya hədiyyə göndərir. Sevincək hədiyyəni qəbul edən Hera ona əyləşərkən taxta sarınmış olur. Heranı azad etmək üçün uzun mübahisə və çəkişmədən sonra Dionis məsələyə qarışaraq qardaşı Hefesti içizdirərək sərxoş halda Olimpə gətirir və onu Hera ilə barışdırır. Oğlunun könlünü

almaq üçün Hera Afroditanı ona ərə verir.[3]

Sənətkar Hefest

[redaktə | vikimətni redaktə et]

Hefest bir çox sənətlərin mahir ustası olmuşdur. O, tikintidə və memarlıqda, zərgərlikdə və silahqayırmada, dəmirçilikdə və icad etmədə gözəl əl qabiliyyətinə malik olmuşdur. O, Olimpdə möcüzəli tanrılar sarayını tikmişdir. Hefest ayaqları zəif olduğu üçün ona gəzərkən yardımçı olmaq məqsədilə qızıldan iki qız düzəltmişdir. O, Feak çarı Alkinoya onun sarayını qorumaq üçün qızıl və gümüşdən sehirli it düzəltmişdir. O, Kolxida çarı Eeta üçün süd, çaxır, su qaynaqlı bulaqlar düzəltmişdir.[4]

Hefest özündə alovu tərənnüm edən tanrı idi. Lemnos adasınında belə güman edilirdi ki, Mosixl dağından püskürən alov onun altındakı Hefestə məxsus dəmirçixanadan çıxırmış. Buna görə də onu dəmirçilərin səcdə etdikləri kult hesab edirdilər.Hefestin adı ilə bağlı olan məbədlər əsasən vulkanların yaxınlığında yerləşirdi. (Lemnos adasında, Siciliyada, Etna vulkanının yaxınlığında və s.) [5]

  1. Encyclopedia of Ancient Deities (ing.). 1 Jefferson: McFarland & Company, 2000. P. 212. 597 p. ISBN 0-7864-0317-9
  2. Hughes J. Larousse Desk Reference Encyclopedia. The Book People, 1995. S. 215.
  3. Греческая Мифология, Катерина Серви, səhifə 50
  4. Греческая Мифология, Катерина Серви, səhifə 51
  5. Греческая Мифология, Катерина Серви, səhifə 51
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Ziya Bünyadov. Dinlər. Təriqətlər. Məzhəblər. Bakı, 2007. Səh.93